Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Digər idman növləri
    Azərbaycanda bu federasiyanın loqosu və formaları yeniləndi – FOTOLAR
    25.06.2025 17:15:47

    Azərbaycan Üzgüçülük Federasiyasının (AÜF) yeni loqosu, vebsaytı, sosial şəbəkə səhifələri və idmançı formaları təqdim olunub.

    Prosport.Az xəbər verir ki, yeni loqo, brendbuk, vebsayt, rəqəmsal platforma akkauntları və milli komanda formaları ilə Federasiyanın imici müasir beynəlxalq standartlara daha da uyğunlaşıb.

    AÜF-nin yenilənmiş loqotipi irəliləyişi, çevikliyi və dözümlüyü simvolizə edən formatda hazırlanıb. Minimalistik və dinamik dizayn tərzi ilə hazırlanmış loqo Federasiyanın yanaşmasını əks etdirmək və beynəlxalq səviyyədə tanınmasını artırmaq məqsədi daşıyır.

    Milli komandalar üçün hazırlanmış yeni formalar isə həm də funksionallığı ön planda saxlayır. İtaliyanın məşhur “Macron” şirkətilə tərəfdaşlıq çərçivəsində təqdim edilmiş dəst, AÜF-nin yeni imicinin vacib parçasıdır. Əlavə olaraq üzgüçülük üzrə milli komandanın üzvlərinə sahəsinin lideri olan Böyük Britaniyanın “Speedo” şirkətinə məxsus idman geyimləri təqdim edilib.

    Bununla yanaşı, AÜF rəqəmsal aləmdə də daha geniş şəkildə təmsil olunacaq. Artıq federasiyanın fəaliyyəti ilə bağlı məlumatlar yalnız “Facebook” və “Instagram”da deyil, həmçinin “LinkedIn”, “TikTok”, “X” və “YouTube” kimi platformalarda da paylaşılacaq. Bu, qurumun daha böyük auditoriya üçün əlçatan olmasını, o cümlədən Federasiyanın nəzdində olan idman növlərinin ölkədə daha da populyarlaşmasını hədəfləyir.

    Federasiyanın rəsmi www.asf.az vebsaytı da tamamilə yenilənib. İstifadəçiyə rahat interfeys və mobil cihazlara uyğun olmasıyla sayt ziyarətçilərinə AÜF-ə aid rəsmi xəbərlər və multimedia materialları ilə sosial şəbəkələrdəkindən daha geniş və ətraflı şəkildə tanışlıq üçün imkanlar yaradacaq. Habelə yerli və beynəlxalq yarışlar haqqında məlumatların, eləcə də ölkədəki bütün hovuzların xəritəsinin yerləşdirilməsi nəzərdə tutulub.

    Qeyd edək ki, cari ilin yanvar ayında keçirilmiş ümumi yığıncaqda Zaur Əliyev ASF-nin prezidenti seçilib. Ötən aylar ərzində strategiya və struktur baxımından yenilənmə prosesinə, beynəlxalq əlaqələrin genişləndirilməsinə start verilib. İlin sonuna qədər bir sıra digər yeniliklərin və layihələrin də həyata keçirilməsi planlaşdırılır. Məqsəd su idman növlərinin Azərbaycanda kütləviləşdirilməsi və peşəkar idmançıların hazırlıq səviyyəsinin artırılmasından ibarətdir.

    Digər idman növləri

    Avropa çempionatı: Daha bir ağırlıqqaldıranımız üç medal qazandı

    16.10.2026 23:40:32
    Digər idman növləri

    İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik etdi - 30 illiyi münasibətilə

    16.10.2026 23:23:47
    Digər idman növləri

    AMADA rəhbəri süni intellektin antidopinqdə tətbiqindən danışıb - Yunanıstanda

    16.10.2026 19:18:10
    Cüdo

    Prezident 4 idmançını təltif etdi - ADLAR

    16.10.2026 14:41:34
    Digər idman növləri

    Azərbaycan atletindən Avropa çempionatında 3 medal

    15.10.2026 21:42:05
    Digər idman növləri

    Azərbaycanda bu beynəlxalq yarış ilk dəfə keçiriləcək

    15.10.2026 18:16:04
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Ramil Şeydayev oynadı, komandası qələbə qazandı

    17.10.2026 10:40:50

    "Sabah" Qəbələ səfərində, "Qarabağ" "Neftçi"yə qarşı

    17.10.2026 10:00:07

    Namiq Əliyev UWW prezidenti olmaq istəyir – Laloviçi məhkəməyə verdi

    17.10.2026 00:38:49

    Avropa çempionatı: Daha bir ağırlıqqaldıranımız üç medal qazandı

    16.10.2026 23:40:32

    İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik etdi - 30 illiyi münasibətilə

    16.10.2026 23:23:47

    Dünya çempionatı: İki boksçumuz qələbə ilə başladı

    16.10.2026 22:45:48

    "Qələbəyə layiq idik" - Filipe Kandido

    16.10.2026 22:17:27

    "Bu cür qollar buraxmaq olmaz" - Yuri Maksimov

    16.10.2026 21:39:36

    UEFA reytinqi: Azərbaycan klubları neçəncidir?

    16.10.2026 21:28:41

    “Sumqayıt” “Araz-Naxçıvan”ı məğlub etdi

    16.10.2026 20:55:39

    Azərbaycan U-15 Avropa çempionatına 21 boksçu ilə yollanır

    16.10.2026 20:16:59

    Minifutbol millimiz üçüncü yer uğrunda oyunda da uduzdu - YENİLƏNİB

    16.10.2026 19:35:13

    AMADA rəhbəri süni intellektin antidopinqdə tətbiqindən danışıb - Yunanıstanda

    16.10.2026 19:18:10

    Elvin Cəfərquliyev məşqləri bərpa etdi

    16.10.2026 18:48:12

    "Sumqayıt" - "Araz-Naxçıvan" :HEYƏTLƏR

    16.10.2026 18:12:32
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved