Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Neftçi"ni təbrik edirəm, ancaq gələn il onlarla başqa cür olacaq" – "Qarabağ"ın hücumçusu
    29.05.2025 18:15:37

    "Qarabağ"ın 16 yaşadək komandasının futbolçusu Riad Qaradağlı bu mövsüm parlayan futbolçulardan oldu. O, 39 qolla U-16 Liqasının bombardiri ünvanına sahib çıxdı. Son 2 mövsümdə "Qarabağ"ın U-14 və U-15 komandası ilə çempion olmuş Riad bu dəfə gümüş mükafatla kifayətləndi. Əslində meydana daxil olduqdan sonra 89-cu dəqiqədə vurduğu qol matçın penaltilərə kimi uzanmasında böyük rol oynadı.

    Prosport.Az saytı yeniyetmə futbolçudan müsahibə götürüb.

    – "Neftçi"yə I dövrədə 6:0 və II dövrədə 2:0 qalib gəlmişdiniz. Turnir cədvəlində də bu komandanı 9 xal qabaqlayırdınız. Ancaq həlledici oyunda bu komandaya penaltilərdə uduzaraq, məğlub oldunuz. Niyə əvvəl qalib gəldiyiniz rəqibə bu dəfə uduzdunuz?
    – Penaltilər bəxtdir. Burda qalib gəlmək 50%-ə bərabərdir. Bu məğlubiyyət bizim üçün də bir dərsdir. "Neftçi"ni təbrik edirəm. Ancaq gələn il başqa cür olacaq. Çempionatda top buraxmadığımız rəqibdən ilk hissədə 2 top buraxdıq. Bu da o deməkdir ki, arxayınlaşmaq olmaz.

    – Penaltilər üzərində çalışmışdınız, yoxsa oyunun əsas vaxtında nəticəni xeyrinizə dəyişəcəyini düşünmüşdünüz?
    – Biz oyunda qələbəyə köklənmişdik. Fikrimiz yox idi ki, oyun penaltilərə gedəcək. Özüm də penaltini qaçırdım. Halbuki çempionatda 6 dəfə penaltini qola çevirmişdim.

    – U-16 Liqasında 39 qolla bombardir oldunuz. Karyeranızda ilk belə fərdi mükafatınızdır?
    – Bəli, ilk dəfə belə fərdi mükafata sahib çıxırdım. İlk növbədə buna görə komandama və məşqçilər heyətinə təşəkkür edirəm. Komanda yoldaşlarımın məhsuldar ötürmələri sayəsində mən rəqib qapısına bu qədər qol vura bildim.

    – Çempionatın bombardiri olsanız da, final oyununda meydana sonradan daxil oldunuz. Hər hansısa zədəniz yox idi?
    – Zədəm yox idi. Sadəcə, baş məşqçimiz final üçün heyəti belə qurmuşdu. Bundan öncəki "Sumqayıt"la yarımfinalın cavab oyununda start heyətdə idim. Baş məşqçi ilə aramızda heç bir problem yoxdur.

    – Bizdə olan məlumata görə, ananız da idman aləmindəndir. Bu haqda da danışardınız...
    – Bəli. Anam Evelina Qaradağlı basketbol məşqçisidir. Hazırda o, aşağı yaş qrupu üzrə qızlardan ibarət millidə məşqçi işləyir (o, U-14 qız komandasında baş məşqçinin köməkçisidir – S.M.). 

    Səbuhi Musa

    Futbol

    "Sabah"ın gəncləri ilk xal axtarışında

    20.10.2026 11:16:27
    Akademiya

    U-15 dünya çempionatının ilk iştirakçısı Bakıya gəldi - FOTOLAR

    20.10.2026 10:56:39
    Akademiya

    "Gözləntilərimizi doğrultmayan məşqçilərlə yollarımızı ayıracağıq" - "Qarabağ"ın baş direktoru

    19.10.2026 14:35:29
    Futbol

    U-20 dünya çempionatının brendi Bakıda nümayiş olundu - FOTOLAR

    17.10.2026 12:41:50
    Futbol

    AFFA nümayəndələri "Qarabağ"ın akademiyasında - FOTOLAR

    16.10.2026 16:32:59
    Akademiya

    Azərbaycan və Özbəkistanın keçirəcəyi dünya çempionatının brendi təqdim olundu

    16.10.2026 16:10:49
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Sabah"ın gəncləri ilk xal axtarışında

    20.10.2026 11:16:27

    U-15 dünya çempionatının ilk iştirakçısı Bakıya gəldi - FOTOLAR

    20.10.2026 10:56:39

    "Turan" Çempionlar Liqasında mübarizəyə başlayır

    20.10.2026 10:24:06

    Çempionlar Liqası: "Sabah" Almaniya nəhənginə qarşı

    20.10.2026 10:00:00

    Millimizin üzvü Azərbaycana qayıtmaq istəyir

    19.10.2026 23:54:18

    Toral Bayramov oynadı, "Bursaspor" liderlə xaı fərqini azaltdı

    19.10.2026 23:17:23

    Azərbaycanın 2 taekvondçusu Qətərdə döyüşəcək

    19.10.2026 22:41:13

    "Rəqib bizim səhvlərimizdən 18 xal qazandı" - Tahir Baxşıyev

    19.10.2026 22:15:29

    "2-ci hissədə yaxşı oynamadıq" - "Sabah"ın baş məşqçisi

    19.10.2026 21:40:31

    Azərbaycanı Avropa çempionatında 17 cüdoçu təmsil edəcək - ADLAR

    19.10.2026 21:12:30

    Gəncədə qaliblər müəyyənləşdi

    19.10.2026 20:51:33

    "Sabah" bu dəfə də qalib gəldi

    19.10.2026 20:47:19

    Akim Zedadka: "Oyundan zövq almaq istəyirik"

    19.10.2026 20:38:42

    "Bu görüşü səbirsizliklə gözləyirik" - Valdas Dambrauskas

    19.10.2026 20:25:16

    "Borusiya"nın müdafiəçisi: "Meydana qələbə üçün çıxacağıq"

    19.10.2026 20:19:40
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved