Azərbaycan futzal millisinin qapıçısı Rövşən Hüseynli Qazaxıstanın "Astana" klubundan ayrılıb.
Prosport.Az xəbər verir ki, bu barədə 34 yaşlı qolkiper sosial şəbəkə hesabında paylaşım edib.
"Karyeramda çox qeyri-adi və maraqlı bir mövsüm oldu. Həm təcrübə, həm də ən əsası, meydandan kənarda yeni dostlar qazandım. Komanda yoldaşlarıma və rəhbərliyə təşəkkür edir, onlara yeni mövsümdə uğurlar arzulayıram.Təşəkkürlər, Astana!", - deyə o yazıb.
Qeyd edək ki, Rövşən Hüseynli 2024-cü ilin yayından "Astana"da çıxış edirdi.