Azərbaycanın batut gimnastikası üzrə komandası Portuqaliyanın Santarem şəhərində keçirilən "Scalabis Cup"da gümüş medal qazanıb.
Prosport.Az-ın məlumatına görə, Bilal Qurbanov, Hüseyn Əsədullayev və Aleksey Karataşovdan ibarət kollektiv 2-ci yerə layiq görülüb.
İdmançılar, həmçinin, fərdi proqramda da finala vəsiqə əldə ediblər.

