Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Formula-1
    “Ferrari”nin yubiley planları pozuldu – Monako Norrisə uğur gətirdi
    26.05.2025 13:57:21

    Düz 75 il əvvəl Silverstounda “Formula-1” üzrə dünya çempionatı debüt etdikdən sonra iştirakçılar növbəti mərhələ üçün Monakoya yollanmışdılar. Knyazlığın dar və dolanbac küçələri o vaxtdan bu günədək dünyanın ən sürətli sürücülərinin mübarizəsinə ev sahibliyi edir.

    Prosport.Az xəbər verir ki, Monakoda məhz 75 il əvvəl debüt edən “Ferrari” həmin vaxtdan bəri çempionatda fasiləsiz iştirak edən yeganə komandadır. Buna görə də Monakoda qazanılacaq qələbə “qırmızılar” üçün xüsusi simvolik dəyər daşıyırdı. Lakin çempionatın əsas favoritlərindən olan “McLaren” bu şəhər yarışında tarixən daha çox qələbəyə sahibdir. Bu dəfə də əsas mübarizə məhz bu iki komandanın sürücüləri arasında gedib.

    Monakonun dar küçələri ötmələri çətinləşdirdiyi üçün bu mövsüm burada yeni reqlament qüvvəyə minib – sürücülərə iki məcburi pit-stop tətbiq olunub. Lakin bu dəyişiklik belə, yarışın axarını ciddi dəyişməyib. Ötən il olduğu kimi, bu dəfə də ötmələr az, nəticələr isə gözlənilən idi.

    Cümə və şənbə günləri keçirilən sərbəst yürüşlərdə “Ferrari”nin yerli sürücüsü Şarl Lekler ardıcıl birinci olub və poul üçün əsas favorit sayılıb. Lakin sıralanma turunun son sessiyasında Lando Norris parlaq çıxış edərək Lekleri geridə qoyub və poul mövqeyini qazanıb. İkinci sıranı isə Oskar Piastri və Lyuis Hemilton tamamlayıblar. Ferstappenin qarşısını kəsdiyi üçün Hemilton 3 yer geriyə düşüb və nəticədə niderlandlı sürücü yarışa 4-cü yerdən start alıb.

    Yarışın startında ilk "onluq"da heç bir ötmə qeydə alınmayıb. Dar tras və taktiki gedişlər nəticəsində mübarizə gözləniləndən daha sakit keçib. Qasli ilə Tsunoda arasındakı təmas, həmçinin Alonsonun mexaniki nasazlıqla mübarizəni dayandırması istisna olmaqla, yarış sürprizsiz tamamlanıb.

    Lando Norris poul startını qələbəyə çevirərək uşaqlıq arzusunu reallaşdırdığını bildirib. Şarl Lekler 2-ci yeri tutaraq öz ölkəsində podium sevincini yaşayıb, Oskar Piastri isə 3-cü olaraq “McLaren”ə mövsümdə daha bir dubl qazandırıb.
    Ferstappen 4-cü, Hemilton isə 5-ci olub. Ayzek Həcər (“Racing Bulls”) güclü çıxışı ilə 6-cı, Esteban Okon (“Haas”) isə 7-ci yeri tutub. Liam Louson isə karyerasında ilk xallarını qazanıb.

    Çempionatda fərdi mübarizədə Piastri ilə Norris arasındakı xal fərqi cəmi 3-ə enib. Ferstappen 3-cü pillədə möhkəmlənib. Mühəndislər Kubokunda “McLaren” liderliyi artırıb, arxasında isə “Mercedes”, “Red Bull” və “Ferrari” sıx mübarizə aparır.
    Növbəti yarış bu həftəsonu Barselonada keçiriləcək. Yeni reqlamentə əsasən, FIA-nın ön qanadların bərkidilməsi ilə bağlı qaydası ilk dəfə bu trasda tətbiq olunacaq. Qaydaların güc balansına necə təsir göstərəcəyi böyük maraq doğurur.

    Formula-1

    İlham Əliyev və ailə üzvləri "Formula 1"i izləyir

    26.09.2026 16:32:49
    Formula-1

    "Formula 2" Azərbaycan Qran-prisinin qalibi bilindi

    26.09.2026 13:40:01
    Formula-1

    "Formula 1" üzrə 2027-ci il Azərbaycan Qran-prisinin vaxtı açıqlandı

    16.09.2026 13:14:50
    Multiidman yarışları

    "Formula 1"in tanınmış pilotu Bakıda cərimələnə bilər

    15.09.2026 15:12:32
    Digər idman növləri

    "Formula 1": 10 ildə marşal proqramına 35 mindən çox müraciət olub

    8.09.2026 11:46:47
    Formula-1

    Niderland Qran-prisinin qalibi bəlli oldu

    23.08.2026 18:50:17
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Qalatasaray"ın keçmiş prezidenti Bakıya gəlir

    18.10.2026 23:17:21

    "Çox fərqli bir komanda görəcəksiniz" - "Sumqayıt"ın türkiyəli baş məşqçisi

    18.10.2026 23:03:25

    Karateçilərimiz dünya çempionatını 5 medalla başa vurdular

    18.10.2026 22:59:47

    "Müdafiədə etibarlı oynadıq" - Konstantinos Vasiliadis

    18.10.2026 22:42:10

    "Bəhanə gətirmək və ya ağlamaq fikrim yoxdur" – Azər Məmmədov

    18.10.2026 21:38:45

    "Bu çətin mərhələni də geridə qoyacağıq" – Rəşad Sadıqov

    18.10.2026 21:35:23

    Gəncədə "qonşu"ların dueli sülhlə bitdi - VİDEO

    18.10.2026 20:31:10

    "Neftçi"dən rahat qələbə

    18.10.2026 20:20:39

    Naxçıvan klubunun baş məşqçisi: "Sabah"la oyun da çətin olacaq"

    18.10.2026 19:45:56

    "Toparlanmalıyıq..." - Gəncə klubunun məşqçisi

    18.10.2026 19:11:07

    "İmişli"yə gəlməzdən öncə Starkovla məsləhətləşmişdim" – Ervin Perkon

    18.10.2026 18:28:11

    "Kəpəz" - "Zirə" - HEYƏTLƏR

    18.10.2026 18:03:32

    "İmişli" layiqli qələbə qazandı" – Qurban Berdiyev

    18.10.2026 17:47:41

    "İmişli" "Turan Tovuz"u əliboş göndərdi - VİDEO

    18.10.2026 17:06:12

    Naxçıvan klubu avrokubokda çıxış edən komandanı məğlub etdi

    18.10.2026 17:05:13
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved