Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    Dünya çempionu olan futbolçumuz Prezidentlə dialoqundan danışdı: "Dedi ki, sən qapıçısan, qol da vurdun"
    4.06.2025 18:00:11

    Minifutbol yığmamız 2022-ci ildə Slovakiyanın Koşitse şəhərində keçirilmiş Avropa çempionatının qalibi olarkən o, həmin heyətdə yox idi. Yalnız həmin yarışdan sonra yığmamıza qoşulan qapıçı böyük futbolda "İnter" və "Qarabağ"da, eləcə də MOİK, "Qaradağ Lökbatan", "Qusar" kimi klublarda çıxış edib. Hətta "Qarabağ"ın əsas heyətində ehtiyat qapıçı da olub. Söhbət dünya çempionu Ağaseyid Qasımovdan gedir.

    28 yaşlı qolkiper Prosport.Az saytına müsahibəsində ölkə başçısı İlham Əliyevlə kiçik dialoqundan da danışıb.

    – Ən çətin oyununuz kimə qarşı oldu?
    – Düşünürəm ki, 1/8 finalda son dünya çempionu Rumıniya ilə oyunumuz ağır oldu. Amma onlardan başqa, digər komandalar da yaxşı formada idi. Məsələn, son Avropa çempionu Serbiya bizim üçün çətin rəqib sayılırdı. 1/4 finalda İngiltərə və yarımfinalda Monteneqro ilə oyunlarımız çətin keçdi. Azarkeşlərimizin dəstəyi ilə onlara qalib gələ bildik. Builki dünya çempionatı əvvəlki dünya və Avropa birincilikləri ilə müqayisədə daha gərgin və maraqlı keçdi. Komandalar Bakıya çox yaxşı hazırlaşıb gəlmişdilər. Amma möhtəşəm atmosferlə bütün komandalara qalib gəlməyi bacardıq.

    – Yarımfinalda Monteneqroya 23-cü dəqiqədə qol vurdunuz. Bunun üzərində məşq keçirsiniz?
    – Məşqdən əvvəl və sonra qapıya zərbələr üzərində də işləyirdim. "Zirə" ilə Azərbaycan çempionatında da belə qollar vururam. Qapıçının qol vurması onun üçün böyük üstünlükdür.

    – Bəhreynlə qrup matçında topu irəliyə atmadınız və komanda yoldaşınız topu itirdi, nəticədə top buraxdıq. Rumıniya ilə matçda isə kobud səhvə yol verdiniz...
    – İlk oyun həmişə ağır olur. Stadion amili də vardı. Örtük yeni idi. Oynamaqda çətinlik çəkirdik. Ötürmə düzgün getmirdi. Amma deməzdim ki, ilk oyunda futbolçumuz səhv etdi. Yanımızda oyunçu varsa, topu qabağa yox, ona ötürməliydim. Düzdür, mənə topu qaytara bilərdi. Sadəcə, rəqib oyunçunu yaxına buraxdığı üçün texniki səhv oldu. Rumıniya ilə matçda isə anlaşmamazlıq oldu. Komanda yoldaşımla bir-birimizi başa düşmədik. Ona görə də qol buraxdıq. Çox şükür ki, həmin matçda penaltilərdə qalib gəldik.

    – Dünya çempionu olanda nə hiss keçirdiniz? Dünya çempionu olduğunuza inana bilmisiniz?
    – İndi də inana bilmirik ki, biz dünya çempionu olmuşuq. Hissləri bölüşmək o qədər çətindir ki... Çox qürurverici hissdir.

    – İlk dəfə ölkə başçısı ilə görüşdünüz. Bu görüşdən nə vaxt xəbər tutdunuz?
    – Dünya çempionu olduğumuzun ertəsi səhəri bizə bu barədə deyildi.

    – Prezident görüşərkən orada sizə nə deyir?
    – Dedi ki, sən qapıçısan, qol da vurdun, qol vuran qapıçısan. Mən də təsdiqləyərək "bəli" cavabı verdim. Halbuki özümü təqdim etməmişdim...

    – Deməli, vaxt tapıb diqqətlə oyunlarınıza baxırmış...
    – Bəli. Özü də bildirdi ki, qrupdan sonrakı 4 oyunumuzu izləyib. Bizə dəyər verdiyi üçün ona minnətdarıq.

    – O vaxt böyük futboldan ayrılmağınıza səbəb nə oldu?
    – Potensial olaraq çox yaxşı idim. 14 yaşımda "Qarabağ"a keçmişdim. Amma məndə boy problemi olduğu üçün böyük futboldan uzaqlaşmalı oldum.

    – Böyük futboldan təklif gələrsə, qayıda bilərsiniz?
    – Böyük futbol bizə daha rahatdır. Çünki əvvəlcədən onu oynamışıq. Amma yəqin ki, minifutbolla davam edəcəyəm. Burada daha da uğurlar əldə etmək istəyirəm. Çempionlar Liqasında 3-cü olmuşuq, amma qalib ola bilməmişik. İnşallah, yeni avrokubok mövsümündə də bu uğura imza atarıq.

    Səbuhi Musa

    Futbol

    "Sabah"a vura bilməyimiz qolları "Fənərbağça"ya saxladıq" - Lukaş Provod

    14.10.2026 15:13:56
    Müsahibə

    "Məqsədimiz hər oyunda 3 xal qazanmaqdır" - Hayderson Hurtado

    12.10.2026 19:17:07
    Cüdo

    "Kindzerskayanın niyyəti ciddidirsə, özü ilə söhbət edərik" – Rəşad Rəsullu

    12.10.2026 17:44:31
    Digər idman növləri

    "Dünya Kubokunun Bakıda keçirilməsi yalnız bu il üçün nəzərdə tutulmuşdu" – Baş katib

    10.10.2026 10:46:15
    Cüdo

    "Ömər özü dünya çempionu olmaq istəyirdi" – Onun qohumu Fərhad Rəcəbli

    9.10.2026 15:42:46
    Cüdo

    "Düşünürdüm ki, atamı sevindirim" – İlk dəfə dünya 3-cüsü olan Murad Fətiyev

    8.10.2026 19:50:12
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Sabah"ın gəncləri ilk xal axtarışında

    20.10.2026 11:16:27

    U-15 dünya çempionatının ilk iştirakçısı Bakıya gəldi - FOTOLAR

    20.10.2026 10:56:39

    "Turan" Çempionlar Liqasında mübarizəyə başlayır

    20.10.2026 10:24:06

    Çempionlar Liqası: "Sabah" Almaniya nəhənginə qarşı

    20.10.2026 10:00:00

    Millimizin üzvü Azərbaycana qayıtmaq istəyir

    19.10.2026 23:54:18

    Toral Bayramov oynadı, "Bursaspor" liderlə xaı fərqini azaltdı

    19.10.2026 23:17:23

    Azərbaycanın 2 taekvondçusu Qətərdə döyüşəcək

    19.10.2026 22:41:13

    "Rəqib bizim səhvlərimizdən 18 xal qazandı" - Tahir Baxşıyev

    19.10.2026 22:15:29

    "2-ci hissədə yaxşı oynamadıq" - "Sabah"ın baş məşqçisi

    19.10.2026 21:40:31

    Azərbaycanı Avropa çempionatında 17 cüdoçu təmsil edəcək - ADLAR

    19.10.2026 21:12:30

    Gəncədə qaliblər müəyyənləşdi

    19.10.2026 20:51:33

    "Sabah" bu dəfə də qalib gəldi

    19.10.2026 20:47:19

    Akim Zedadka: "Oyundan zövq almaq istəyirik"

    19.10.2026 20:38:42

    "Bu görüşü səbirsizliklə gözləyirik" - Valdas Dambrauskas

    19.10.2026 20:25:16

    "Borusiya"nın müdafiəçisi: "Meydana qələbə üçün çıxacağıq"

    19.10.2026 20:19:40
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved