3x3 basketbolu üzrə "Neftçi" komandası Dünya Qadın Seriyasının İsveçrənin Fribur şəhərində keçirilən mərhələsində ilk qələbəsini qazanıb.
Prosport.Az xəbər verir ki, A qrupunda ilk oyununu keçirən təmsilçimiz "Neftçi" bu mərhələnin reytinq xallarına görə bir nömrəsi sayılan Kanada millisinə 15:13 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, "Neftçi" qrupda sonuncu oyununu bu gün Bakı vaxtı ilə saat 22:00-da Malayziya millisinə qarşı keçirəcək.

