Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "O, düşərgədə olmadığı hər günə görə cərimə olunacaq" – Rəşad Sadıqov
    1.07.2025 10:39:08

    “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov “Qarabağ”a 0:4 hesabı ilə uduzduqları yoxlama oyunundan sonra jurnalistlərin suallarını cavablandırıb.

    Prosport.Az həmin müsahibəni təqdim edir:

    – Oyunla bağlı fikirləriniz necədir?
    – İlk yoxlama görüşümüz idi. Mövsümün açılışını etdik. Nəzərə alsaq ki, ilk oyun idi, məmnun qaldıq. Futbolçular özlərini gözlədiyimdən daha yaxşı göstərdi. Yaxşı formadadırlar. Bu da bizi sevindirir. İndi vacib olan Türkiyədəki yoxlama görüşlərində daha yaxşı çıxış edib, ideal vəziyyətə yaxınlaşmaqdır.

    – Çox qol buraxmağınız müdafiənin zəifliyindən qaynaqlanır?
    – Qol buraxmaq həmişə problemdir. Qapımızda 4 qol görsək də, fərqlənmək üçün yaxşı fürsətlərimiz var idi. Nəticə mənim üçün bu gün o qədər də önəmli deyil. Bu gün 4:0 hesabı ilə qalib gəlsəydik də, mənim üçün dəyişən nəsə olmayacaqdı. Vacib olan futbolçuların oyun praktikalarını yaxşılaşdırmaqdır. Rəsmi oyunlarda çox qol buraxsaq, yaxud fərqlənmək üçün xeyli şansı boşa versək, bu, narahat olmaq üçün əsas verər. Hazırlıq dönəmində bu məqamlar təhlükəli deyil.

    – “Xayduk”la oyunlardan öncə Salifu Suma və Rafael Utziqin mümkün gedişi “Zirə” üçün ciddi itkidir. Onların yerini doldurmaq mümkün olacaq?
    – Bu baxımdan ciddi problem yaşayırıq. Salifuya ciddi təkliflər var, danışıqlar gedir. Hər an razılıq əldə oluna və komandanı tərk edə bilər. Onu heyətində görmək istəyən komandalar avrokuboklarda iştirak edir və turnirin startına qədər keçidi reallaşdırmağa çalışırlar. Çünki “Zirə”nin heyətində meydana çıxsa, sonra digər kollektivin formasını yalnız qrup mərhələsində geyinə bilər. Hələ danışıqlar gedir. Utziqin durumu fərqlidir. O, komandadan ayrılmaq istəyir. Biz də transferə çıxarmışıq. Hər hansı bir təklif almasını gözləyirik. İstənilən halda birdən-birə 2 aparıcı hücumameyilli oyunçunun itkisi komanda üçün problemdir.

    – Onların əvəzinə transfer reallaşdırmaq fikriniz var?
    – Axtarırıq. Lakin qısa müddət ərzində problemi həll etmək asan olmayacaq. Hətta tapsan belə, oyunlara nə dərəcədə hazır olub-olmayacaqları da sual altındadır.

    – Utziqin bu gün “Zirə” ilə müqaviləsi var və komandanın məşqlərində olmalıdır, lakin yoxdur. Bununla bağlı hər hansı addım atmaq fikriniz var?
    – İlk gündən hüquqi çərçivədə tədbirlər görülür. Müqaviləsi olduğu üçün komandaya qayıtsa, düşərgədə olmadığı hər günə görə cərimə olunacaq. Özünə də bu haqda məlumat verilib.

    – Ötən il mübarizəyə UEFA Avropa Liqasından qoşulmuşdunuz, sonradan məğlub olaraq çıxışınızı UEFA Konfrans Liqasında davam etdirdiniz. Necə deyərlər, bir səhv etmək, uduzmaq haqqınız var idi. İndi isə belə bir şans yoxdur. Bu məqam komandanızın üzərində əlavə təzyiq yaratmır?
    – Xüsusi bir təzyiq hiss etmirik. Bilirik ki, rəqibimiz “Xayduk”dur. Rəqib güclüdür, biz də özümüzü güclü hesab edirik. Düşünürəm ki, bizi maraqlı oyunlar gözləyir.

    – Avrokuboklar üçün əvvəlki illərdən fərqli olaraq, bu dəfə “Neftçi Arena”nı seçməyinizə səbəb nə oldu?
    – “Neftçi Arena” hazırda Azərbaycanda, xüsusən də beynəlxalq oyunlar keçirmək üçün bəlkə də ən ideal stadiondur. Təbii ki, bu, hər iki komanda üçün üstünlük olacaq. Kiçik stadionda oynadıqda bir qədər fərqli olur. Bu cür kompakt arenada oynamaq rəqibin də motivasiyasını artırır. Lakin biz gözəl futbolu seçdik. Üstəlik, bu il “Liv Bona Dea Arena”da “Araz-Naxçıvan” da avrokubok matçını keçirəcək. Digər səbəb “Neftçi”nin özünün avrokuboklarda çıxış etməməsidir. Biz onlardan xahiş etdik. “Neftçi” rəhbərliyinə bir daha təşəkkür etmək istəyirəm ki, xahişimizi nəzərə alıb, orada oynamağımıza icazə verdilər. Əks halda başqa alternativlər axtarmalıydıq. Azarkeşlər üçün də rahat olacaq. Biz də istəyirik ki, baxımlı və gözəl futbol olsun. Həm azarkeşləri sevindirək, həm də özümüz sevinək.

    – Komanda hazırda neçə faiz hazırdır?
    – Faiz olaraq qiymətləndirə bilməyəcəyəm. Lakin gözlədiyimdən daha yaxşıdır. İstirahətdən qayıtsaq da, futbolçuların durumu yaxşıdır. Bu da bizi sevindirir. Bir qədər də artırmalıyıq. Futbolçular özləri də bunu yaxşı başa düşür. Keçən il bizim üçün yaxşı təcrübə oldu. Ən vacib məqam iyulun 23-dəki ilk oyuna hazır oılmaqdır. 

    Посмотреть эту публикацию в Instagram

    Публикация от Prosport.Az (@prosport_az)

    Müsahibə

    "Sabah"a vura bilməyimiz qolları "Fənərbağça"ya saxladıq" - Lukaş Provod

    14.10.2026 15:13:56
    Futbol

    "Məqsədimiz hər oyunda 3 xal qazanmaqdır" - Hayderson Hurtado

    12.10.2026 19:17:07
    Cüdo

    "Kindzerskayanın niyyəti ciddidirsə, özü ilə söhbət edərik" – Rəşad Rəsullu

    12.10.2026 17:44:31
    Müsahibə

    "Dünya Kubokunun Bakıda keçirilməsi yalnız bu il üçün nəzərdə tutulmuşdu" – Baş katib

    10.10.2026 10:46:15
    Müsahibə

    "Ömər özü dünya çempionu olmaq istəyirdi" – Onun qohumu Fərhad Rəcəbli

    9.10.2026 15:42:46
    Müsahibə

    "Düşünürdüm ki, atamı sevindirim" – İlk dəfə dünya 3-cüsü olan Murad Fətiyev

    8.10.2026 19:50:12
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Sabah"ın gəncləri ilk xal axtarışında

    20.10.2026 11:16:27

    U-15 dünya çempionatının ilk iştirakçısı Bakıya gəldi - FOTOLAR

    20.10.2026 10:56:39

    "Turan" Çempionlar Liqasında mübarizəyə başlayır

    20.10.2026 10:24:06

    Çempionlar Liqası: "Sabah" Almaniya nəhənginə qarşı

    20.10.2026 10:00:00

    Millimizin üzvü Azərbaycana qayıtmaq istəyir

    19.10.2026 23:54:18

    Toral Bayramov oynadı, "Bursaspor" liderlə xaı fərqini azaltdı

    19.10.2026 23:17:23

    Azərbaycanın 2 taekvondçusu Qətərdə döyüşəcək

    19.10.2026 22:41:13

    "Rəqib bizim səhvlərimizdən 18 xal qazandı" - Tahir Baxşıyev

    19.10.2026 22:15:29

    "2-ci hissədə yaxşı oynamadıq" - "Sabah"ın baş məşqçisi

    19.10.2026 21:40:31

    Azərbaycanı Avropa çempionatında 17 cüdoçu təmsil edəcək - ADLAR

    19.10.2026 21:12:30

    Gəncədə qaliblər müəyyənləşdi

    19.10.2026 20:51:33

    "Sabah" bu dəfə də qalib gəldi

    19.10.2026 20:47:19

    Akim Zedadka: "Oyundan zövq almaq istəyirik"

    19.10.2026 20:38:42

    "Bu görüşü səbirsizliklə gözləyirik" - Valdas Dambrauskas

    19.10.2026 20:25:16

    "Borusiya"nın müdafiəçisi: "Meydana qələbə üçün çıxacağıq"

    19.10.2026 20:19:40
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved