Azərbaycan Velosiped Federasiyasının adı və loqosu növbəti dəfə dəyişdirilib.
Prosport.Az-ın xəbərinə görə, Zaur Axundovun yeni seçildiyi federasiya yenidən əvvəlki adını və loqosunu geri qaytarıb.
Belə ki, Azərbaycan Voleybol Federasiyası və Azərbaycan Velosiped Federasiyasının abreviaturu (AVF) eyni olduğundan, qurumun adı dəyişdirilib. Bundan sonra yenidən Azərbaycan Velosiped İdmanı Federasiyası adlanacaq qurumun loqosunda AzVİF sözü əks olunub.
Qeyd edək ki, bu federasiyanın adı 2022-ci ilin aprelində Azərbaycan Velosiped Federasiyası edilmiş və loqosu dəyişdirilmişdi.
