Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Müsahibə
    "Elə komanda qurmalıyıq ki, rəqiblər bizdən çəkinsin" – Kaxaber Sxadadze
    26.05.2025 18:50:05

    “Qəbələ”nin baş məşqçisi Kaxaber Sxadadze klubun rəsmi saytına müsahibə verib.

    Prosport.Az xəbər verir ki, gürcüstanlı mütəxəssis “qırmızı-qaralar”ın I Liqadakı çempionluğu ilə əlamətdar olan mövsümün yekununu dəyərləndirib.

    – Ümumi mövsümü necə dəyərləndirirsiniz? Komandanın cari mövsümdəki çıxışı, futbolçuların oyun keyfiyyəti sizi qane etdi?
    – Cari mövsüm bizim üçün çox yaxşı keçdi. Göstərdiyimiz oyunlarla yarışı yüksək nəticə ilə başa vuraraq çempion olduq. Futbolçularım və məşqçilər korpusumuzla ili bu cür başa vurmaq üçün çox əziyyət çəkmişdik. Sonda isə bunun bəhrəsini gördük.

    – “Qəbələ” bu il çempionatda ən az qol buraxan, ən az məğlub olan, ən çox qol vuran kimi çempion oldu. Mövsümün əvvəlindən nəticənin bu cür olacağına inanırdınız?
    – Bu nəticə heç də asan başa gəlməyib. Mövsümün əvvəlində demək olar ki, sıfırdan komanda qurmaq öhdəliyimiz var idi. İdman direktorumuz, klubun rəhbərliyi, məşqçilər korpusumuzla bu işin öhdəsindən gəlməyi bacardıq. Daha sonra isə fiziki, taktiki və s. məşqlərimiz çox oldu. Bununla da futbolçularımızı yeni mövsümə maksimum yaxşı hazırlamaq istəyirdik. Onlar da bütün bunların öhdəsindən gəlməyi bacardı. Futbol komanda oyunudur, biz bu nəticəyə bir yerdə, kollektiv şəklində, hər bir kəsin çəkdiyi əziyyət sayəsində çatmışıq.

    – Komanda bu il əsasən gənc futbolçularla çıxış etdi. Onların performansından necə, razı qaldınız?
    – Bu il gənc futbolçulara da oyunlarda kifayət qədər şans verdik. Onlar da öz üzərilərinə düşəni maksimum səviyyədə etməyə çalışdı. Lakin bu hələ başlanğıcdır. Gənc oyunçularımız öz üzərilərində daha çox işləməli, daha çox inkişaf etməlidir.

    – Növbəti mövsüm necə, yenə akademiyanın yetirməsi olan gənc futbolçulara şans verməyi düşünürsünüz?
    – Əlbəttə, komandanın öz yetirmələrinin əksəriyyətini komandada saxlamağı düşünürük. Nəzərə alsaq ki, gələn mövsüm Premyer Liqada mübarizə aparacağıq. Orada artıq “Qarabağ”, “Neftçi” və s. kimi komandalarla mübarizə apara bilmək üçün isə gənc oyunçularımız öz üzərilərində daha çox çalışmalıdır.

    – Azarkeşlər "Qəbələ"nin I Liqada məğlub olmadan və hətta qol buraxmadan çempion olmasını arzulayırdı. Sizcə, buna mane olan nə oldu?
    – Bu il bizim çox yaxşı göstəricilərimiz oldu. 21 oyun məğlub olmadan irəlilədik, sonda ən çox qol vuran komanda olduq. Artıq çempionatın sonlarına yaxın qol da buraxdıq, 2 dəfə məğlub da olduq. Bu da futbolun bir hissəsidir. Mübarizə olan yerdə, bu cür halların baş verməsi normaldır. Bizim əsas hədəfimiz Premyer Liqaya vəsiqə qazanmaq, ondan sonra isə çempion olmaq idi ki, bunun da öhdəsindən yüksək səviyyədə gəlməyi bacardıq.

    – Növbəti mövsüm üçün əsas planlar nədir? Komanda hansı hədəflər uğrunda mübarizə aparacaq?
    – Növbəti mövsüm elitada yaxşı nəticələr qazanmaq üçün daha mübariz olmalı və çox çalışmalıyıq. Qarşımızda konkret bir tapşırıq olmasa da, mübariz və döyüşkən bir komanda qurmalıyıq ki, rəqiblərimiz də bizdən çəkinsin. Belə olduğu halda, nəticə də, uğur da komandanın yanında olacaq.

    Müsahibə

    "Sabah"a vura bilməyimiz qolları "Fənərbağça"ya saxladıq" - Lukaş Provod

    14.10.2026 15:13:56
    Müsahibə

    "Məqsədimiz hər oyunda 3 xal qazanmaqdır" - Hayderson Hurtado

    12.10.2026 19:17:07
    Müsahibə

    "Kindzerskayanın niyyəti ciddidirsə, özü ilə söhbət edərik" – Rəşad Rəsullu

    12.10.2026 17:44:31
    Müsahibə

    "Dünya Kubokunun Bakıda keçirilməsi yalnız bu il üçün nəzərdə tutulmuşdu" – Baş katib

    10.10.2026 10:46:15
    Cüdo

    "Ömər özü dünya çempionu olmaq istəyirdi" – Onun qohumu Fərhad Rəcəbli

    9.10.2026 15:42:46
    Cüdo

    "Düşünürdüm ki, atamı sevindirim" – İlk dəfə dünya 3-cüsü olan Murad Fətiyev

    8.10.2026 19:50:12
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Sabah"ın gəncləri ilk xal axtarışında

    20.10.2026 11:16:27

    U-15 dünya çempionatının ilk iştirakçısı Bakıya gəldi - FOTOLAR

    20.10.2026 10:56:39

    "Turan" Çempionlar Liqasında mübarizəyə başlayır

    20.10.2026 10:24:06

    Çempionlar Liqası: "Sabah" Almaniya nəhənginə qarşı

    20.10.2026 10:00:00

    Millimizin üzvü Azərbaycana qayıtmaq istəyir

    19.10.2026 23:54:18

    Toral Bayramov oynadı, "Bursaspor" liderlə xaı fərqini azaltdı

    19.10.2026 23:17:23

    Azərbaycanın 2 taekvondçusu Qətərdə döyüşəcək

    19.10.2026 22:41:13

    "Rəqib bizim səhvlərimizdən 18 xal qazandı" - Tahir Baxşıyev

    19.10.2026 22:15:29

    "2-ci hissədə yaxşı oynamadıq" - "Sabah"ın baş məşqçisi

    19.10.2026 21:40:31

    Azərbaycanı Avropa çempionatında 17 cüdoçu təmsil edəcək - ADLAR

    19.10.2026 21:12:30

    Gəncədə qaliblər müəyyənləşdi

    19.10.2026 20:51:33

    "Sabah" bu dəfə də qalib gəldi

    19.10.2026 20:47:19

    Akim Zedadka: "Oyundan zövq almaq istəyirik"

    19.10.2026 20:38:42

    "Bu görüşü səbirsizliklə gözləyirik" - Valdas Dambrauskas

    19.10.2026 20:25:16

    "Borusiya"nın müdafiəçisi: "Meydana qələbə üçün çıxacağıq"

    19.10.2026 20:19:40
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved