Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Danışıqlar gedir, bunun üzərinə ciddi düşmüşük" – Qurban Qurbanov
    1.07.2025 10:22:03

    “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Zirə”yə 4:0 hesabı ilə qalib gəldikləri yoxlama oyunundan sonra jurnalistlərin suallarını cavablandırıb.

    Prosport.Az həmin müsahibəni təqdim edir:

    – Yoxlama matçında 4:0 hesablı qələbə qazandınız. Görüşlə bağlı nə deyə bilərsiniz?
    – Maraqlı oyun alındı. Xüsusən də ilk hissə. İlk 45 dəqiqədə “Zirə” çox təşkilatlanmış şəkildə oynayırdı. Bizdən daha yaxşı, daha hazırlıqlı idilər. Lakin 2-ci hissə fərqli oldu. Ardıcıl qollar vurduqdan sonra oyun bizim üçün asanlaşdı. Əlbəttə ki, səhvlərimiz var idi. Bu da gözləniləndir. Çünki oyunçuların hazırlıq səviyyəsi tam deyil. Ona görə futbolçulardan daha dinamik oyun tələb etmək o qədər də düzgün deyil. Ümumən qarşıdakı günlərdə üzərində daha çox çalışacağımız epizodlar oldu.

    – Hansısa futbolçu sizi müsbət mənada təəccübləndirə bildi?
    – Ümumən oyunçuları daha yaxşı gördüm. Lakin səhvlərimiz var idi. Bəzi qəbulolunmaz səhvlər oldu. Onları burada görməyimiz daha yaxşıdır. İnşallah, Avstriya toplanışında çatışmazlıqlara daha çox diqqət ayıracağıq.

    – İstirahətdən sonra komandanın fiziki durumu sizi nə dərəcədə razı salır?
    – Hələ ki, o səviyyədə deyilik. Əfsuslar olsun ki, futbolçularda fərqli fiziki hazırlıq var. Milli komandanın oyunçularında istirahətə vaxt az olduğu üçün onların fiziki durumları yaxşı deyil. Amma digərləri, istirahətə daha çox vaxtı olanlar məşqlərdə verdiyimiz yüklənmələri daha rahat qəbul edirlər.

    – Transferlərlə bağlı nə yeniliklər var?
    – Həmişə olduğu kimi danışıqlar gedir. Bunun üzərinə ciddi düşmüşük. Ola bilər ki, qarşıdakı günlərdə, ola bilər 10 gündən sonra, yaxud 1 aydan sonra reallaşsın. Bu elə bir prosesdir ki, dərhal həll olunmur. Çalışırıq ki, bir yox, bir neçə transfer reallaşdıraq.

    – Mətbuatda Yassin Benziyanın komandaya qayıda biləcəyi barədə xəbər yayılıb. Bu, nə dərəcədə doğrudur?
    – Benziya ilə bağlı hər hansı məlumat yoxdur. Getdikdən sonra onunla danışığımız olmayıb.  

    – İnternet qaynaqlarında “Qarabağ”la müqavilənizin bitmə müddəti kimi bu gün – 30 iyun 2025-ci il göstərilib. Sözləşməni yeniləmisiniz?
    – Hələ müqaviləm var. Səhv eləmirəmsə, 2027-ci ilə kimidir.

    – UEFA Çempionlar Liqasındakı potensial rəqiblərin oyununa köməkçilərinizdən kimisə göndərmək fikriniz var?
    – Bəli, belə bir fikrimiz var.

    – Zaqreb "Dinamo"sunun müdafiəçisi Sami Mmaenin adı transfer siyahınızda var?
    – Ola bilər, siyahıda olsun.

    Akademiya

    "Sabah"ın gəncləri ilk xal axtarışında

    20.10.2026 11:16:27
    Akademiya

    U-15 dünya çempionatının ilk iştirakçısı Bakıya gəldi - FOTOLAR

    20.10.2026 10:56:39
    Futbol

    Çempionlar Liqası: "Sabah" Almaniya nəhənginə qarşı

    20.10.2026 10:00:00
    Futbol

    Millimizin üzvü Azərbaycana qayıtmaq istəyir

    19.10.2026 23:54:18
    Futbol

    Toral Bayramov oynadı, "Bursaspor" liderlə xaı fərqini azaltdı

    19.10.2026 23:17:23
    Futbol

    Akim Zedadka: "Oyundan zövq almaq istəyirik"

    19.10.2026 20:38:42
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Sabah"ın gəncləri ilk xal axtarışında

    20.10.2026 11:16:27

    U-15 dünya çempionatının ilk iştirakçısı Bakıya gəldi - FOTOLAR

    20.10.2026 10:56:39

    "Turan" Çempionlar Liqasında mübarizəyə başlayır

    20.10.2026 10:24:06

    Çempionlar Liqası: "Sabah" Almaniya nəhənginə qarşı

    20.10.2026 10:00:00

    Millimizin üzvü Azərbaycana qayıtmaq istəyir

    19.10.2026 23:54:18

    Toral Bayramov oynadı, "Bursaspor" liderlə xaı fərqini azaltdı

    19.10.2026 23:17:23

    Azərbaycanın 2 taekvondçusu Qətərdə döyüşəcək

    19.10.2026 22:41:13

    "Rəqib bizim səhvlərimizdən 18 xal qazandı" - Tahir Baxşıyev

    19.10.2026 22:15:29

    "2-ci hissədə yaxşı oynamadıq" - "Sabah"ın baş məşqçisi

    19.10.2026 21:40:31

    Azərbaycanı Avropa çempionatında 17 cüdoçu təmsil edəcək - ADLAR

    19.10.2026 21:12:30

    Gəncədə qaliblər müəyyənləşdi

    19.10.2026 20:51:33

    "Sabah" bu dəfə də qalib gəldi

    19.10.2026 20:47:19

    Akim Zedadka: "Oyundan zövq almaq istəyirik"

    19.10.2026 20:38:42

    "Bu görüşü səbirsizliklə gözləyirik" - Valdas Dambrauskas

    19.10.2026 20:25:16

    "Borusiya"nın müdafiəçisi: "Meydana qələbə üçün çıxacağıq"

    19.10.2026 20:19:40
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved