Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Müsahibə
    "Konfrans Liqası Kubokunu Azərbaycana onlar gətirəcək" – Tahir Gözəl
    19.05.2025 10:55:08

    Misli Premyer Liqasında XXXV tura yekun vurulub. Doğma meydanda "Kəpəz"i qəbul edən çempion "Qarabağ" 3 cavabsız qolla qalib gəlib.

    Prosport.Az xəbər verir ki, oyundan sonra "Qarabağ"ın prezidenti Tahir Gözəl jurnalistlərin suallarını cavablandırıb.

    – Çox sevincliyəm, "Qarabağ"sevərləri təbrik edirəm. 12-ci dəfədir ki, çempion oluruq. Böyük uğurdur. Daha 3 dəfə olsaq, 3-cü ulduzu qazanacağıq. Çox gözəl çempionat keçdi. Gələn il liqada komanda sayı artacaq. "Karvan", "Qəbələ" və "İmişli" də liqaya qoşulur. İldən-ilə bizdə futbol keyfiyyəti düzəlir, yüksəlir. Möhtəşəm axşam idi. "Qarabağ"ı təbrik edirəm. Burada əla ab-hava yaratdılar. Möhtəşəm bayram yaşadıq, hava da çox gözəl idi. "Qarabağ"sevərləri, Azərbaycanı sevindirdik. Allah qoysa, artıq Avropada yola davam edəcəyik.

    – Hədəflər yəqin ki, dəyişməyib?
    – Bəli, hədəflər dəyişməyib. UEFA-nın verdiyi qərardan asılıdır ki, biz ÇL-ə II, yoxsa I təsnifat mərhələsindən başlayırıq. Amma ora gəlməyin özü də elə "Qarabağ"ın futbol səviyyəsini göstərir. "Qarabağ" Avropanın orta səviyyəli klubları arasındadır. Bu hamımız üçün qürur mənbəyidir. Əlbəttə ki, biz daha da inkişaf etməyə çalışacağıq. 

    – Qarşıda "Qarabağ"ı ölkə Kubokunda da oyun gözləyir. "Qızıl dubl" mümkün olacaq?
    – Əlbəttə ki, bunun üçün çalışacağıq. "Sabah" rəqibimizdir, güclü klubdur. Mənim "Sabah"a xüsusi ehtiramım var. Orada futbolun kökündən gələn insanlar çalışır.Hər iki kluba da uğurlar arzulayıram, hər ikisi də bizimdir, hər ikisi də layiqdir.

    – "Zirə" və "Turan Tovuz" finalda sizə azarkeşlik edir. Çünki "Qarabağ" qalib gəlsə, biri Avropa Liqasına, digəri Konfrans Liqasına yollanacaq...
    – Doğrudur. "Zirə"nin baş məşqçisi Rəşad Sadıqovdur, o da mənim canımdır, bizə yaxındır. Hamısına uğurlar arzulayıram, hamısı bizim övladlarımızdır, hamısı bizim klublarımızdır. 

    – 5 ildən sonra Konfrans Liqası kubokunu Azərbaycana gətirmək fikrinə necə baxırsınız?
    – İnşallah, qismət olar. Elə ona görə işləməliyik. Mənə əsas nə ümid verir? Cavan oyunçularımızın meydana çıxması. Hikmət Cəbrayılzadəni, Amin Rzayevi oyunda görmək məni çox sevindirir. Gənclərimiz gəlsin. Hamısı aşağı yaş qruplarından üzə çıxan uşaqlardır. Gələcəyimiz cavanlardır. İnşallah, kuboku da Azərbaycana onlar gətirəcək.

    Müsahibə

    "Sabah"a vura bilməyimiz qolları "Fənərbağça"ya saxladıq" - Lukaş Provod

    14.10.2026 15:13:56
    Müsahibə

    "Məqsədimiz hər oyunda 3 xal qazanmaqdır" - Hayderson Hurtado

    12.10.2026 19:17:07
    Cüdo

    "Kindzerskayanın niyyəti ciddidirsə, özü ilə söhbət edərik" – Rəşad Rəsullu

    12.10.2026 17:44:31
    Müsahibə

    "Dünya Kubokunun Bakıda keçirilməsi yalnız bu il üçün nəzərdə tutulmuşdu" – Baş katib

    10.10.2026 10:46:15
    Müsahibə

    "Ömər özü dünya çempionu olmaq istəyirdi" – Onun qohumu Fərhad Rəcəbli

    9.10.2026 15:42:46
    Müsahibə

    "Düşünürdüm ki, atamı sevindirim" – İlk dəfə dünya 3-cüsü olan Murad Fətiyev

    8.10.2026 19:50:12
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Neftçi"nin sabiq prezidenti Macarıstana gedir

    20.10.2026 12:52:52

    Rəşad Nəbiyev dünya çempionatında iştirak edən cüdoçularla görüşdü

    20.10.2026 12:16:58

    "Sabah"ın gəncləri ilk xal axtarışında

    20.10.2026 11:16:27

    U-15 dünya çempionatının ilk iştirakçısı Bakıya gəldi - FOTOLAR

    20.10.2026 10:56:39

    "Turan" Çempionlar Liqasında mübarizəyə başlayır

    20.10.2026 10:24:06

    Çempionlar Liqası: "Sabah" Almaniya nəhənginə qarşı

    20.10.2026 10:00:00

    Millimizin üzvü Azərbaycana qayıtmaq istəyir

    19.10.2026 23:54:18

    Toral Bayramov oynadı, "Bursaspor" liderlə xaı fərqini azaltdı

    19.10.2026 23:17:23

    Azərbaycanın 2 taekvondçusu Qətərdə döyüşəcək

    19.10.2026 22:41:13

    "Rəqib bizim səhvlərimizdən 18 xal qazandı" - Tahir Baxşıyev

    19.10.2026 22:15:29

    "2-ci hissədə yaxşı oynamadıq" - "Sabah"ın baş məşqçisi

    19.10.2026 21:40:31

    Azərbaycanı Avropa çempionatında 17 cüdoçu təmsil edəcək - ADLAR

    19.10.2026 21:12:30

    Gəncədə qaliblər müəyyənləşdi

    19.10.2026 20:51:33

    "Sabah" bu dəfə də qalib gəldi

    19.10.2026 20:47:19

    Akim Zedadka: "Oyundan zövq almaq istəyirik"

    19.10.2026 20:38:42
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved