Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Akademiya
    "Məni ona görə "qoca" çağırırlar ki..." – "Qarabağ"ın İsveç turnirindəki yeganə qol müəllifi
    16.07.2025 22:49:31

    "Qarabağ"ın 17 yaşadək komandasının (U-17) futbolçusu Əli Əliyev komandanın aparıcı üzvlərindən biridir. O, İsveçin Yötebori şəhərində keçirilən "Gothia Puma Trophy" turnirində komandanın hələ ki vurduğu qolların yeganə müəllifidir.

    Prosport.Az-ın İsveçə ezam olunmuş əməkdaşı sağ cinah vingeri olan futbolçudan müsahibə götürüb.

    – İsveçdəki turnir haqda təəssüratlarınız necədir?
    – Turnir haqda onu deyə bilərəm ki, dünyanın ən yaxşı yarışlarından biridir. İstəyirdik ki, burada çempion olaq. Ancaq təəssüf ki, Estoniyadakı nəticəmizi təkrarlamaq qismət olmadı.

    – Bu həm də ondan xəbər verirmi ki, burada rəqiblər daha səviyyəlidir?
    – Bəli. Burada rəqiblər daha güclü, möhkəm və sərtdir. Çox yaxşı mübarizə aparırlar.

    – "Qarabağ"ın turnirdə hələ ki qollarını siz vurmusunuz. İlk matçda İsveçin "Myelbi" komandası ilə oyunda vurduğunuz 2 qol komandaya qələbə qazandırdı. Bunlardan 1-ni cərimə zərbəsindən vurdunuz. Komandanın ştatlı cərimə zərbəsi vuran futbolçusu sizi adlandırmaq olar?
    – Çox vaxt cərimə zərbələri mənə tapşırılır. Həmin matçda 10-cu dəqiqədə hesabda geriyə düşmüşdük. Sonra açılışdıq, öz oyunumuzu göstərdik və 2 qol vurduq. Bununla da komanda qalib gəldi.

    – Ötən il bu turnirin çempionları olan Nigeriyanın "Sportinq" komandası ilə qolsuz heç-heçə oynadınız. Bu matç barədə nə deyə bilərsiniz?
    – Keçən il çempion olsalar da, Nigeriya komandasına qarşı sonadək mübarizə apardıq və onlara uduzmadıq.

    – Sizi niyə komandada "qoca" adlandırırlar?
    – 8-9 ildir ki, mən bu komandada çıxış edirəm. Ona görə də məni digər Əli Əliyevdən fərqləndirmək üçün belə çağırırlar. Komandada 5 Əli və 2 Əli Əliyev ad-soyadlı futbolçu var.

    Futbol

    "Zirə"dən asan, "Neftçi"dən çətin qələbə

    3.09.2026 09:00:34
    Akademiya

    “Dinamo”nun akademiyası əsas komandadan daha çox tanınır” – Aftandil Hacıyev

    2.09.2026 14:37:54
    Akademiya

    Zaqreb "Dinamo"su "Qarabağ"a rəqib oldu

    1.09.2026 21:43:28
    Akademiya

    Ermənistanın futbol millisi də Bakıya gələcək – YENİ DETALLAR

    1.09.2026 09:21:57
    Akademiya

    Millimizin yeni baş məşqçisi "Sabahın Ulduzları"nda

    31.08.2026 14:43:19
    Akademiya

    Favoritlər 6 cavabsız qolla qalib gəldi

    31.08.2026 12:00:58
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Avropa çempionatı: Millimiz 2 məğlubiyyətlə pley-offda

    4.09.2026 23:45:24

    "Böyükhesablı məğlubiyyət ağırdır" - Azər Məmmədov

    4.09.2026 23:07:07

    "Azərbaycan futboluna yeni adlar qazandırmaq istəyirik" - Azər Bağırov

    4.09.2026 22:47:20

    "Kəpəz" evdə "Şamaxı"ya böyük hesabla uduzdu – VİDEO

    4.09.2026 22:06:57

    Millimiz Gürcüstanla 2 oyun keçirəcək

    4.09.2026 21:53:26

    "Qəbələ" bizdən daha istəkli idi" - Fərid Namazov

    4.09.2026 21:07:05

    "Hakimin qərarına söz deyə bilmərik, tər-təmiz penalti idi" - Amil Ağacanov

    4.09.2026 20:32:23

    Superliqa klubunda yeni baş məşqçi

    4.09.2026 20:27:52

    "Qəbələ" yeni mövsümdə ilk qələbəsini qazandı – VİDEO

    4.09.2026 19:54:46

    Azərbaycan I Liqasında ilk tura yekun vuruldu

    4.09.2026 19:27:35

    "Kəpəz" - "Şamaxı": HEYƏTLƏR

    4.09.2026 19:20:22

    Azərbaycanı İsveçrədə onlar təmsil edəcəklər - ADLAR

    4.09.2026 18:43:14

    "Sabah"ın Çempionlar Liqasındakı rəqibində ayrılıq

    4.09.2026 18:12:36

    Bakı Güləş Məktəbinə 47 şagird qəbul olundu

    4.09.2026 17:45:47

    Avropa çempionatı: 2-ci gündə medal olmadı

    4.09.2026 17:13:57
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved