"Neftçi" komandası 3x3 basketbol üzrə Dünya Qadın Seriyasının İsveçrədəki Fribur şəhərində keçirilən mərhələsində növbəti oyununu keçirib.
Prosport.Az xəbər verir ki, Bakı komandası bu raundda Portuqaliya millisi ilə üz-üzə gəlib.
Qarşılaşma "ağ-qaralar"ın məğlubiyyəti ilə bitib – 15:18. Bununla da "Neftçi" İsveçrədəki yarışda mübarizəsini dayandırıb.
Qeyd edək ki, "Neftçi" A qrupunda Kanadaya 15:13, Malayziya yığmasına isə 21:7 hesabı ilə qalib gəlmişdi.

