Su polosu üzrə Azərbaycan millisinin baş məşqçisi Panayotis Xronopulos vəzifəsindən ayrılıb.
Bu barədə Azərbaycan Üzgüçülük Federasiyasının prezidenti Zaur Əliyev Prosport.Az-ın əməkdaşının sualına cavab verərkən bildirib.
O, su polosunun Xorvatiyada daha çox inkişaf etdiyini və bu ölkənin biliklərindən yararlanmaq istədiklərini bildirib: “Bu məsələ ilə yaxından məşğul olacağıq. Namizədləri nəzərdən keçirəcəyik”.
Qeyd edək ki, yunanıstanlı mütəxəssis ötən ilin sentyabr ayından milli komandaya rəhbərlik edirdi.