Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "AFFA və PFL tərəfindən şərait yaradılsa, II Liqada çıxış etmək istərdik" – "Marafon"un rəhbəri
    14.06.2025 15:30:00

    Ötən mövsüm Sabirabadı AFFA Region Liqasında uğurla təmsil etmiş "Marafon" İdman Klubunun rəhbəri Vüsal Xəlilovun Prosport.Az saytına müsahibəsi

    – "Marafon" İdman Klubu futzal, çimərlik futbolu, minifutbol, karate, boksda da təmsil olunub. Əvvəlcə, bu haqda danışaq...
    – Bakıda keçirilən I Avropa Oyunları başlanmazdan öncə belə adda klub yaratmaq qərarına gəldik. Futzalda çıxış etməyə başladıq. 2017/18 mövsümündə Azərbaycan Kubokunu qazandıq və çempionatda gümüş medallara sahib çıxdıq. 2019-cu ildə "Marafon" yeni yaradılan minifutbol üzrə Alfa Liqada çıxış etdi və 2-ci oldu. Həmin il çimərlik futbolu üzrə Azərbaycan çempionatında da 2-ci yeri tutduq. 2021-ci ildə isə çimərlik futbolunda Azərbaycan Kubokunun qalibi olduq.

    – Bəs necə oldu ki, böyük futbola qoşuldunuz?
    – Tədbirlərin birində rayonumuzdan olan bir sıra idman adamları və futbol veteranları ilə görüşürdüm. Orada aramızda olan səmimi söhbət zamanı Sabirabadda futbolun inkişafına dair müəyyən dəstəyə zərurət yarandığını hiss etdim. Mən də öz tərəfimdən bağlı olduğum rayona aid komanda yaradacağımı bildirdim. Beləcə AFFA Region Liqasına qoşulduq. Məqsədimiz II Liqaya vəsiqə qazanmaq idi. Region Liqasında 9 oyun keçirdik, 8 qələbə, 1 məğlubiyyətimiz oldu. Həmin məğlubiyyət "Şirvan" komandasından oldu. 1/4 final mərhələsinin ilk matçında onlara uduzsaq da, cavab matçında onları məğlub etdik. Sadəcə, hesabı bərabərləşdirməyə 1 top fərqi çatmadı. Onu da deyim ki, "Marafon"la həmişə minimum 2-ci yeri tutmuşuq, bu dəfə ilk "8-liy"ə düşdük. İndi qatıldığımız Həvəskar Liqasında bunu düzəltməyə çalışacağıq. Artıq 2 qələbə və 1 heç-heçəmiz var.

    – Böyük futbol kiçik futboldan fərqlənir. Komanda yaradarkən ilkin olaraq hansı tədbirləri gördünüz?
    – İlkin olaraq təməlli sağlam və gələcək naminə uşaq komandasından başladıq. Hətta xarici klublarda gördüyümüz kimi, bütün uşaqlara forma, bəzi ehtiyacı olan uşaqlara isə idman çantası verildi. Çünki bunlar vacibdir. Elə imkansız ailələr var ki, uşaq həqiqətən istedadlıdır, lakin bəzi ehtiyaclara görə idman fəaliyyətini davam etdirə bilmir. Bu səbəblər müxtəlifdir. Ən başlıcası ailədə olan maliyyə sıxıntısıdır, digəri isə valideynlərin futbolla məşğul olduqdan sonra uşağın təhsildən kənar qala bilməsindən ehtiyat etməsidir.

    – Futbolun inkişafını siz nədə görürsünüz? 
    – Baxmayaraq ki, qatıldığımız AFFA Region Liqası həvəskar statusunda idi, məncə, orada belə ilk növbədə hər kəs öz işinə peşəkar yanaşmalıdır. Biz nə qədər buna nail olduq, onu ictimaiyyət daha yaxşı bilər. Əgər bir klub yaranıbsa, deməli, hansısa regionu və yaxud şəhəri təmsil edir. Və müəyyən qədər kütlə qarşısında öhdəlik daşıyırsan. Biz isə atdığımız hər addımda necə diqqətli olmalı olduğumuzu çox yaxşı dərk edirdik. Axı, sən bu işi tək özün üçün etmirsən. Biz elə bu yanaşma ilə qısa zamanda birdən gördük ki, tam olaraq bu işə bağlanmışıq (gülür).

    – Siz klub rəhbərliyi olaraq hansı addımları atmaqla başladınız? İlkin olaraq nə etmək lazım idi?
    – Düzü, futbolçular qısa zamanda çağırıldığı üçün komandada bəzi oyunlarda boşluqlar hiss olunurdu. Transfer pəncərəsi həmin vaxt bağlı idi. Biz isə həmin vaxt çarəsizlikdən çempionatın ortasında boş həftələrdə təlim-məşq toplanışına yığışmağa başlamışdıq. Çünki əlimizdə olan oyunçulara nəsə tapşırıqlar verib onları gücləndirmək məcburiyyətində idik. Başqa variant yox idi. Qələbə və uğur qazanmaq istəyirdik. Görülən işlərə görə müəyyən qədər nəticə əldə etdik, amma bu, final oynamaq üçün yetərli olmadı. İndi isə kifayət qədər zamanımız olduğu üçün güclü futbolçuları komandaya dəvət etmişik. Fikrimiz Həvəskar Liqasının kubokunu Sabirabada aparmaqdır. Yeni oyunçuları yoxlamaq üçün bu addımı komandaya uğurlu hesab edə bilərik. Allahın köməyi ilə buna nail olmağa çalışacağıq.

    – Bəs gələcək üçün başqa nə kimi planlar var?
    – Əslində planlar çoxdur, mütəmadi olaraq icra etməyə çalışırıq. Məsələn, müəyyən idman federasiyaları və şirkətlərlə görüşlər keçiririk. Hazırda çox böyük olmasa da bizə dəstək olan, bizimlə olan bir sıra partnyor və sponsorlarımız var. Bu vaxta qədər də dəstəklərini klubdan əsirgəməyiblər. Təbii ki, idman klubu olaraq bizim özümüzun də mövcud büdcəmiz var. Bu da komandanın bəlli xərclərini qarşılamaq üçün yetərlidir.

    – Siz deyirsiniz ki, futbol işləri Sabirabadda yüksək səviyyədə təşkil olunub artıq. Heç bir probleminiz yoxdur? 
    – Təbii ki, çətinliklərimiz də var. Hələ qarşıda görüləcək işlər də çoxdur. İş varsa, orada müəyyən problemlərin olması normaldır. Bildiyiniz kimi, biz əyalət komandasıyıq. Burada qızların futbola cəlb edilməsi üçün xeyli işlər görülməlidir. Hazırda bu da bizim gələcək strategiyamızın bir hissəsidir. Bu sahədə maarifləndirmə işləri mütləqdir. Belə ki, mövcüd olan çatışmazlıqları əlavə stimullaşdırıcı tədbirlər həyata keçirməklə aradan götürməyi nəzərdə tutmuşuq. 

    – İstəkləriniz niyə bu qədər çoxdur? Sizcə, bütün bunları bacaracaqsınız?
    – Biz artıq 10 ildən artıqdır ki, peşəkar idman klubu kimi fəaliyyət göstəririk. Adımız hər zaman sağlam idman rəqabətinə görə çəkilib. Fəaliyyətimiz barədə istərdik ki, xoş fikirlər eşidək. Hər zaman istər peşəkar idmançılar, istər media nümayəndələri, həmçinin futbol ictimaiyyətindən özümüzə qarşı xoş olan münasibəti hiss etmişik. Daim gözəl rəylər almışıq. Görünür buna layiq olmuşuq ki, o dəyəri bizə veriblər. Əlbəttə ki, biz də gələcəkdə vətənimizə layiq olmağa çalışacağıq. Bunun üçün ölkəmizdə münbit şərait də var. Ali Baş Komandan, möhtərəm cənab Prezident İlham Əliyevin idmana göstərdiyi diqqət və qayğı hər zaman bizi və bizim kimi idmansevərləri həvəsləndirməkdədir. Ölkə başçısı həmişə dəyərli zamanını idmana və gənclərin sağlam inkişafına sərf edib. Uğurlu nəticələr isə göz qarşısındadır. Əlavə olaraq qeyd edim ki, son zamanlar idman sahəsində, əsasən də futbol sahəsində aparılan kadr islahatları bizi gələcəyə daha da ümidlə baxmağa sövq edir. İnşallah, dünyada günü gündən inkişaf edən futbol Azərbaycanda da daha yüksək inkişaf mərhələsinə qədəm qoyar. Biz də gələcəkdə bu uğurda kiçik pay sahibi olduğumuz üçün fəxr edərik.

    – İstəklərinizin içərisində II Liqada oynamaq da var. Bunu necə reallaşdırmağı düşünürsünüz?
    – Həqiqətən yarımpeşəkar, yarımhəvəskar statusda olan II Liqada çıxış etmək başlıca arzularımızdan biridir. AFFA və PFL tərəfindən şərait yaradılsa, orada iştirak etmək istərdik. Çünki əvvəl də qeyd etdiyim kimi, biz Region Liqasına belə, mümkün qədər peşəkar səviyyədə başlamışdıq. Əgər növbəti mövsüm II Liqada çıxışımız mümkün olmazsa, o zaman yenidən Region Liqasına qatılıb, oradan II Liqaya yüksəlməyə çalışacağıq. 

    Əziz

    Futbol

    "Qarabağ" "Qəbələ" ilə oyunda xal itirdi – VİDEO

    9.05.2026 19:01:12
    Futbol

    "Qəbələ" – "Qarabağ": HEYƏTLƏR

    9.05.2026 16:36:04
    Futbol

    Autsayder üzərində qələbənin mükafatı – Hər futbolçuya 3 min manat

    9.05.2026 13:52:45
    Futbol

    "Neftçi" 2 futbolçu ilə müqaviləni yeniləyir

    9.05.2026 13:39:51
    Futbol

    Mahir Emreli oyun, "Kayzerslautern" qələbə həsrətinə son qoydu

    9.05.2026 12:39:55
    Futbol

    Millimizin üzvü oynadı, komandası uduzdu

    9.05.2026 11:49:34
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Qarabağ" "Qəbələ" ilə oyunda xal itirdi – VİDEO

    9.05.2026 19:01:12

    Karateçimiz Avropa çempionu oldu

    9.05.2026 18:58:54

    "Böyük Dəbilqə": Bu gün də medal olmadı – YENİLƏNİB

    9.05.2026 18:00:04

    "Qəbələ" – "Qarabağ": HEYƏTLƏR

    9.05.2026 16:36:04

    Azərbaycanda sürətli velosipedlərin mübarizəsini izləyəcəyik" – Roland Hofer

    9.05.2026 14:43:06

    Azərbaycanda keçiriləcək beynəlxalq yarışın mükafat fondu açıqlandı

    9.05.2026 14:29:40

    Bakı-Xankəndi velosiped yarışında neçə komanda iştirak edəcək?

    9.05.2026 14:17:17

    Autsayder üzərində qələbənin mükafatı – Hər futbolçuya 3 min manat

    9.05.2026 13:52:45

    "Neftçi" 2 futbolçu ilə müqaviləni yeniləyir

    9.05.2026 13:39:51

    Mahir Emreli oyun, "Kayzerslautern" qələbə həsrətinə son qoydu

    9.05.2026 12:39:55

    Millimizin üzvü oynadı, komandası uduzdu

    9.05.2026 11:49:34

    "Qarabağ" "Qəbələ"yə, "Sumqayıt" "Araz-Naxçıvan"a qarşı

    9.05.2026 10:02:28

    Prosport.Az qız millimizin sabiq futbolçusunu Tbilisi hotelində tapdı – FOTOLAR

    9.05.2026 09:26:38

    Millimiz Rumıniya yığmasına 7 qolla uduzdu

    8.05.2026 23:45:23

    Dünya Seriyasında bürünc medal

    8.05.2026 23:16:37
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved