Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Digər idman növləri
    "Formula 1" üzrə Azərbaycan Qran-prisinə geri sayım başladı
    23.07.2025 11:47:28

    Sentyabrın 19-21-də Bakıda baş tutacaq "Formula 1" üzrə Azərbaycan Qran-prisinə cəmi 2 ay qalır.

    Prosport.Az xəbər verir ki, yarışın startına sayılı günlər qaldıqca, şəhərdə motor sədalarının və böyük idmanın nəfəsi hiss olunmağa başlayır.

    Bakı Şəhər Halqası ilk dəfə 2016-cı ildə dünya çempionatının bir mərhələsinə ev sahibliyi edib və bu tarixdən etibarən hər il yadda qalan anlara imza atıb. Azərbaycan Qran-prisi, təkcə mübarizə və sürət yox, həm də şəhər və mədəniyyətin birləşdiyi unikal tədbirə çevrilib.

    Azərbaycan Qran-prisi ilk dəfə 2016-cı ildə “Avropa Qran-prisi” adı ilə baş tutub və bu tarixdən etibarən həm yarış gərginliyi, həm də şəhər atmosferi ilə "Formula 1" azarkeşlərinin sevimli mərhələlərindən birinə çevrilib. Hər il Bakıda baş verən hadisələr bir çox hallarda mövsümə təsir edən dönüş nöqtələri kimi tarixə düşüb.

    2017-ci ildə “Ferrari”nin pilotu Sebastyan Fettel ilə “Mercedes”in sürücüsü Lüis Həmilton arasında yaşanan insident, 2018-ci ildə Valtteri Bottasın son döngədə şin partlaması səbəbilə əldən verdiyi qələbə və 2021-ci ildə həm Maks Ferstappenin qəzası, həm də Həmiltonun finişə bir neçə dövrə qalmış buraxdığı taktiki səhv bu yarışın gözlənilməz və dramatik ruhunu bir daha göstərmiş olub.

    2023-cü ildə Bakı yarış həftəsonu yenilənmiş formatda təqdim olunub. Sprint yarışı və sıralama turu ayrı-ayrı günlərdə təşkili Bakı Qran-prisini mövsümdə fərqləndirən əsas mərhələlərdən birinə çevirdi. Həmin il “Red Bull” komandasının sürücüsü Serxio Peres burada ikinci dəfə qalib gələrək Bakı yarışının uğurlu pilotuna çevrilib.

    Azərbaycan Qran-prisi təkcə yarış deyil, həm də şəhərin mədəni həyatında mühüm rol oynayan tədbirə çevrilib. Müxtəlif illərdə yarışla paralel olaraq keçirilən konsert proqramlarında dünya ulduzları çıxış ediblər. Kris Braun, Enrike İqlesias, “The Black Eyed Peas”, Dua Lipa, Cemiroquay və Kardi Bi kimi sənətçilər Bakı səhnəsində on minlərlə insan qarşısında çıxış edərək yarış həftəsonuna unudulmaz əyləncə bəxş ediblər.

    Bu il keçiriləcək Qran-pri həm idman baxımından, həm də təşkilati yeniliklərlə daha da fərqli olacaq. Paytaxtın mərkəzində - İçərişəhər, Azadlıq meydanı və Dənizkənarı bulvar kimi ərazilərdən keçən Bakı şəhər halqası sürət, strategiya və texniki bacarığın birləşdiyi unikal mübarizə məkanıdır. Azarkeşləri isə fan zonalarda interaktiv tədbirlər, musiqi proqramları və sürpriz dolu yarış həftəsonu gözləyir.

    Yarışa cəmi iki ay qalır və artıq bütün diqqətlər yenidən Bakıya yönəlib. Dünyanın ən sürətli pilotları, ən güclü komandaları və milyonlarla tamaşaçı bir daha Azərbaycanın paytaxtında görüşəcək. Geri sayım başlayıb - Bakı bu payız yenidən "Formula 1"in paytaxtına çevrilməyə hazırlaşır.

    Formula-1

    "Formula 1" üzrə 2027-ci il Azərbaycan Qran-prisinin vaxtı açıqlandı

    16.09.2026 13:14:50
    Multiidman yarışları

    "Formula 1"in tanınmış pilotu Bakıda cərimələnə bilər

    15.09.2026 15:12:32
    Digər idman növləri

    "Formula 1": 10 ildə marşal proqramına 35 mindən çox müraciət olub

    8.09.2026 11:46:47
    Digər idman növləri

    Niderland Qran-prisinin qalibi bəlli oldu

    23.08.2026 18:50:17
    Digər idman növləri

    Bəhreyn Qran-prisi Malayziyaya köçürüldü

    26.07.2026 15:50:22
    Formula-1

    Lando Norris Macarıstanda poul qazandı

    25.07.2026 19:47:25
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Turan Tovuz" - "Fənərbağça": 1 saata 6 minə yaxın bilet satıldı

    22.09.2026 13:14:34

    Azərbaycan - Çexiya: Hakimlər bilindi

    22.09.2026 12:48:29

    "Baş məşqçi dedi ki, şans qazanmağım bu amildən asılıdır" - Timoteuş Puxaç

    22.09.2026 12:12:49

    "Neftçi" afrikalı müdafiəçini icarəyə götürdü

    22.09.2026 11:45:37

    "Çempionlar Liqasında növbəti matçı səbirsizliklə gözləyirik" - Stas Pokatilov

    22.09.2026 11:12:22

    "Azərbaycan mənim üçün Avropaya bir qədər uzaqdır" - Mateuş Koxalski

    22.09.2026 10:52:58

    Avropa çempionatı: Biri yarımfinalda, digəri 1/4 finalda

    22.09.2026 10:23:56

    "Araz-Naxçıvan"ın yeni baş məşqçisi bilindi

    22.09.2026 10:00:02

    "Turan Tovuz"da radikal dəyişiklik: Ehtiram Quliyev gedir, o gəlir

    21.09.2026 23:43:18

    Yığmalalarımız Avropa çempionatında medalsız qaldı

    21.09.2026 23:09:33

    Avropa çempionatı: 2 boksçumuz "bürünc"ü təmin etdi

    21.09.2026 22:40:19

    "Elə məqamlar olub ki, Qurban Qurbanov klubdan ayrıla biləcəyini bildirib" - Tahir Gözəl

    21.09.2026 22:05:22

    "Turan Tovuz" - "Fənərbağça" matçının saatı açıqlandı

    21.09.2026 21:47:55

    Cüdoçularımız dünya çempionatında daha 3 medal qazandı

    21.09.2026 21:23:05

    Çempionlar Liqası: "Sabah" 4 ev oyununun bütün biletlərini satışa çıxardı

    21.09.2026 21:00:02
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved