Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Müsahibə
    "Premyer Liqada hədəfimiz də ciddi olacaq" - Kaxaber Sxadadze
    16.05.2025 13:33:07

    "Qəbələ"nin baş məşqçisi Kaxaber Sxadadze bölgəyə ezam olunmuş jurnalistlərə müsahibə verib. Prosport.Az həmin müsahibəni təqdiom edir:

    - Çempionluq münasibəti ilə təbrik edirik. Təəssüratlarınız...

    - Çox gözəl. Bilirsiniz ki, sıfırdan yeni komanda qurduq və yola çıxdıq. Birgə əməyin sayəsində çempion olduq. Hədsiz dərəcədə şadam. Üzərimdə böyük məsuliyyət var idi. Buna görə də çox həyəcanlı idim. Göstərməməyə çalışırdım. Lakin bu həyəcan var idi. Sağ olsun, rəhbərlik bizə güvəndi və çox şadam ki, bu etimadı doğurultduq, Premyer Liqaya qayıtmağı bacardıq. Bütün digər komandalara hörmətlə yanaşıram, amma "Qəbələ" bu mövsüm güclü idi və biz bunu sübut etdik. Mövsümün sonuna xeyli qalmasına baxmayaraq, elitaya vəsiqəni təmin etmişdik. Sona 4 tur qalmış isə çempionluğu rəsmləşdirdik. Təbii ki, futbol komanda oyunudur. Bu uğurun qazanılmasında hamının əməyi var. Rəhbərlikdən tutmuş, inzibatçıya kimi. Şadam ki, "Qəbələ" geri döndü və Premyer Liqada hədəfimiz də ciddi olacaq. Biz avrokuboklara vəsiqə uğurunda mübarizə aparacağıq.Qarşımıza qoyacağımız vəzifə bu olacaq. 

    - Qeyd etdiniz ki, sıfırdan yeni komanda qurdunuz və bunu etmək çətin idi. Qorxunuz nədən idi?

    - Bizə qarşı hamı xüsusui motivasiya ilə oynayırdı. Hamı istəyirdi ki, bizə qalib gəlsin. Biz isə hamıdan güclü olduğumuzu sübut etməli idik. İlk gündən uşaqlar öz üzərlərində işlədilər, buna görə sağ olsunlar. Səbuhi Səfiyarlıya xüsusi təşəkkür edirəm. Ondan nə xahiş etdim, demək olar 95 faizini etdi. Biz yeni mövsümə cəmi 2 yeni futbolçu ilə başladıq. Qalanları hamısı yerli futbolçular idi. Bu, bizim üstünlüyümüz idi. Komandamız fiziki cəhətdən çox güclü idi və buna görə köməkçilərimə, fiziki hazırlıq üzrə məşqçiyə öz təşəkkürümü bildirirm. Çixradzeyə, analitikimizə, qapıçılarla işləyən məşqçimiz Amil Ağacanova. Gənc olmasına baxmayaraq çox güclü məşqçidir. Futbolçularım hamısı qəhrəmandır və hamısına "sağ ol" deyirəm.

    - Siz Azərbaycan çempionu olmuş məşqçisiniz, böyük karyeranız var. Amma I liqada işləməyə razılaşdınız...

    - Bizim ambisiyamız var idi. Köməkçim Çixradze ilə oturub bu sual ətrafında müzakirə apardıq. Qərarımız bu oldu ki, öz ambisiyamız üçün mübarizə aparmalı və komandanı yenidən Premyer Liqaya qaytarmalıyıq. Amma çox həyəcanlı idik. Bunu heç kimə göstərmirdik. Bizə göstərdiyi etimada və dəstəyə görə klubumuzun prezidenti Fariz Nəcəfova minnətdaram. O cümlədən də bizi dəstəkləyən fanatlara təşəkkür edirəm. Biz birlikdə bunu bacardıq. Onu da deyim ki, bu il Premyer Liqa çox güclənib. Və növbəti mövsüm daha çətin olacaq. Elə komanda qurmaq lazımdır ki, "Qarabağ", "Neftçi", "Sabah" və "Turan Tovuz" kimi komandalara qarşı rəqabət apara bilsin.

    - Hazırlıqlara başlamısınız?

    - Transferlərlə bağlı hazırlıqlara başlamışıq. İdman direktorumuz Səbuhi Səfiyarlı hansı mövqelərə futbolçu lazım olduğunu bilir. Artıq bir aydır bunun üzərində işləyirik. 

    - Hansısa futbolçu ilə razılaşma var?

    - Razılığa gəldiyimiz konkret ad yoxdur, amma futbolçular var ki, onlara baxırıq. Hazırkı heyətlə bağlı də heç nə konkretləşməyib. Kim qalacaq, kim gedəcək. Əsas onurğanı saxlamağa çalışacağıq. Elə bir fikir yoxdur ki, 15-16 transfer edək. 

    Futbol

    "Neftçi"nin sabiq prezidenti Macarıstana gedir

    20.10.2026 12:52:52
    Akademiya

    "Sabah"ın gəncləri ilk xal axtarışında

    20.10.2026 11:16:27
    Akademiya

    U-15 dünya çempionatının ilk iştirakçısı Bakıya gəldi - FOTOLAR

    20.10.2026 10:56:39
    Futbol

    Çempionlar Liqası: "Sabah" Almaniya nəhənginə qarşı

    20.10.2026 10:00:00
    Futbol

    Millimizin üzvü Azərbaycana qayıtmaq istəyir

    19.10.2026 23:54:18
    Futbol

    Toral Bayramov oynadı, "Bursaspor" liderlə xaı fərqini azaltdı

    19.10.2026 23:17:23
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Neftçi"nin sabiq prezidenti Macarıstana gedir

    20.10.2026 12:52:52

    Rəşad Nəbiyev dünya çempionatında iştirak edən cüdoçularla görüşdü

    20.10.2026 12:16:58

    "Sabah"ın gəncləri ilk xal axtarışında

    20.10.2026 11:16:27

    U-15 dünya çempionatının ilk iştirakçısı Bakıya gəldi - FOTOLAR

    20.10.2026 10:56:39

    "Turan" Çempionlar Liqasında mübarizəyə başlayır

    20.10.2026 10:24:06

    Çempionlar Liqası: "Sabah" Almaniya nəhənginə qarşı

    20.10.2026 10:00:00

    Millimizin üzvü Azərbaycana qayıtmaq istəyir

    19.10.2026 23:54:18

    Toral Bayramov oynadı, "Bursaspor" liderlə xaı fərqini azaltdı

    19.10.2026 23:17:23

    Azərbaycanın 2 taekvondçusu Qətərdə döyüşəcək

    19.10.2026 22:41:13

    "Rəqib bizim səhvlərimizdən 18 xal qazandı" - Tahir Baxşıyev

    19.10.2026 22:15:29

    "2-ci hissədə yaxşı oynamadıq" - "Sabah"ın baş məşqçisi

    19.10.2026 21:40:31

    Azərbaycanı Avropa çempionatında 17 cüdoçu təmsil edəcək - ADLAR

    19.10.2026 21:12:30

    Gəncədə qaliblər müəyyənləşdi

    19.10.2026 20:51:33

    "Sabah" bu dəfə də qalib gəldi

    19.10.2026 20:47:19

    Akim Zedadka: "Oyundan zövq almaq istəyirik"

    19.10.2026 20:38:42
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved