Azərbaycan Üzgüçülük Federasiyasında (ASF) yeni təyinat reallaşıb.
Prosport.Az xəbər verir ki bu barədə ASF-nin bu gün keçirilən konfransında məlumat verilib.
Pyer Lyafonten qurumun məsləhətçisi təyin olunub. O həm də idman direktoru funksiyasını icra edəcək.
Fransalı mütəxəssis hazırda Azərbaycanda olmasa da, videomüraciət vasitəsilə ürək sözlərini deyib, uğurlar arzulayıb.