Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Cüdo
    "Bütün titulları qazansam da, onları ikiqat artırmaq istəyirəm" - Hidayət Heydərov
    11.06.2025 14:35:38

    Avropa Cüdo Birliyinin (EJU) rəsmi saytı Olimpiya və dünya çempionu Hidayət Heydərovla bağlı yazı dərc edib.

    Prosport.Az xəbər verir ki, məqalədə 27 yaşlı tatami ustasının Budapeştdə keçiriləcək dünya çempionatında yenidən tatamiyə çıxacağı qeyd olunub.

    Bundan başqa, 73 kq çəki dərəcəsində Parisdə Olimpiya çempionu titulunu əldə edən Heydərov üçün 2024-cü ilin əlamətdar olduğu, dünya və Avropa çempionatında da qızıl medal qazanaraq cüdo tarixində unikal nəticəyə imza atdığı bildirilib.

    Daha sonra EJU Azərbaycan milli komandasının baş məşqçisi Riçard Trautmanın fikirlərindən stat gətirib:

    “İki Olimpiya çempionumuzun həm rəsmi tədbirlərdə iştirak, həm də federasiya ilə bağlı bir çox öhdəlikləri var idi. Özlərinə vaxt ayırmaq üçün istirahətə ehtiyac duydular. Fevraldan etibarən yenidən hazırlıqlara başladıq. Hazırda 100 faiz formada olmasaq da, bu, narahatedici deyil. Ən vacibi yüksək əyarlı medallar uğrunda mübarizə zamanı tam hazır olmaqdır. Bu il dünya çempionatında uğurlu çıxış gözləyirəm. Amma federasiya olaraq növbəti əsas hədəfimiz gələn il Bakıda keçiriləcək dünya çempionatıdır”.

    Məqalədə Hidayətin apreldə Avropa çempionatında iştirak etmək üçün tatamiya qayıtmaq istədiyi, lakin xəstələndiyinə və tam sağalmadığına görə yarışa qatıla bilməməsi əksini tapıb. Bununla belə, Podqoritsaya gedərək “İlin kişi cüdoçusu” mükafatını qəbul edib və komanda yoldaşlarına dəstək olub.

    Beynəlxalq qurum Olimpiya və dünya çempionunun da fikirlərinə yer verib.

    “Sadəcə, çəki itirmişdim və 10 ay sonra geri döndüm. Yenidən məşqlərə başlamaq və əvvəlki formaya qayıtmaq asan deyil, amma qarşıdakı yarışlarda qalib gəlməyi arzulayıram. Bütün titulları qazansam da, onları ikiqat artırmaq istəyirəm”, - deyə o bildirib.

    Olimpiya çempionu olmaq və ölkədə cüdonun simasına çevrilmək Heydərovun həyatında çox şeyi dəyişib:

    “Çox şey dəyişdi, amma ən önəmlisi budur ki, artıq tanınmış bir şəxsə çevrilmişəm. Bu məqamı sevirəm, çünki yeni nəslə nümunə olduğumu hiss edirəm”.

    Azərbaycanda küçədə gəzərkən və ya restoranda olarkən insanlar ona yaxınlaşır, avtoqraf istəyir və şəkil çəkdirirlər. Heydərov isə bu diqqətdən narahat olmadığını bildirir.

    Hidayət artıq diqqətini yenidən tam şəkildə cüdoya yönəldib.

    “Cüdo mənim üçün sadəcə bir idman növü deyil. Bu, mənim həyat yolumdur. Bu yolda isə geriyə baxmaq yoxdur – yalnız irəli,” — təsadüfi deyil ki, bir müddət öncə Heydərov şəxsi “Instagram” hesabında bunları yazmışdı.

    Gündəlik məşq rejiminə qayıtmaq asan olmasa da, cüdoya sevgisi daha üstün gəlib:

    “Cüdo daha şəffaf və dürüstdür. Mən bu idmanı sevirəm, çünki burada hər kəs bir ailə kimidir. Hamı bir-birinə və müxtəlif mədəniyyətlərə hörmətlə yanaşır”.

    Cüdo

    Cüdoçularımız Asiya Açıq Turnirinə 8 medalla başladılar

    17.10.2026 20:40:29
    Cüdo

    Prezident 4 idmançını təltif etdi - ADLAR

    16.10.2026 14:41:34
    Cüdo

    Cüdo millimizin Asiya Açıq Turniri üçün heyəti bilindi

    15.10.2026 16:45:28
    Cüdo

    ABŞ səfirliyi cüdo millimizi təbrik etdi

    13.10.2026 18:48:47
    Cüdo

    Marius Vizerdən Azərbaycana dünya çempionatı təşəkkürü

    13.10.2026 17:51:33
    Cüdo

    Cüdo üzrə Bakı mundialı daha bir tarixi nəticə ilə yadda qalıb

    13.10.2026 16:09:39
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Qalatasaray"ın keçmiş prezidenti Bakıya gəlir

    18.10.2026 23:17:21

    "Oyunçular hətta onlardan nə tələb etdiyimi tam anlamır" – "Sumqayıt"ın baş məşqçisi

    18.10.2026 23:03:25

    Karateçilərimiz dünya çempionatını 5 medalla başa vurdular

    18.10.2026 22:59:47

    "Müdafiədə etibarlı oynadıq" - Konstantinos Vasiliadis

    18.10.2026 22:42:10

    "O, dünyada ən ucuz və ən keyfiyyətli legionerdir" – Azər Məmmədov

    18.10.2026 21:38:45

    "Məğlub olsaydıq belə, buradan mənfi enerji ilə ayrılmayacaqdım" – Rəşad Sadıqov

    18.10.2026 21:35:23

    Gəncədə "qonşu"ların dueli sülhlə bitdi - VİDEO

    18.10.2026 20:31:10

    "Neftçi"dən rahat qələbə

    18.10.2026 20:20:39

    Naxçıvan klubunun baş məşqçisi: "Sabah"la oyun da çətin olacaq"

    18.10.2026 19:45:56

    "Toparlanmalıyıq..." - Gəncə klubunun məşqçisi

    18.10.2026 19:11:07

    "İmişli"yə gəlməzdən öncə Starkovla məsləhətləşmişdim" – Ervin Perkon

    18.10.2026 18:28:11

    "Kəpəz" - "Zirə" - HEYƏTLƏR

    18.10.2026 18:03:32

    "İmişli" layiqli qələbə qazandı" – Qurban Berdiyev

    18.10.2026 17:47:41

    "İmişli" "Turan Tovuz"u əliboş göndərdi - VİDEO

    18.10.2026 17:06:12

    Naxçıvan klubu avrokubokda çıxış edən komandanı məğlub etdi

    18.10.2026 17:05:13
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved