Avropa Olimpiya Komitələrinin (AOK) İcraiyyə Komitəsi 2025-2029-cu illər üzrə komissiyanın yeni tərkibini təsdiqləyib.
Prosport.Az xəbər verir ki, komissiyanın yeni tərkibində Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) 2 üzvü də yer alıb.
Qərara əsasən, MOK-un idman idarəsinin müdiri Həsənağa Rzayev AOK-un eSports Komissiyasının, beynəlxalq əlaqələr idarəsinin müdiri Anar Bağırov isə Avropa İttifaqı və Beynəlxalq Əlaqələr Komissiyasının üzvü seçilib.