“Araz-Naxçıvan” heyətini yeni futzalçı ilə gücləndirib.
Prosport.Az xəbər verir ki, son ölkə çempionu italyan əsilli braziliyalı Luicci Lonqonu rənglərinə bağlayıb.
Naxçıvan təmsilçisi onu Belçika "Anderlext"indən transfer edib. Tərəflər arasında 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Luicci Lonqo Macarıstanın "Haladaş" komandası ilə üçqat ölkə çempionu olub və 3 dəfə də ölkə Kubokunu qazanıb. O, bu ilin yanvarında mövsümün sonunadək müqavilə bağladığı "Anderlext"ədək Qazaxıstanın "Semey" komandasında çıxış edib.
