Bakıda beynəlxalq təlim-məşq toplanışı başlayıb.
Prosport.Az xəbər verir ki, cüdo üzrə milli komandaların Təlim-Məşq Mərkəzində beynəlxalq təlim-məşq toplanışına start verilib.
Hazırlıq prosesinə Azərbaycanla yanaşı, Qazaxıstan, Özbəkistan, Avstriya, Xorvatiya, Monteneqro və Almaniyadan ümumilikdə 70-dək cüdoçu qatılıb.
Toplanışın məqsədi idmançıların hazırlıq səviyyəsini artırmaq, beynəlxalq təcrübə mübadiləsini gücləndirmək və qarşıdakı beynəlxalq turnirlərə daha yaxşı şəkildə hazırlaşmaqdır.
