Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Digər idman növləri
    Üzgüçülük Federasiyasının loqosu dəyişdirildi, adı yox – Səbəbi yeni prezident açıqladı
    22.07.2025 13:38:13

    Azərbaycan Üzgüçülük Federasiyasının prezidenti, İcbari Tibbi Sığorta Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev brifinq keçirib.

    Prosport.Az-ın əməkdaşının da iştirak etdiyi brifinqə Zaur Əliyev federasiyanın 4 illik inkişaf strategiyasından danışmaqla başlayıb.

    – Strategiya növbəti 4 ili əhatə edir. 4 prinsip üzərində işləyəcəyik. Bunlar Azərbaycanda üzgüçülüyün ölkə vətəndaşları arasında artımı, kütləvilik, beynəlxalq yarışlarda uğurlu iştirak və medal qazanmaqdır. Gənclər və İdman Nazirliyi ilə birgə bu prosesə ən çox məktəbliləri cəlb etmək istəyirik. Regionlardakı olimpiya idman komplekslərində hovuzlar fəaliyyət göstərir. Həmin hovuzlara məktəbliləri dəvət edəcəyik. Təbii ki, bu, könüllülük əsasında valideynlərin razılığı ilə olacaq. İstəyirik ki, məktəb yaşlarından onlar üzə bilsin. Bundan əlavə, ölkədə həvəskarlar arasında yarışlar, festivallar keçirmək, bu yolla insanlarda maariflənməni və üzgüçülüyə həvəsi artırmaq istəyirik.

    – Federasiyanın loqosunu dəyişdirsəniz də, ad dəyişikliyi olmadı. Əvvəlki rəhbərliyin vaxtında su polosu da olduğu üçün "Üzgüçülük" sözünün, "Su idman növləri" sözü ilə əvəzlənməsi nəzərdə tutulsa da, federasiyanın adı dəyişdirilməmişdi. Siz bu məsələ barədə nə düşünürsünüz?
    – Biz bu barədə düşünmüşük. Hətta başqa ölkələrin də təcrübəsinə baxmışıq. Bəzi ölkələrdə ad Su İdman Növləri və ya Aqvatika Federasiyası kimidir. Ancaq  bir çox ölkələrdə ad Üzgüçülük Federasiyası şəklində qalıb. Ona görə də bu dəyişikliyə ehtiyac görmədik. Gələcəkdə buna ehtiyac yaranarsa, bu dəyişikliyi nəzərdən keçirəcəyik.

    – Üzgüçülük və su polosu millilərində yeni təyinatlar gözlənilir?
    – Su polosu yığmasının əcnəbi baş məşqçisi ilə yolları ayırdıq. Hazırda yeni baş məşqçinin cəlb olunması istiqamətdə işlər davam edir. Yeni baş məşqçi də əcnəbi olacaq. Avropa Üzgüçülük Federasiyasının prezidenti Bakıda olanda onun vitse-prezidenti xorvat idi (Yosip Varvodiçi nəzərdə tutur – S.M.). O bizə Xorvatiyanın su polosunda ən güclü ölkələrdən olduğunu bildirdi. Əməkdaşlarımız yaxın zamanda Xorvatiyaya səfər edəcək. Oranın su polosu təcrübəsini öyrənəcəklər. Bu ölkənin təcrübəsindən yararlanmaq istəyirik. Məşqçi axtarışlarını davam etdirəcək, uyğun namizəd seçəcəyik. Üzgüçülük millisində isə Rəşad Əbdürrəhmanov işini uğurla davam etdirir. Ona görə də hazırda dəyişiklik barədə düşünmürük.

    – Son zamanlar suda üzə bilməyib boğulanlar çoxalıb. Üzgüçülük Federasiyası üzə bilməyən şəxslərin dənizə girməməsi ilə bağlı hansısa təbliğat aparmağı düşünürmü?
    – Son zamanlar deyirsiniz. Ancaq bu problem hər yay baş verir. Təəssüflər olsun ki, üzə bilməyən gənclər dənizə gedərkən dostlarının yanında qəhrəmanlıq göstərmək istəyərkən boğulurlar. Əlbəttə, bununla bağlı sosial media hesablarımızda daimi təbliğat aparacağıq. Amma bu, effektli olacaqmı? Çünki digər qurumlar da təbliğat aparır. Bu sahədə Fövqəladə Hallar Nazirliyi də sosial şəbəkə hesabları vasitəsilə çox iş görür. Biz elə etməliyik ki, minimum uşaqlarımızda üzmək bacarığı formalaşsın. Məktəbdən başlayaraq uşaqların üzməyi öyrənmələrini istəyirik və strategiya planımızda bununla bağlı işlər nəzərdə tutulub.

    Səbuhi Musa

    Digər idman növləri

    Gəncədə qaliblər müəyyənləşdi

    19.10.2026 20:51:33
    Digər idman növləri

    Balıqçılarımız gümüş medal qazanıblar - FOTO

    19.10.2026 19:46:24
    Digər idman növləri

    "Azərbaycan Paralimpiya Hərəkatının inkişafında mühüm nümunədir" - Endrü Parson

    19.10.2026 16:10:30
    Digər idman növləri

    Yığmamız Avropa birinciliyini 9 medalla tamamladı

    19.10.2026 15:36:35
    Digər idman növləri

    2 idmançımız zədələndi, millimiz yarımfinal görüşünə çıxa bilmədi

    19.10.2026 10:26:41
    Digər idman növləri

    Millimiz Polşada toplanış keçəcək

    18.10.2026 16:04:47
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    U-15 dünya çempionatının ilk iştirakçısı Bakıya gəldi - FOTOLAR

    20.10.2026 10:56:39

    "Turan" Çempionlar Liqasında mübarizəyə başlayır

    20.10.2026 10:24:06

    Çempionlar Liqası: "Sabah" Almaniya nəhənginə qarşı

    20.10.2026 10:00:00

    Millimizin üzvü Azərbaycana qayıtmaq istəyir

    19.10.2026 23:54:18

    Toral Bayramov oynadı, "Bursaspor" liderlə xaı fərqini azaltdı

    19.10.2026 23:17:23

    Azərbaycanın 2 taekvondçusu Qətərdə döyüşəcək

    19.10.2026 22:41:13

    "Rəqib bizim səhvlərimizdən 18 xal qazandı" - Tahir Baxşıyev

    19.10.2026 22:15:29

    "2-ci hissədə yaxşı oynamadıq" - "Sabah"ın baş məşqçisi

    19.10.2026 21:40:31

    Azərbaycanı Avropa çempionatında 17 cüdoçu təmsil edəcək - ADLAR

    19.10.2026 21:12:30

    Gəncədə qaliblər müəyyənləşdi

    19.10.2026 20:51:33

    "Sabah" bu dəfə də qalib gəldi

    19.10.2026 20:47:19

    Akim Zedadka: "Oyundan zövq almaq istəyirik"

    19.10.2026 20:38:42

    "Bu görüşü səbirsizliklə gözləyirik" - Valdas Dambrauskas

    19.10.2026 20:25:16

    "Borusiya"nın müdafiəçisi: "Meydana qələbə üçün çıxacağıq"

    19.10.2026 20:19:40

    "Aşkar favorit sayılırıq" - Niko Kovaç

    19.10.2026 20:08:37
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved