Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Müsahibə
    "Vitse-prezident təyin olunmuşam, məşqçilər korpusunda dəyişiklik olacaq" – Kənan Kərimov
    1.07.2025 18:15:03

    Premyer Liqaya qayıdışını rəsmiləşdirən "Karvan"da məşqçilər korpusunda qeyri-müəyyənlik davam edir. I Liqada komandanın baş məşqçisi olmuş Kənan Kərimovun Yevlax klubuna vitse-prezident təyin olunması da çalışdırıcı sahəsində dəyişiklik olacağına işarədir.

    Prosport.Az hazırda komandanı məşqlərə çıxaran Kənan Kərimovdan müsahibə götürüb.

    – Komandanın hazırlıqları necə gedir?
    – İyunun 26-dan Yevlaxda komanda olaraq toplanmışıq. Bu gün ilk mərhələnin sonuncu günü idi. Əsasən seleksiyaya gələn həm legioner, həm də azərbaycanlı futbolçulara baxırdıq.

    – Seçdiyiniz futbolçular oldu?
    – 3-4 futbolçu var ki, onlara bir daha şans verəcəyik.

    – 2-ci toplanış nə vaxta planlaşdırılıb?
    – İyulun 4-dən başlayacaq. Yenə Yevlaxda hazırlıq keçəcəyik.

    – Yoxlama oyunları keçirəcəksinizsə, hansı komandalarla qarşılaşacaqsınız?
    – 3 yoxlama matçı keçirəcəyik. "Kəpəz", "Şamaxı" və "İmişli" ilə oynayacağıq. İyulun 16-da "Kəpəz"lə matç Mingəçevirdə olacaq. Ayın 21-də "Şamaxı" ilə Qəbələdə oynayacağıq. İyulun 30-da isə "Şamaxı" ilə Ağsuda qarşılaşacağıq.

    – Bəzi futbolçuları yola saldınız. Bunların içərisində bombardiriniz Bəhruz Teymurovu yola salmağınız gözlənilməz oldu...
    – Bəhruza müqavilə təklif olundu. Maliyyə şərtlərinə görə qəbul etmədi və komandanı tərk etdi.

    – Mətbuatda adı çəkilən yeni legionerlərlə nə vaxt müqavilə bağlanılacaq?
    – Ayın 5-6-dək bu məsələ rəsmiləşəcək.

    – Bizdə olan məlumata görə, iyunun 24-də keçirilən Klublar Komitəsinin iclasında iştirak etmisiniz. Siz vitse-prezident təyin olunmusunuz?
    – Bəli, orada iştirak etmişəm. Vitse-prezident təyin olunmuşam.

    – Klubda hazırda 1 vitse-prezident var?
    – Bəli.

    – Məşqçilər korpusunda dəyişiklik olacaqmı?
    – Çox güman ki, olacaq. Yerli məşqçi təyinatı gerçəkləşəcək.

    – Vitse-prezident təyinatından sonra belə başa düşmək olur ki, siz məşqçilər korpusunda yeni baş məşqçi gələnədək işləyəcəksiniz...
    – Buna hələ tam aydınlıq gətirmək istəmirəm. Bu məsələ gələcək işlərdən asılıdır.

    Səbuhi Musa

    Akademiya

    "Sabah"ın gəncləri ilk xal axtarışında

    20.10.2026 11:16:27
    Futbol

    U-15 dünya çempionatının ilk iştirakçısı Bakıya gəldi - FOTOLAR

    20.10.2026 10:56:39
    Futbol

    Çempionlar Liqası: "Sabah" Almaniya nəhənginə qarşı

    20.10.2026 10:00:00
    Futbol

    Millimizin üzvü Azərbaycana qayıtmaq istəyir

    19.10.2026 23:54:18
    Futbol

    Toral Bayramov oynadı, "Bursaspor" liderlə xaı fərqini azaltdı

    19.10.2026 23:17:23
    Futbol

    Akim Zedadka: "Oyundan zövq almaq istəyirik"

    19.10.2026 20:38:42
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Sabah"ın gəncləri ilk xal axtarışında

    20.10.2026 11:16:27

    U-15 dünya çempionatının ilk iştirakçısı Bakıya gəldi - FOTOLAR

    20.10.2026 10:56:39

    "Turan" Çempionlar Liqasında mübarizəyə başlayır

    20.10.2026 10:24:06

    Çempionlar Liqası: "Sabah" Almaniya nəhənginə qarşı

    20.10.2026 10:00:00

    Millimizin üzvü Azərbaycana qayıtmaq istəyir

    19.10.2026 23:54:18

    Toral Bayramov oynadı, "Bursaspor" liderlə xaı fərqini azaltdı

    19.10.2026 23:17:23

    Azərbaycanın 2 taekvondçusu Qətərdə döyüşəcək

    19.10.2026 22:41:13

    "Rəqib bizim səhvlərimizdən 18 xal qazandı" - Tahir Baxşıyev

    19.10.2026 22:15:29

    "2-ci hissədə yaxşı oynamadıq" - "Sabah"ın baş məşqçisi

    19.10.2026 21:40:31

    Azərbaycanı Avropa çempionatında 17 cüdoçu təmsil edəcək - ADLAR

    19.10.2026 21:12:30

    Gəncədə qaliblər müəyyənləşdi

    19.10.2026 20:51:33

    "Sabah" bu dəfə də qalib gəldi

    19.10.2026 20:47:19

    Akim Zedadka: "Oyundan zövq almaq istəyirik"

    19.10.2026 20:38:42

    "Bu görüşü səbirsizliklə gözləyirik" - Valdas Dambrauskas

    19.10.2026 20:25:16

    "Borusiya"nın müdafiəçisi: "Meydana qələbə üçün çıxacağıq"

    19.10.2026 20:19:40
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved