Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
        Futbol
    "4 beynəlxalq hakimimizin olmas üçün əlimdən gələni edəcəyəm" - Frank De Blekere
    30.05.2025 14:44:46

    AFFA Hakimlər Komitəsinin sədri Frank De Blekere AFFA-nın rəsmi saytına müsahibə verib. Prosport.Az xəbər verir ki, belçikalı funksioner hakimlərimizin Misli Premyer Liqasının 2024/2025-ci illər mövsümündəki idarəçiliyini dəyərləndirib.

    - Hakimlərimizin Misli Premyer Liqasının 2024/2025-ci illər mövsümündəki idarəçiliyini necə qiymətləndirirsiniz?

    - Geridə qalan mövsümdə hakimlərimizin çıxışlarından sonra gələcəyə məmnun və pozitiv hisslərlə baxıram. Onların mövsümün əvvəlindən sonuna qədər inkişaf etdiklərini gördüm. Meydanda şəxsiyyətə malik hakimlər var idi, oyunçulara və məşqçilərə qarşı yaxşı, insani davranış nümayiş etdirdilər. Meydandakı iştirakçılara hörmətlə yanaşdılar. Məşqçinin reaksiyasına görə ucuz sarı vərəqələr verilməsini istəmirəm. Yalnız açıq-aşkar etiraz və jestlər üçün sarı vərəqənin göstərilməsinin tərəfdarıyam. Hakimlər bunu bütün mövsüm ərzində hörmətlə qorudular.

    - Futbolda hakim səhvi qaçılmazdır. Bunun minimuma endirilməsi yönündə nə kimi işlər görülür?

    - Təbii ki, qərarlar ətrafında müzakirələr aparılır. Çünki hər vəziyyət ağ və ya qara deyil, bəzən ikisinin ortasında olur. Bəzən qarşısını ala biləcəyimiz səhvlər etdik. Amma ümumilikdə hakimlər və VAR bu mövsüm Premyer Liqada keçirilən 180 oyunda yaxşı təsir bağışladılar. Düzgün qərarlar qəbul etdikdə etibarlılıq və inam yüksək olur. Futbol dəqiq elm deyil, ona görə də futbola sevgi bəsləyən hər kəs tərəfindən dəstəklənməliyik. Qaydalar hər zaman izah oluna bilər.

    - Hakimlərdən əsas tələbləriniz nələr idi?

    - Müdaxilə xəttini yüksək təyin etdik, ucuz penaltilər istəmədik, kiçik kontaktlar üçün VAR müdaxilələri olmaz. UEFA-nın təlimatlarına əməl etdik. Deməliyəm ki, hakimlər mövsüm ərzində bu təlimatlara hörmətlə yanaşdılar. Eyni zamanda VAR-ın məntiqli və aydın qərarlar qəbul etməsini istəyirəm. Hər kəsin başa düşəcəyi qərarlar olmalıdır. Buna görə də hakim mütləq meydanda öz qərarlarını verməlidir. UEFA və FIFA da bunu istəyir. Hakim meydanda məsuliyyəti öz üzərinə götürməlidir. Bunun üzərində hər həftə işlədik. İnanın ki, Premyer Liqa bizim hakimlər üçün asan yarış deyil. Matçı uğurla başa çatdırmaq istəyirsənsə, daim diqqətli olmalısan.

    - Hakimlərin mövsüm ərzində inkişafı sizi qane etdi?

    - Hər bir hakimin mövsüm ərzində irəlilədiyini gördüm. Oyunsonrası fərdi rəy aldıqları həftəlik texniki sessiyalar üzərində ciddi işlədik. Bazar ertəsi və ya çərşənbə axşamı keçirilən texniki sessiyalarda bütün vəziyyətləri müzakirə etdik. Bunu çox ciddi və peşəkar şəkildə edirik. Bu, hakimləri daha da inkişaf etdirmək və onlara güvən vermək yoludur. Hazırkı hakimlər qrupuna inamım böyükdür. Onlar hər gün öyrənməyə açıqdırlar. Bu yanaşma ilə gələcəyə ümidlə baxa bilərik.

    - Bu mövsüm daha bir hakimimiz I kateqoriyaya yüksəldi. Bu, gələcək üçün nə vəd edir?

    - Bu baxımdan böyük irəliləyiş əldə etdik. Azərbaycan tarixində ilk dəfə UEFA I kateqoriyada iki hakimimiz var - Əliyar Ağayev və Elçin Məsiyev. Elçin Məsiyev I kateqoriyaya ötən ilin dekabrında yüksəldi, iyunda Slovakiyada keçiriləcək U-21-lər arasında Avropa çempionatının final mərhələsinə təyinat aldı. Bu, UEFA-nın ən böyük ikinci turniridir. Məsiyev iki köməkçisi (Elşad Abdullayev və Pərvin Talıbov) ilə birlikdə bacarıqlarını göstərəcək. Üçüncü FIFA referimiz Kamal Umudlu hazırda Albaniyada davam edən U-17-lər arasında Avropa çempionatında hakimlik edir. O, qrup mərhələsində Albaniya - Almaniya matçını idarə etdi. Bunlar Kamal Umudluya UEFA-nın müsbət siqnallarıdır. Ən təcrübəli FIFA hakimimiz Əliyar Ağayev isə UEFA tərəfindən Çempionlar Liqasının iki oyununa təyin olundu. İyunda da dünya çempionatının seçmə mərhələ matçında hakimlik edəcək.

    - FIFA hakimlərimizin sayının artması nə dərəcədə real görünür?

    - Azərbaycan beynəlxalq arenada tanınır. 4 beynəlxalq hakimimizin olmasını təmin etmək üçün əlimdən gələni edəcəyəm. Tural Qurbanov UEFA-nın CORE layihəsinə daxil edilib. FIFA referisi olmayan gənc və perspektivli hakimlər bu layihə çərçivəsində şəxsi məşqçidən təcrübə qazanmaq imkanı əldə edirlər. Yan xətt hakimi Asiman Əzizli də UEFA CORE layihəsində iştirak edir.

    - AFFA Hakimlər Komitəsi hakimlərimizin beynəlxalq arenada daha böyük təyinatlar alması üçün nə kimi işlər görür?

    - UEFA Hakimlər Komitəsinin üzvü Byorn Kuypers fevralda Azərbaycana gəldi. O, hakimlərimiz üçün seminar keçdi, beynəlxalq futbol və hakimlik mövzusunda mühazirə verdi, həmçinin mətbuata öz fikirlərini bildirdi. Bu əlaqələr hakimlərimiz üçün çox vacibdir. AFFA hakimliyi ilə yeni yol tutmuşuq. UEFA-nın beynəlxalq futbol qaydalarına əməl edirik. Yalnız bu şəkildə böyük futbol ölkələri ilə əlaqə qura bilərik. Doğru yoldayıq.

    - Sizcə, hakimlərimiz əsasən nədə diqqətli olmalıdırlar?

    - Matçlarda ardıcıl olmalıyıq. Ardıcıl qərarlar hər məşqçinin hakimdən tələb etdiyi əsas məsələdir. Lakin hər vəziyyət fərqlidir, ona görə də bunu izləmək çətindir. Biz bu sahədə inkişaf edə bilər və daha yaxşısını bacararıq. Bundan başqa, bəzi anlarda oyunu daha yaxşı hiss edə bilərik. Bu, həmçinin klubların və məşqçilərin istəyidir. Mən bunu anlayıram. Ancaq hamı bilməlidir ki, bunun üzərində hər gün işləyirik. Eynən məşqçinin hər gün komandasını hazırladığı kimi. Bu səbəbdən hakimlərə dəstək olmaq lazımdır.

    - Gələn mövsüm gənc hakimlərin Premyer Liqa oyunlarına təyinat almaları gözlənilirmi?

    - Elit kateqoriyada olan hakimlər 2025/2026-cı illər mövsümündə Premyer Liqada təyinat alacaqlar. Bu siyahıya bəzi gənc hakimlərin də daxil edilməsi planlaşdırılır.

    - Mayın 31-də Azərbaycan kubokunun final oyunu keçiriləcək. Bununla hakimlərimiz üçün də 2024/2025-ci illər mövsümü başa çatacaq...

    - Qarşıda çox vacib oyun var. Hakimlər bu qarşılaşmanın hazırlığını matçdan bir gün əvvəl edəcək. Onlar tam peşəkar şəkildə hazırlaşacaqlar ki, yaxşı çıxış etsinlər. Hər zaman deyirəm ki, hakim görünməz olanda, deməli, oyunu yaxşı idarə edib. Kubokun finalı üçün də hakimlərimizə eyni şeyi arzu edirəm. Ardından isə istirahət etmək və yeni mövsümə güc toplamaq lazım gələcək. Avqustda başlayacaq yeni yarışa hazırıq!

    Müsahibə

    "Biz "Barselona"nı olduğu kimi kopyalamırıq" – Qurban Qurbanovun almanlara müsahibəsi

    21.01.2026 18:42:11
    Digər idman növləri

    "İnkişaf üçün bu gün dünəndən daha yaxşı olmalıyıq" - Federasiya prezidenti

    19.01.2026 16:11:24
    Müsahibə

    "Neftçi"də rusiyalı futbolçu yoxdur və ola da bilməz" - Yuri Vernidub

    17.01.2026 18:42:56
    Futbol

    "İmişli"nin hücum xəttinin güclənməsinə ehtiyacı var" – Jorj Kaşkilya

    16.01.2026 12:16:53
    Güləş

    "Ola bilsin ki, gələn il Azərbaycan çempionatında qadınlar da güləşsin" – Pərvin Piriyev

    14.01.2026 19:51:00
    Müsahibə

    "İnanıram ki, Qara Qarayev bizə uğur gətirəcək" – Millimizin baş məşqçisi

    12.01.2026 12:08:52
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Vurduğu qola görə Bəhlulun bütün səhvlərini bağışlamaq olar" - Qurban Qurbanov

    22.01.2026 01:10:33

    "Ümid edirəm ki, UEFA bu hakimin kim tərəfindən təyin olunmasına aydınlıq gətirəcək” – İlham Əliyevdən "Qarabağ" paylaşımı

    22.01.2026 00:52:14

    "Azərbaycan klubuna məğlubiyyət faciə deyil" – "Ayntraxt"ın məşqçisi

    22.01.2026 00:41:55

    AFFA prezidenti "Qarabağ"ı təbrik etdi

    22.01.2026 00:25:35

    "Ayntraxt"a 2 qol vurdu, matçın oyunçusu seçildi

    21.01.2026 23:57:45

    "Qarabağ"dan fantastik geridönüşlə möhtəşəm qələbə

    21.01.2026 23:42:44

    Çempionlar Liqası: "Qarabağ" – "Ayntraxt" matçında VAR problemi

    21.01.2026 22:36:11

    Milli üzvləri yeni güləş qaydalarıyla tanış olub - VİDEO

    21.01.2026 21:19:28

    "Qarabağ" – "Ayntraxt": HEYƏTLƏR

    21.01.2026 21:09:27

    Cəfərquliyevi "Sent-Etyen" istəyə bilərmi? Menecer şirkəti fransızlardır – ARAŞDIRMA

    21.01.2026 20:36:01

    "Biz "Barselona"nı olduğu kimi kopyalamırıq" – Qurban Qurbanovun almanlara müsahibəsi

    21.01.2026 18:42:11

    20 Yanvar abidəsini gülüşlə ziyarət edən "Kəpəz" rəsmisi kimdir? – Baxın, kimin sinif yoldaşı imiş

    21.01.2026 18:10:44

    Almaniya səfirindən “Qarabağ”la oyun üçün mükafat – FOTO

    21.01.2026 17:50:09

    "Qarabağ"ın 2 legioneri "Liverpul"la oyunu buraxmaq təhlükəsindədir

    21.01.2026 17:19:58

    "Bakı ABŞ-də yerləşən Çikaqo şəhərini xatırladır" - Bölgə klubundan ayrılan legioner

    21.01.2026 16:48:26
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved