Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Top oyunları
    "2026/27 mövsümündə B qrupunu I Liqaya çevirmək istəyirik" – Emin Əmrullayev
    28.07.2025 15:31:23

    3x3 basketbolu üzrə Qadın Seriyasının 10-cu mərhələsi Sumqayıtda baş tutdu. Millimiz bu ay Rumıniyanın paytaxtı Buxarestdəki mərhələdə olduğu kimi, gənclik şəhərində də qalib gəlməyi bacardı. Komandamız finalda Latviyadan qisas aldı. Xatırladaq ki, komandamız Bakıda mayın 24-də Dünya Kubokunun seçmə mərhələsində və mayın 27-də Qadın Seriyası mərhələsinin 1/4 finalında (onda finalda Latviya çempion olmuşdu – red.) bu rəqibə uduzmuşdu.

    2-ci oyun gününü izləyənlər arasında Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovla yanaşı, Azərbaycan Basketbol Federasiyasının prezidenti, elm və təhsil naziri Emin Əmrullayev də vardı. Turnirdən sonra E.Əmrullayev federasiya prezidenti kimi jurnalistlərə müsahibə verib.

    Prosport.Az-ın Sumqayıta ezam olunmuş əməkdaşı həmin müsahibəni təqdim edir: 

    – Bu seriyada qalib gəlmək gözləntisi vardı?
    – Bu, hər il keçirilən yarışdır. Düzdür, bu yarış olimpiya tsikli olmadığından, Olimpiadaya lisenziya vermir. Əvvəl də qeyd etdiyim kimi, komanda həmişə yarışlara qalib gəlmək məqsədilə çıxır. Əsas məqsəd əslində Sumqayıtda basketbolu tanıtmaq idi. Əminəm ki, Sumqayıt sakinləri üçün böyük bayram oldu. Azərbaycanı təbrik edirəm və düşünürəm ki, hələ basketbolda uğurlarımız davam edəcək.

    – Bu yarış daha çox 5-7 sentyabrda Danimarkanın paytaxtı Kopenhagendə keçiriləcək Avropa Kubokuna hazırlıq xarakteri daşıyırdı. Orada hədəflər nə olacaq?
    – Güclü komandamız var. Ancaq 3x3 basketbolda proqnoz vermək çətindir. Amma inanıram ki, bu komanda ilə orada böyük nailiyyətlər əldə etmək olar.

    – 3 komandamız – "Sabah", "Neftçi" və "Abşeron Layəns" bu il avrokuboklarda iştirak edəcək. Bu komandaların çıxışları barədə nə deyə bilərsiniz? 
    – Biz FIBA-ya müraciət etmişdik. Onlar da bizim təşəbbüsü dəstəklədilər. "Sabah" FIBA Çempionlar Liqasında, "Neftçi" FIBA Avropa Kubokunun müntəzəm çempionatında, "Abşeron Layəns" isə FIBA Avropa Kubokunun seçmə mərhələsində mübarizə aparacaq. Klublarımızın belə yarışlarda iştirak etməsi üçün onların maliyyə dayanıqlı olması lazımdır. Tam əminəm ki, klublarımızın avrokuboklarda iştirak etməsi Azərbaycan Basketbol Liqasını daha da maraqlı edəcək. Bu il bizi maraqlı çempionat gözləyir.

    – Yeni mövsümki liqada hansısa yenilik gözlənilir?
    – Yox. Ötən mövsümdəki kimi, 2025/26 mövsümündə də 6+6 sistemi olacaq (hər qrupda 6 komandanın olmasını nəzərdə tutur – S.M.). İnanırıq ki, bu modellə axırıncı ilimizdir. Hazırda keçid dövründəyik. Gələn uşaqları gözləyirik deyə, müvəqqəti qərarlar verməyə məcburuq. Amma 2026/27 mövsümündən Liqanın A qrupunu Superliqa etməyi, B qrupunu isə I Liqaya çevirməyi düşünürük. Həmçinin, regional komandaların sayının artırılmasına çalışacağıq. 8-10 komanda Superliqada, 10-12 komanda isə I Liqada mübarizə aparacaq.

    – Futbol klublarının basketbola gəlişi məsələsi özünü doğrultmadı? 
    – Şəxsi düşüncəm belədir ki, futbol, voleybol və basketbol komandaları bir klubda olmalıdır. "Sabah" və "Neftçi" İK-dan bu yöndə dəstək oldu. "Ordu"nu da bura qatmaq mümkündür. Mənim gördüyüm odur ki, bizə zaman lazımdır. Futbol klublarının özləri də inkişaf etməlidir ki, digər idman növlərinə fokuslana bilsinlər.

    – Fikrinizdə olan planların neçə faizini həyata keçirə bilmisiniz?
    – Bu prosesdə tez nəsə gözləməyin mənası yoxdur. Planımız 2030-cu ilə qədər Azərbaycanın U-16 və U-18 yığmaları B divizionun aparıcı komandaları olsun və A divizionuna yüksəlsinlər. Əsas uşaq basketboluna baxmaq lazımdır. Bizim U-18 qız millimizin B diviziondakı çıxışı uğurlu oldu. U-16-lara da baxacağıq. Yenə deyirəm, gözləntilərimiz 2012-2014-cü il doğumlu basketbolçularadır. Yenə də buna zaman lazımdır.

    – Futbolda Misli Premyer Liqası adlanır. Azərbaycan Basketbol Liqasına sponsor adı verilməsi gündəmdədir?
    – Belə sponsor olsa, dəyişmək mümkündür. Bu, normal kommersiya məsələsidir. Hələ ki belə bir sponsor yoxdur.

    Səbuhi Musa

    Basketbol

    "Rəqib bizim səhvlərimizdən 18 xal qazandı" - Tahir Baxşıyev

    19.10.2026 22:15:29
    Top oyunları

    "2-ci hissədə yaxşı oynamadıq" - "Sabah"ın baş məşqçisi

    19.10.2026 21:40:31
    Top oyunları

    "Sabah" bu dəfə də qalib gəldi

    19.10.2026 20:47:19
    Basketbol

    "Oyunçular hətta onlardan nə tələb etdiyimi tam anlamır" – "Sumqayıt"ın baş məşqçisi

    18.10.2026 23:03:25
    Basketbol

    "Müdafiədə etibarlı oynadıq" - Konstantinos Vasiliadis

    18.10.2026 22:42:10
    Top oyunları

    "Neftçi"dən rahat qələbə

    18.10.2026 20:20:39
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    U-15 dünya çempionatının ilk iştirakçısı Bakıya gəldi - FOTOLAR

    20.10.2026 10:56:39

    "Turan" Çempionlar Liqasında mübarizəyə başlayır

    20.10.2026 10:24:06

    Çempionlar Liqası: "Sabah" Almaniya nəhənginə qarşı

    20.10.2026 10:00:00

    Millimizin üzvü Azərbaycana qayıtmaq istəyir

    19.10.2026 23:54:18

    Toral Bayramov oynadı, "Bursaspor" liderlə xaı fərqini azaltdı

    19.10.2026 23:17:23

    Azərbaycanın 2 taekvondçusu Qətərdə döyüşəcək

    19.10.2026 22:41:13

    "Rəqib bizim səhvlərimizdən 18 xal qazandı" - Tahir Baxşıyev

    19.10.2026 22:15:29

    "2-ci hissədə yaxşı oynamadıq" - "Sabah"ın baş məşqçisi

    19.10.2026 21:40:31

    Azərbaycanı Avropa çempionatında 17 cüdoçu təmsil edəcək - ADLAR

    19.10.2026 21:12:30

    Gəncədə qaliblər müəyyənləşdi

    19.10.2026 20:51:33

    "Sabah" bu dəfə də qalib gəldi

    19.10.2026 20:47:19

    Akim Zedadka: "Oyundan zövq almaq istəyirik"

    19.10.2026 20:38:42

    "Bu görüşü səbirsizliklə gözləyirik" - Valdas Dambrauskas

    19.10.2026 20:25:16

    "Borusiya"nın müdafiəçisi: "Meydana qələbə üçün çıxacağıq"

    19.10.2026 20:19:40

    "Aşkar favorit sayılırıq" - Niko Kovaç

    19.10.2026 20:08:37
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved