Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Müsahibə
    "Azər Məmmədov olmadı, adaşım Azər Həşimov gətirildi" – "Karvan"la adı çəkilən məşqçi
    5.07.2025 19:14:51

    Premyer Liqaya qayıdan "Karvan"da baş məşqçi postu üçün adı çəkilən Azər Məmmədov bu komandada çalışmayacaq.

    Prosport.Az bunun səbəbini öyrənmək üçün Gəncə futbol məktəbinin yetirməsi olan məşqçidən müsahibə götürüb.

    – Yeni təklifiniz var?
    – Bilirsiniz ki, "Karvan" variantı vardı. O məsələ də artıq bağlanıb.

    – Elə müsahibənin məğzi onunla bağlıdır. Niyə alınmadı?
    – Elə bir problemli şey baş verməyib. Mənim onlardan heç bir narazılığım yoxdur.

    – Kim tərəfindən sizə təklif gəlmişdi?
    – Kənan Kərimov tərəfindən. Görüşüb söhbət etdik. Düşünmək üçün vaxt istədim. Vaxtı çatanda da getmək istəmədim.

    – Mətbuatda yazılana əsasən, siz "saxta baş məşqçi" obrazında olmaq istəmədiyinizə görə, bu keçid baş tutmayıb. Adınız baş məşqçi olsa da, "Karvan"da köməkçi kimi işləmək istəməməyiniz bu sövdələşmənin alınmamasında rol oynayıb?
    – Kənanla münasibətim yaxşıdır. Mənə təklif olunubsa, onlara təşəkkürdən başqa heç nə deyə bilmərəm. Sadəcə, oturub fikirləşdim və özüm qərar verdim ki, hələ tələsməyim. Mən "Kəpəz"də baş məşqçiliyə başlayanda, 3 aydan sonra orada yer boşaldı (gülür). Onsuz da Premyer Liqada məşqçiləri tez-tez çıxarırlar. Ona görə də işləmək variantı həmişə ola bilər. Bu səbəbdən "Karvan"ın təklifinə tələsik müsbət cavab vermək istəmədim.

    – Qərarınızdan sonra Kənan Kərimov sizdən incimədi?
    – Yox, əvvəlki münasibətimizi saxlamışıq. Ondan möhlət istəmişdim. Möhlət vaxtı çatanda onunla açıq danışdım. Dedim ki, özünə başqa variant fikirləşsin. Sizə dediklərimi ona da dedim. Gözləmə mövqeyində qalmağa üstünlük verdiyimi söylədim. Azər Məmmədov olmadı, adaşım Azər Həşimov gətirildi (gülür). Həşimov da yaxşı oğlandır, xətrini istəyirəm.

    Səbuhi Musa 

    Futbol

    "Sabah" Qəbələ səfərində, "Qarabağ" "Neftçi"yə qarşı

    17.10.2026 10:00:07
    Futbol

    "Qələbəyə layiq idik" - Filipe Kandido

    16.10.2026 22:17:27
    Futbol

    "Bu cür qollar buraxmaq olmaz" - Yuri Maksimov

    16.10.2026 21:39:36
    Futbol

    UEFA reytinqi: Azərbaycan klubları neçəncidir?

    16.10.2026 21:28:41
    Futbol

    “Sumqayıt” “Araz-Naxçıvan”ı məğlub etdi

    16.10.2026 20:55:39
    Minifutbol

    Minifutbol millimiz üçüncü yer uğrunda oyunda da uduzdu - YENİLƏNİB

    16.10.2026 19:35:13
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Sabah" Qəbələ səfərində, "Qarabağ" "Neftçi"yə qarşı

    17.10.2026 10:00:07

    Namiq Əliyev UWW prezidenti olmaq istəyir – Laloviçi məhkəməyə verdi

    17.10.2026 00:38:49

    Avropa çempionatı: Daha bir ağırlıqqaldıranımız üç medal qazandı

    16.10.2026 23:40:32

    İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik etdi - 30 illiyi münasibətilə

    16.10.2026 23:23:47

    Dünya çempionatı: İki boksçumuz qələbə ilə başladı

    16.10.2026 22:45:48

    "Qələbəyə layiq idik" - Filipe Kandido

    16.10.2026 22:17:27

    "Bu cür qollar buraxmaq olmaz" - Yuri Maksimov

    16.10.2026 21:39:36

    UEFA reytinqi: Azərbaycan klubları neçəncidir?

    16.10.2026 21:28:41

    “Sumqayıt” “Araz-Naxçıvan”ı məğlub etdi

    16.10.2026 20:55:39

    Azərbaycan U-15 Avropa çempionatına 21 boksçu ilə yollanır

    16.10.2026 20:16:59

    Minifutbol millimiz üçüncü yer uğrunda oyunda da uduzdu - YENİLƏNİB

    16.10.2026 19:35:13

    AMADA rəhbəri süni intellektin antidopinqdə tətbiqindən danışıb - Yunanıstanda

    16.10.2026 19:18:10

    Elvin Cəfərquliyev məşqləri bərpa etdi

    16.10.2026 18:48:12

    "Sumqayıt" - "Araz-Naxçıvan" :HEYƏTLƏR

    16.10.2026 18:12:32

    "Allah çəkdiyimiz əziyyətin bəhrəsini verəcək" - Azər Bağırov

    16.10.2026 17:47:30
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved