Azərbaycan bilyardçısı Seymur Məmmədov Avropa çempionatında tarixi nailiyyətə imza atıb.
Prosport.Az xəbər verir ki, həm də Azərbaycan Bilyard Federasiyasının prezidenti olan Seymur Məmmədov Gürcüstanın Batumi şəhərində keçirilən yarışda 2-ci yeri tutub.
Qeyd edək ki, Avropa çempionatında 16 ölkədən 115 bilyardçı mübarizə aparıb.