Reqbi üzrə Azərbaycanın 12 yaşadək milli yığma komandası (U-12) Bosniya və Herseqovinanın Zenitsa şəhərində 7 ölkənin iştirakı ilə baş tutan beynəlxalq turnirdə 3-cü yeri tutub.
Prosport.Az xəbər verir ki, komandamız 2 oyunda qalib gəlsə də, 2 matçda uduzub. Oyunların nəticələrini təqdim edirik:
Azərbaycan – Bosniya və Herseqovina 0:15
Azərbaycan – Xorvatiya 0:10
Azərbaycan – Serbiya 10:5
Azərbaycan – Sloveniya 15:0
Turnirin qalibi meydan sahibləri Bosniya və Herseqovina reqbiçiləri olub. 2-ci yeri isə Xorvatiya komandası əldə edib. Bundan əlavə, yarışda Monteneqro və İtaliya komandaları da iştirak edib.
