Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Akademiya
    "Çempionatımızın səviyyəsinin qalxması lazımdır" – "Qarabağ"ın 61 qolla bombardiri
    18.07.2025 14:41:50

    AFFA U-17 Liqasının bombardiri, "Qarabağ"ın 17 yaşadək komandasının hücumçusu Əli İbrahimin Prosport.Az saytına müsahibəsi

    – U-17 Liqasında ötən mövsüm ən yaxşı bombardir oldunuz. Əvvəlcə bundan başlayaq...
    – Bəli, 61 qol vurdum. 2-ci yerdəki rəqibimdən 20 top çox qola imza atdım. Məqsədim əvvəlki mövsümün bombardirindən çox qol vurmaq idi. Onda 56 olmuşdu, mən bunu 61-ə çatdırdım. Çox xoşbəxtəm ki, bombardir oldum. Ötən mövsüm qol sıralamasında 2-ci yeri tutmuşdum. Kaş ki, çempion da ola biləydik. Bu bombardirlikdə özümdən başqa, uşaqların ötürmələrinin də çox böyük rolu oldu. İnanıram ki, uşaqların hamısı da mənim bombardir olmağımdan xoşbəxtdir. 

    – Çempionluğu 1 xalla "Neftçi"yə uduzdunuz. Bu haqda nə deyə bilərsiniz?
    – Ardıcıl 2 ildir ki, çempionluğu qaçırırıq. Amma əsas çempionluq yox, böyük futbolçu olmaqdır.

    – İsveçdəki turnirlə bağlı hansı təəssüratlarla Bakıya qayıdırsınız?
    – Belə bir turnirin olduğunu hələ uşaqlıqdan bilirdim. Burada iştirak etmək maraqlı gəlirdi. İlk 2 oyunumuzu yaxşı keçirdik. 1-ci matçda qalib gəldik. Təəssüf ki, son 2 matçda uduzduq. Ardıcıl matçlar keçirməyimiz yorğunçuluğa səbəb oldu. Son matçda isə əsas 2 oyunçumuzun olmaması səbəbindən uduzduq.

    – Qrupdan çıxmaq üçün həlledici matçda "Yötebori"yə uduzmağımıza görə meydançanın daha sərt olmasından da şikayətləndiniz...
    – Nigeriyanın "Sportinq" komandası ilə matç bizi çox yordu. Dincəlmək üçün vaxtımız da az oldu. Qrupda sonuncu rəqibimiz öz azarkeşləri önündə oynayırdı və bu meydançada daha əvvəl 2 matç keçirmişdi. Ona görə də bu meydançaya öyrəşmişdilər. Meydança isə çox bərk idi.

    – Çempionatda qolları sıralasanız da, burada fərqlənə bilmədiniz. Niyə alınmadı? Bunun səbəbini nədə görürsünüz?
    – Burada rəqiblər çətindir. Onlara qol vurmaq üçün çempionatımızın səviyyəsinin qalxması lazımdır. Çempionatımızda eyni gücdə olan komandalar yarışsa, belə problemlə üzləşmərik.  

    Futbol

    "Sabah"a vura bilməyimiz qolları "Fənərbağça"ya saxladıq" - Lukaş Provod

    14.10.2026 15:13:56
    Futbol

    "Məqsədimiz hər oyunda 3 xal qazanmaqdır" - Hayderson Hurtado

    12.10.2026 19:17:07
    Müsahibə

    "Kindzerskayanın niyyəti ciddidirsə, özü ilə söhbət edərik" – Rəşad Rəsullu

    12.10.2026 17:44:31
    Digər idman növləri

    "Dünya Kubokunun Bakıda keçirilməsi yalnız bu il üçün nəzərdə tutulmuşdu" – Baş katib

    10.10.2026 10:46:15
    Müsahibə

    "Ömər özü dünya çempionu olmaq istəyirdi" – Onun qohumu Fərhad Rəcəbli

    9.10.2026 15:42:46
    Cüdo

    "Düşünürdüm ki, atamı sevindirim" – İlk dəfə dünya 3-cüsü olan Murad Fətiyev

    8.10.2026 19:50:12
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Sabah"ın gəncləri ilk xal axtarışında

    20.10.2026 11:16:27

    U-15 dünya çempionatının ilk iştirakçısı Bakıya gəldi - FOTOLAR

    20.10.2026 10:56:39

    "Turan" Çempionlar Liqasında mübarizəyə başlayır

    20.10.2026 10:24:06

    Çempionlar Liqası: "Sabah" Almaniya nəhənginə qarşı

    20.10.2026 10:00:00

    Millimizin üzvü Azərbaycana qayıtmaq istəyir

    19.10.2026 23:54:18

    Toral Bayramov oynadı, "Bursaspor" liderlə xaı fərqini azaltdı

    19.10.2026 23:17:23

    Azərbaycanın 2 taekvondçusu Qətərdə döyüşəcək

    19.10.2026 22:41:13

    "Rəqib bizim səhvlərimizdən 18 xal qazandı" - Tahir Baxşıyev

    19.10.2026 22:15:29

    "2-ci hissədə yaxşı oynamadıq" - "Sabah"ın baş məşqçisi

    19.10.2026 21:40:31

    Azərbaycanı Avropa çempionatında 17 cüdoçu təmsil edəcək - ADLAR

    19.10.2026 21:12:30

    Gəncədə qaliblər müəyyənləşdi

    19.10.2026 20:51:33

    "Sabah" bu dəfə də qalib gəldi

    19.10.2026 20:47:19

    Akim Zedadka: "Oyundan zövq almaq istəyirik"

    19.10.2026 20:38:42

    "Bu görüşü səbirsizliklə gözləyirik" - Valdas Dambrauskas

    19.10.2026 20:25:16

    "Borusiya"nın müdafiəçisi: "Meydana qələbə üçün çıxacağıq"

    19.10.2026 20:19:40
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved