Bu gün "Neftçi" komandası 3x3 basketbol üzrə Dünya Qadın Seriyasının Fribur mərhələsində növbəti oyununu keçirəcək.
Prosport.Az-ın məlumatına görə, "Neftçi" 1/4 finalda Portuqaliya millisi ilə üz-üzə gələcək.
Qarşılaşma Bakı vaxtı ilə saat 15:15-də start götürəcək.
Qeyd edək ki, "Neftçi" A qrupunda Kanadaya 15:13, Malayziya yığmasına isə 21:7 hesabı ilə qalib gələrək qrupu lider kimi başa vurub.

