Azərbaycan atleti Sadıq Sadıqov Finlandiyanın Tampere şəhərində keçirilən veteranların Avropa Oyunlarında 2 medal qazanıb.
Prosport.Az xəbər verir ki, 65 yaş kişilər kateqoriyasında mübarizə aparan idmançı 400 m məsafəyə yarışda 2-ci olub.
O, 1500 m məsafəyə qaçışda isə bütün rəqiblərini qabaqlayaraq, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

