Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Müsahibə
    "Çox medal qazandım, amma insan olaraq dəyişmədim" - Həsrət Cəfərov
    7.07.2025 17:44:39

    Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kq) bu il Azərbaycanın ev sahibliyi edəcəyi III MDB Oyunları ərəfəsində Bakı Şəhər Halqasının mətbuat xidmətinə müsahibə verib.

    Prosport.Az xəbər verir ki, Paris-2024 Yay Olimpiya Oyunlarının bürünc medalçısı, üçqat Avropa və ikiqat dünya çempionu, 2021-ci ildə Rusiyanın Kazan şəhərində keçirilmiş ilk MDB Oyunlarının qalibi və bayraqdarı idman yolundan danışıb, gənc idmançılara tövsiyələrini verib.

    - Həsrət, bu il III MDB Oyunları Azərbaycanda keçiriləcək. Bu tədbir, ölkəmiz və gənc idmançılar üçün nə qədər əhəmiyyətlidir?

    - Bu, çox böyük bir hadisədir. III MDB Oyunları Azərbaycanın gənc istedadları üçün böyük fürsətdir. Məncə, bizim idmançılar bu şansı dəyərləndirməlidirlər. Onlara böyük bir şərəf nəsib olub – ölkəmizi nüfuzlu beynəlxalq turnirdə, özü də doğma vətəndə təmsil edəcəklər.

    - Güləşçilərimizdən nə gözləyirsiniz?

    - Gənclərimiz güclüdür. Onların məşqlərini izləyirəm və inanıram ki, yaxşı nəticələr göstərəcəklər. Azarkeşlərin dəstəyi böyük motivasiyadır.

    - Bu, eyni zamanda, əlavə təzyiqə səbəb ola bilərmi?

    - Mənim üçün bu, heç vaxt təzyiq olmayıb. Əksinə, tribunaların dəstəyi mənə hər zaman güc verib.

    - Gənc idmançılara Oyunlardan öncə nə tövsiyə edərdiniz?

    - Oyunlara maksimum məsuliyyətlə yanaşsınlar. Hər bir yarış – böyük məsuliyyətdir. Biz Azərbaycanı təmsil edirik və Oyunlara çox az vaxt qalıb. Hazır olmaq lazımdır – həm fiziki, həm də mənəvi cəhətdən. III MDB Oyunlarında iştirak edəcək bütün azərbaycanlı idmançılara uğurlar arzulayıram. Bu, ölkəmiz üçün çox önəmli bir hadisədir. Əminəm ki, Oyunlar ən yüksək səviyyədə keçiriləcək.

    - I MDB Oyunlarını necə xatırlayırsınız?

    - Mən çempion oldum və açılış mərasimində bayraqdar idim. Bu, həm böyük məsuliyyət, həm də şərəf idi. İstəyirdim ki, mərasimə qızıl medalla çıxım və bu, mümkün oldu. Çünki güləş yarışlarının ilk günü açılış mərasimdən öncə idi. Açılışda çempion kimi bayrağı daşımaq istəyirdim. Rəqabət çox yüksək idi, amma öhdəsindən gəldim.

    - Bu 5 ildə Həsrət Cəfərov necə dəyişdi?

    - Çox medal qazandım, Parisdə Olimpiya bürüncünü aldım, 3 dəfə Avropa çempionu oldum. Amma ən əsası – insan olaraq dəyişmədim. Ən böyük uğurum olimpiya medalı olsa da, dayanmıram.

    - Növbəti hədəfiniz nədir?

    - Dünya çempionu olmaq istəyirəm. Sonra isə arzum Los-Anceles-2028 Olimpiadasında qızıl medal qazanmaqdır.

    - Sizi idmanda nə motivasiya edir?

    - Nəticələr və güləşə olan sevgim. Bu, sadəcə bir iş deyil – bu, mənim həyat tərzimdir. Milyonlar sənin uğurlarını izləyirsə, dayanmağa haqqın yoxdur.

    - Yeni başlayan güləşçilərə nə deyərdiniz?

    - İlk uğurlardan sonra arxayınlaşmaq olmaz. İdman – daim əziyyət, zəhmət tələb edir. Öz üzərində işləmirsənsə - nəticə də olmayacaq. Xüsusilə böyüklər kateqoriyasına keçiddə bu daha da çətindir. Daim üzərində işləyin.

    Müsahibə

    "Sabah"a vura bilməyimiz qolları "Fənərbağça"ya saxladıq" - Lukaş Provod

    14.10.2026 15:13:56
    Futbol

    "Məqsədimiz hər oyunda 3 xal qazanmaqdır" - Hayderson Hurtado

    12.10.2026 19:17:07
    Cüdo

    "Kindzerskayanın niyyəti ciddidirsə, özü ilə söhbət edərik" – Rəşad Rəsullu

    12.10.2026 17:44:31
    Müsahibə

    "Dünya Kubokunun Bakıda keçirilməsi yalnız bu il üçün nəzərdə tutulmuşdu" – Baş katib

    10.10.2026 10:46:15
    Müsahibə

    "Ömər özü dünya çempionu olmaq istəyirdi" – Onun qohumu Fərhad Rəcəbli

    9.10.2026 15:42:46
    Müsahibə

    "Düşünürdüm ki, atamı sevindirim" – İlk dəfə dünya 3-cüsü olan Murad Fətiyev

    8.10.2026 19:50:12
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Sabah"ın gəncləri ilk xal axtarışında

    20.10.2026 11:16:27

    U-15 dünya çempionatının ilk iştirakçısı Bakıya gəldi - FOTOLAR

    20.10.2026 10:56:39

    "Turan" Çempionlar Liqasında mübarizəyə başlayır

    20.10.2026 10:24:06

    Çempionlar Liqası: "Sabah" Almaniya nəhənginə qarşı

    20.10.2026 10:00:00

    Millimizin üzvü Azərbaycana qayıtmaq istəyir

    19.10.2026 23:54:18

    Toral Bayramov oynadı, "Bursaspor" liderlə xaı fərqini azaltdı

    19.10.2026 23:17:23

    Azərbaycanın 2 taekvondçusu Qətərdə döyüşəcək

    19.10.2026 22:41:13

    "Rəqib bizim səhvlərimizdən 18 xal qazandı" - Tahir Baxşıyev

    19.10.2026 22:15:29

    "2-ci hissədə yaxşı oynamadıq" - "Sabah"ın baş məşqçisi

    19.10.2026 21:40:31

    Azərbaycanı Avropa çempionatında 17 cüdoçu təmsil edəcək - ADLAR

    19.10.2026 21:12:30

    Gəncədə qaliblər müəyyənləşdi

    19.10.2026 20:51:33

    "Sabah" bu dəfə də qalib gəldi

    19.10.2026 20:47:19

    Akim Zedadka: "Oyundan zövq almaq istəyirik"

    19.10.2026 20:38:42

    "Bu görüşü səbirsizliklə gözləyirik" - Valdas Dambrauskas

    19.10.2026 20:25:16

    "Borusiya"nın müdafiəçisi: "Meydana qələbə üçün çıxacağıq"

    19.10.2026 20:19:40
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved