Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Cüdo
    "İranın sabiq baş məşqçisi köməkçim olacaq" – Rəşad Məmmədov
    31.05.2025 17:13:25

    3 gün əvvəl İran cüdo millisinə baş məşqçi təyin olunan Rəşad Məmmədovun Prosport.Az saytına müsahibəsi

    – İrandan necə oldu ki, təklif aldınız?
    – İrandan başqa, Çindən də təklifim vardı. CV göndərmişdim, onlar bəyənmişdi. İran Cüdo Federasiyasının prezidenti Araş Mirismaili şəxsən mənə zəng vurdu ki, sizinlə görüşmək istəyirik. Mən də İrana getdim. Orada müqaviləni razılaşdırdıq. Çinlilərin təklifindən isə imtina etdim.

    – Çin də sizə əsas millidə iş təklif edirdi?
    – Onlar gənclər millisi üçün məni istəyirdi. Dedilər ki, bir az burada işlədikdən sonra əsas milliyə məni götürə bilərlər. Ona görə də onlarla razılaşmadım.

    – Həm də yəqin Çinin Azərbaycandan uzaqlığı, qidalanma da qərarınıza təsir etmiş olar...
    – Bəli. Həm bizdən uzaqda yerləşirlər, həm də qidalanma bizə uyğun deyil.

    – Müqavilənizin müddəti neçə illikdir?
    – 2028-ci il Los Anceles Olimpiadasının sonuna kimi.

    – Ramiz Ramizzadənin də sizinlə birgə Tehrana dəvət olunduğunu bilirik. Ancaq onun təyinatı haqda heç nə deyilmir. Sizə köməkçi təyin olunub?
    – Yox, hələ onun köməkçi olmağı təsdiq olunmayıb. Hələ onunla danışıqlar gedir. Onu da CV əsasında dəvət ediblər. Alınsa, o da köməkçi məşqçi kimi fəaliyyət göstərəcək...

    – Siz baş məşqçisiniz. Bəs heyətin qurulmasında sizin rolunuz yoxdur?
    – Azərbaycanlıdır. Niyə də o, köməkçim olmasın?!

    – Digər köməkçiləriniz bilinir? Onlar yerli məşqçilərdir?
    – Bəli. İranın sabiq baş məşqçisi köməkçim olacaq. Məndən fikrim soruşuldu. Dedim ki, qalsın işləsin. Mən əsas komanda ilə yanaşı, yeniyetmə və gənclərdə idman direktoru vəzifəsini icra edəcəyəm.

    – Nə vaxtdan yeni işinizə başlayırsınız?
    – İyulun 1-dən. Azərbaycanda bir az işlərim olduğundan, geri qayıdıb, onları həll edəcəyəm.

    – Bunu həm də İranla Azərbaycan arasında siyasi əlaqələrin düzəlməsi ilə əlaqələndirmək olar. Belə olmasaydı, namizədlər içərisindən sizin CV-nin seçilməzdi...
    – Əlbəttə. Münasibətlər əladır və məni yaxşı qarşıladılar. Federasiya prezidenti də bildirdi ki, nə şərait lazımdırsa, onu da təşkil edəcəyik.

    – Federasiyada dil baxımından problem yaşamayacaqsınız?
    – İngiliscə bildiyimdən, bu dildə ünsiyyət qururam. Amma federasiyada işləyən İran azərbaycanlıları da var.

    – Qarşınıza hansı hədəf qoyulub?
    – 4 il idi ki, İran Beynəlxalq Cüdo Federasiyası tərəfindən diskvalifikasiya edilmişdi. Artıq bu cəza aradan qaldırılıb. Onlarda perspektivli idmançılar var. Əsas məqsədimiz yeniyetmə və gəncləri Los Anceles Olimpiadasına kimi yetişdirməkdir.

    Səbuhi Musa

    Müsahibə

    "Sabah"a vura bilməyimiz qolları "Fənərbağça"ya saxladıq" - Lukaş Provod

    14.10.2026 15:13:56
    Futbol

    "Məqsədimiz hər oyunda 3 xal qazanmaqdır" - Hayderson Hurtado

    12.10.2026 19:17:07
    Cüdo

    "Kindzerskayanın niyyəti ciddidirsə, özü ilə söhbət edərik" – Rəşad Rəsullu

    12.10.2026 17:44:31
    Müsahibə

    "Dünya Kubokunun Bakıda keçirilməsi yalnız bu il üçün nəzərdə tutulmuşdu" – Baş katib

    10.10.2026 10:46:15
    Müsahibə

    "Ömər özü dünya çempionu olmaq istəyirdi" – Onun qohumu Fərhad Rəcəbli

    9.10.2026 15:42:46
    Müsahibə

    "Düşünürdüm ki, atamı sevindirim" – İlk dəfə dünya 3-cüsü olan Murad Fətiyev

    8.10.2026 19:50:12
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Sabah"ın gəncləri ilk xal axtarışında

    20.10.2026 11:16:27

    U-15 dünya çempionatının ilk iştirakçısı Bakıya gəldi - FOTOLAR

    20.10.2026 10:56:39

    "Turan" Çempionlar Liqasında mübarizəyə başlayır

    20.10.2026 10:24:06

    Çempionlar Liqası: "Sabah" Almaniya nəhənginə qarşı

    20.10.2026 10:00:00

    Millimizin üzvü Azərbaycana qayıtmaq istəyir

    19.10.2026 23:54:18

    Toral Bayramov oynadı, "Bursaspor" liderlə xaı fərqini azaltdı

    19.10.2026 23:17:23

    Azərbaycanın 2 taekvondçusu Qətərdə döyüşəcək

    19.10.2026 22:41:13

    "Rəqib bizim səhvlərimizdən 18 xal qazandı" - Tahir Baxşıyev

    19.10.2026 22:15:29

    "2-ci hissədə yaxşı oynamadıq" - "Sabah"ın baş məşqçisi

    19.10.2026 21:40:31

    Azərbaycanı Avropa çempionatında 17 cüdoçu təmsil edəcək - ADLAR

    19.10.2026 21:12:30

    Gəncədə qaliblər müəyyənləşdi

    19.10.2026 20:51:33

    "Sabah" bu dəfə də qalib gəldi

    19.10.2026 20:47:19

    Akim Zedadka: "Oyundan zövq almaq istəyirik"

    19.10.2026 20:38:42

    "Bu görüşü səbirsizliklə gözləyirik" - Valdas Dambrauskas

    19.10.2026 20:25:16

    "Borusiya"nın müdafiəçisi: "Meydana qələbə üçün çıxacağıq"

    19.10.2026 20:19:40
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved