Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Strategiya ilə bağlı artıq 2 nəfər işləyir" – AFFA-nın baş katibi
    6.06.2025 22:38:06

    Azərbaycan millisinin Latviya yığması ilə oyunu ərəfəsində Riqada səfərdə olan AFFA-nın baş katibi Cahangir Fərəcullayev jurnalistlər üçün brifinq keçirib.

    Prosport.Az qurum funksionerinin müsahibəsini təqdim edir: 

    – Bu oyunun sentyabrda başlayacaq seçmə mərhələyə hansı təsiri olacaq?
    – Vacib oyundur. Məşq xarakterli oyun olacaq. Seçmə mərhələyə hazırlaşmaq üçün yaxşı zəmindir. Toplanış yaxşı əhval-ruhiyyədə keçir. Məncə, nəticəsi yaxşı olmalıdır.

    – Baş məşqçi Fernandu Sentuşla fərdi söhbətiniz olubmu? Onun sabahkı görüşdən gözləntisi nədir?
    – Təbii ki, olub. Komandadan yaxşı oyun gözləyir. Taktiki və oyunçu seçimi baxımından müəyyən gedişləri olacaq. Məşqçi komandasına güvənir. Ümid edirəm ki, hər şey yaxşı olacaq.

    – Sualım İnkişaf Strategiyası ilə bağlı olacaq. Son aylarda bir qədər sakitlikdir. Halbuki, konfransda çıxış edərkən bildirmişdiniz ki, sabahdan islahatlara başlanılacaq. Strategiya ilə bağlı işlər nə yerdədir?
    – Yaxşı sualdır. Belə deyim, sakitlik deyil. Daxildə işlər gedir. Kadrlarla bağlı işlərdən başlayıb texniki yöndə islahatlar görülür. Məsələn, son həftələrdə strategiya ilə bağlı qrup yaradılıb. Artıq 2 nəfər işləyir. Strategiyaya uyğun rəqəmsal siyasətlə, IP həllərlə bağlı yeni əməkdaşımız işə başlayıb. Deməyim odur ki, kənardan bəlkə sakitlik kimi görünə bilər, amma işlər gedir. Güman edirəm ki, bunun nəticələrini yaxın zamanlardan etibarən hamı görməyə başlayacaq.

    – İcraiyyə Komitəsinin son iclasında Tahir Süleymanovun fikri ilə bağlı məsələ katibliyə tapşırıldı ki, təklif nəzərə alınsın və müzakirə olunsun. Bildiyimə görə, görüş olub. Təklif nə ilə bağlı idi və görüşün nəticələri nə oldu?   
    – Bəli, təkliflə bağlı Tahir müəllimlə görüşdük. Onun hansı istiqamətdə işləmək istəməsi müzakirə olundu. Danışıldı ki, növbəti görüş də olmalıdır. Tahir müəllim o görüşdə artıq detallı, konkret təkliflə gəlməlidir ki, işimizi davam etdirək.  

    – Aktual məsələlərdən biri də stadionla bağlıdır. Bu yöndə problemləri olan "İmişli" və "Karvan" növbəti mövsüm Premyer Liqada oynamalıdır. 
    – Bu, 10 komandadan 12 komandaya keçidin gözlənilən problemləridir. Qərar qəbul olunanda bilirdik ki, qarşımıza bu problem çıxacaq. Hazırda həm "Karvan", həm də "İmişli" ilə ciddi iş gedir. AFFA onlara köməklik göstərməyə çalışır. Yaxın günlərdə məsələ ilə bağlı irəliləyişi görəcəyik.

    – Əvəzedicilər Liqasının ləğv olunması ilə bağlı xəbərlər dolaşır. Bu, müzakirə olunubmu?
    – Hazırda heç bir qərar yoxdur. Bəlkə də müzakirə əsnasında belə fikir olub, ancaq ortada konkret qərar yoxdur.

    – İnfrastruktur və uşaq futbolu ilə bağlı hansı addımlar atılır?
    – İnfrastrukturla bağlı ilk addımlarımızı atmalıyıq və onu hansı istiqamətdə etməli olduğumuzu müəyyənləşdirməliyik. Uşaq futbolu, liqaların keçirilməsində meydança, stadion çatışmazlığı var ki, bunları yoluna qoymalıyıq. Büdcə planlaması çox vacibdir. Bütün işləri birdəfəyə həyata keçirmək olmur, 4 illik layihədir. 

    – Yaxında İcraiyyə Komitəsinin (İK) iclası gözlənilirmi?
    – Fikir vermisinizsə, İcraiyyə Komitəsinin iclasları icraçı formatında keçirilir, yəni qərar kimi yox, müzakirələr şəraitində. Növbəti iclas ya iyunun sonu, ya da iyulun əvvəlində baş tutmalıdır. Bu da iş qrafikindən asılıdır. Bəzi işləri başa çatdırmalıyıq ki, İK üzvləri onunla tanış olduqdan sonra iclas keçirilsin.  

    Müsahibə

    "Elə məqamlar olub ki, Qurban Qurbanov klubdan ayrıla biləcəyini bildirib" - Tahir Gözəl

    21.09.2026 22:05:22
    Müsahibə

    "Sonadək mübarizə apardıq" – Ronaldo

    20.09.2026 11:21:19
    Müsahibə

    "Milli fasiləyə qalib yollanmaq önəmli idi" – Akim Zedadka

    20.09.2026 10:37:37
    Futbol

    "4-5 qol vurmaq istəyərdik" "Qarabağ"ın legioneri

    19.09.2026 11:41:16
    Cüdo

    "Rəşidin bu uğuru Hidayət Heydərov üçün də əlavə həvəsdir" – Fərhad Məmmədov

    19.09.2026 09:20:52
    Müsahibə

    "Çox istərdim ki, "Kəpəz" Gəncədə final oynasın" – Azər Məmmədov

    18.09.2026 21:12:13
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Azərbaycanlı futbolçu virusa yoluxdu

    6.10.2026 12:54:32

    Avropa çempionatı: Daha 5 boksçumuzdan qələbə

    6.10.2026 12:17:35

    Azərbaycanın ev sahibliyi etdiyi nüfuzlu yarışın vaxtı açıqlandı

    6.10.2026 11:54:39

    Millimiz Qəbələdə yaponlarla üz-üzə

    6.10.2026 11:21:53

    Azərbaycan Kuboku: Təyinatlar açıqlandı

    6.10.2026 11:04:43

    Millimiz son matçda "cırtdanlar"a qarşı

    6.10.2026 10:47:23

    Avropa Kuboku: "Neftçi" müntəzəm mövsümdə ilk oyununa çıxır

    6.10.2026 10:24:33

    "Sabah" Çempionlar Liqasına Litvada start verir

    6.10.2026 10:02:41

    Olimpiya çempionumuz Bakıda səhnəyə çıxır

    6.10.2026 09:00:41

    "Sabah" çexiyalı azarkeşlər üçün 4 minə yaxın yer ayırdı

    5.10.2026 23:49:38

    "Prezidentin açılış mərasimində iştirakı yüksək diqqətin göstəricisidir" – Rəşad Nəbiyev

    5.10.2026 23:14:35

    "Renat Dadaşov təmiz forvarddır, əsl "9" nömrədir" - Ukraynalı baş məşqçi

    5.10.2026 22:41:08

    "Qoldan sonra Azərbaycan millisinin müdafiəsini yarmaq çətin oldu" - Litvalı qapıçı

    5.10.2026 22:15:19

    Yaponiyalı bacı-qardaş yenə Bakıda dünya çempionu oldu - YENİLƏNİB

    5.10.2026 21:49:34

    "Bu toplanış bizi daha da birləşdirdi" – Rəşad Eyubov

    5.10.2026 21:16:31
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved