Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Müsahibə
    "Bu, Azərbaycan çimərlik güləşi tarixində ilk olacaq" - Oyan Nəzəriani
    21.06.2025 18:37:55

    Çimərlik güləşi üzrə Azərbaycan milli komandasının baş məşqçisi Oyan Nəzəriani federasiyanın rəsmi saytına müsahibə verib. Prosport.Az həmin müsahibəni təqdim edir:

    – U17 Avropa çempionatında komandanın çıxışını necə dəyərləndirirsiniz?

    – Xorvatiyanın Poreç şəhərində keçirilən yarışda Dörd çəki dərəcəsindən üçündə təmsil olunurduq. 2 qızıl və 1 bürünc medal qazandıq. Baxmayaraq ki, ən çox qızıl medalı biz qazandıq, amma bir çəkimiz boş olduğu üçün komanda hesabında 3-cü yeri tutduq. Ancaq medalların keyfiyyətinə əsasən birinci olduq. Bu da bizim üçün önəmli bir məqam idi. Çünki 4 çəkidən ikisində qızıl medal almaq kifayət qədər yaxşı nəticə sayılır. Həmişə maksimum nəticəyə köklənirik. Əslində 3 qızıl medal ala bilərdik. Rəşid Nazarov (60 kq) yarımfinalda son saniyələrdə üstünlüyü əldən verdi. O da qızıl medala layiq idi. İnanıram ki, daha yaxşı hazırlaşıb, dünya çempionatında 4 çəki dərəcəsində iştirak edərək, daha yüksək nəticələr əldə edəcəyik. Təbii ki, dünya çempionatı Avropa çempionatından daha qədər çətin olacaq. Ümid edirik ki, bu yarış da bizim üçün yaxşı keçəcək.

    – Avropa çempionatından dərhal sonra Dünya Seriyasının mərhələ yarışına qatıldınız. Bu, mövsümdə 2-ci mərhələ olsa da, sizin qatıldığınız ilk belə yarış idi. Bu mərhələdəki nəticəni necə qiymətləndirirsiniz?

    – Dünya Seriyasında dörd çəkidən ikisində təmsil olunduq. Hər iki güləşçimiz fəxri kürsüyə qalxdıq. 1 qızıl və 1 bürünc medal yaxşı nəticə sayıla bilər. Burada bir çox ölkələr 4 çəkidə daha çox idmançı ilə iştirak edirdi. Məsələn, Gürcüstanın 8, İranın 6, Ukraynanın isə 12 idmançısı Dünya Seriyasında mübarizə apardı. Aparıcı güləş ölkələriylə rəqabətdə göstərdiyimiz nəticəni yüksək qiymətləndirmək olar. Dünya Seriyasının birinci mərhələsində iştirak etmədiyimiz üçün reytinq sıralamasında bir qədər geridə olsa daq, növbəti mərhələlərdə bu fərqi qapayıb önə keçəcəyimizə inanıram.

    – İyulun 16-17-də çimərlik güləşi üzrə ölkə çempionatı keçiriləcək. Bu yarışdan gözləntiləriniz nələrdir?

    – Azərbaycan Güləş Federasiyasının dəstəyi ilə çimərlik güləşi üzrə U17 və böyüklər yaş qrupunda ölkə çempionatı keçiriləcək. Bu, bizim üçün yığma komandanın tərkibini genişləndirmək, yeni istedadları kəşf etmək və onları çimərlik güləşinin qaydaları, məşq metodları ilə tanış edərək, dünya və Avropa çempionatlarına, xüsusən də, gələn il keçiriləcək yeniyetmələrin Yay Olimpiya Oyunlarına hazır etmək üçün yaxşı fürsət olacaq.

    – U-17 dünya çempionatında və Dünya Seriyasının digər mərhələləri üçün heyətdə dəyişiklik etməyi planlaşdırırsınız?

    – Heyətə yeni idmançıları əlavə etmək planımız var. Azərbaycan çempionatında və sonraki hazırlıq dönəmində güləşçilərin göstərdiyi nəticələrə əsasən heyət müəyyənləşəcək. Ən optimal heyəti qurmağa çalışacağıq. U-17 dünya çempionatında yeniyetmə qızlarımızın da iştirakını planlaşdırırıq. Bu, Azərbaycan çimərlik güləşi tarixində ilk olacaq.

    – Sentyabra qədər beynəlxalq yarış olmayacaq. Bu müddətdə hazırlıq prosesi necə olacaq?

    – Ona qədər müxtəlif təlim-məşq toplanışları ilə yığma komandanın hazırlıq səviyyəsini maksimum dərəcədə yüksək saxlayaraq və artıraraq davam edəcəyik. Ümidimiz odur ki, bu qarşıdan gələn təlim-məşq toplanışlarımızda da kifayət qədər faydalı ola bilək. İntensiv məşqlərimiz davam edəcək. Dünya çempionatını və Dünya Seriyasının final mərhələsini başa vurana qədər hazırlıq prosesi dayanmayacaq.

    – Çimərlik güləşi artıq Yeniyetmələrin Yay Olimpiya Oyunlarında yer alıb. Gələcəkdə böyüklər arasında Olimpiadalarda da güləşin bu növünü görə bilərikmi? Sizcə bunun üçün UWW tərəfindən hansı işlər görülməlidir?

    – Qeyd etdiyiniz kimi, çimərlik güləşi 2026-cı ildə keçiriləcək Yeniyetmələrin Yay Olimpiya Oyunlarına daxildir. Bu, çimərlik güləşi üçün çox önəmli, çox tarixi bir addımdır. Çünkü Beynəlxalq Olimpiya Komitəsi (İOC) bu yarışları yaxından izləyəcək. Bununla da çimərlik güləşinin gələcəkdəki potensialına, böyüklərin Yay Olimpiya Oyunlarına daxil olması üçün çox yaxşı imkanlar və fürsətlər yaranacaq. UWW-nin çimərlik güləşi ilə bağlı xüsusi planları var. Neçə illərdir artıq bunun üstündə işləyirlər. Yeni bir idman növünün Olimpiadanın proqramına daxil olması çətin görünsə də, bu istiqamətdə səylər çox ciddi şəkildə davam etdirilir. Fikrimcə, çimərlik güləşi üzrə yarışlarda iştirakçıların sayı artırılmalı və bu növün dünya miqyasında təbliğatı gücləndirilməlidir.

    Müsahibə

    "Ailəmdə baş verən hadisələr mənə çox böyük təsir etdi" – Mahir Emreli

    27.05.2026 23:20:01
    Futbol

    "Başa düşürdüm ki, getsəm, hər şey yarımçıq qalacaq" - Qurban Berdiyev

    26.05.2026 22:58:42
    Döyüş növləri

    "Mədinəyə demişdim ki, öz çəkində məğlub edə bilməyəcəyin rəqib yoxdur" – Şahin Atamov

    25.05.2026 12:40:40
    Müsahibə

    "Demək istəyirəm ki, ata, qızın sənin yolunla gedir" – Mədinə Sadıqova

    24.05.2026 00:02:11
    Futbol

    "Baş məşqçi dominant futbol oynamağı tələb edir" - Gəncə klubunun futbolçusu

    22.05.2026 15:50:42
    Futbol

    "Dünya çempionatına hazırlıqlar çox yaxşı gedir" – "Kəpəz"in futbolçusu

    22.05.2026 15:07:09
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Sadıq Sadıqovun ölümünün səbəbi "TikTok"da yayılan videolar imiş

    6.06.2026 00:43:16

    Millimiz Malta ilə bacarmadı

    5.06.2026 23:55:46

    "İşimiz asan olmayacaq" - Zaur Həşimov

    5.06.2026 23:12:44

    Basketbol millimiz Dünya Kubokunun 1/4 finalında

    5.06.2026 22:45:03

    Millimizdə ciddi itki: 8-ci dəqiqədə zədələndi

    5.06.2026 22:19:00

    Sadıq Sadıqov vəfat etdi – SON DƏQİQƏ

    5.06.2026 21:57:21

    Qurban Qurbanov Allahverdi Bağırovun məzarını ziyarət etdi – FOTOLAR

    5.06.2026 21:11:36

    Azərbaycan - Malta: HEYƏTLƏR

    5.06.2026 21:03:37

    "Neftçi" və "Zirə"nin Konfrans Liqasındakı potensial rəqibləri bəlli oldu

    5.06.2026 20:51:22

    “Yeni transferlərimiz olacaq” - Zaur Həşimov

    5.06.2026 20:36:02

    Millimiz Macarıstana məğlub oldu

    5.06.2026 19:52:58

    Fransa milli komandasında gərginlik - FOTO

    5.06.2026 19:45:05

    "Şamaxı"nın sabiq üzvü karyerasını ölkəmizdə davam etdirə bilər

    5.06.2026 19:16:33

    "Mən rəqibimdən daha təhlükəliyəm" - Nazim Sadıqov

    5.06.2026 18:53:27

    Azərbaycanı Avropa çempionatında kim təmsil edəcək?

    5.06.2026 18:13:41
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved