Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Digər idman növləri
    Cəmi 2 ay MOK Atletlər Komissiyasının üzvü oldu, ayrıldı: "Özüm çörəkpulunu güclə tapıram"
    13.05.2025 14:41:02

    Sabiq ağırlıqqaldıran Təranə Abbasova martın 18-də Milli Olimpiya Komitəsində (MOK) Atletlər Komissiyasına üzv seçilmişdi. Lakin dünən – mayın 12-də o üzvlükdən çıxarıldı. Onun yerinə yunan-Roma güləşi üzrə olimpiya mükafatçısı, dünya və Avropa çempionu Rafiq Hüseynov üzv seçildi.

    Bəs T.Abbasova kimdir? Bu ad çoxlarına tanış olmaya bilər. Ancaq bu xanım Avstraliyanın Sidney şəhərində keçirilmiş Olimpiya Oyunlarında ağırlıqqaldırma yarışında Azərbaycanı təmsil etmiş yeganə qadın idmançımızdır. Həmin yarışda tutduğu 10-cu yer o vaxta görə türk dünyasında qadınlar arasında ən yaxşı nəticə hesab olunurdu. O, Olimpiadanın final mərhələsində ümumilikdə 165 kq (75 + 90) ağırlıq qaldırmışdı. T.Abbasova həm də I Qarabağ Müharibəsi şəhidi Nadir Abbasovun bacısıdır.

    Prosport.Az 58 yaşlı Təranə Abbasova ilə əlaqə saxlayıb.

    – MOK Atletlər Komissiyasında cəmi 2 ay üzv oldunuz...
    – Bəli, öz istəyimlə ayrıldım.

    – Niyə, nə səbəbə?
    – Çünki mənim iş-gücüm yoxdur. Hər dəfə iclas, tədbir olacaq, mən məcburam ki, ora gəlməyə yol pulu xərcləyim.

    – Bəyəm Bakıda yaşamırsınız?
    – Mən Bakının kəndlərindən birində, rəfiqəmin bağ evində yaşayıram. Anadangəlmə xəstə bacım var, ona baxıram. Rəfiqəm bunun üçün bizə bir otaq ayırıb... Bu səbəbdən özüm yazdım ki, məni üzvlükdən çıxarın. Çünki mənim problemlərim özümə bəs edir. 2021-ci ildə məni qadın millisində məşqçilikdən çıxartdıqdan sonra "havada qalmışam". Cahangir Əsgərov federasiya prezidenti postundan ayrıldıqdan sonra baş məşqçi dəyişildi, məni də daha yığmaya çağırmadılar.

    – Bəs sizə üzvlük təklif olunanda bunları nəzərə almamışdınız?
    – Mənə heç nə deyilməmişdi. Sadəcə, dedilər ki, səni üzv seçmişik, filan tarixdə MOK-da olmaq lazımdır. Getdim, iştirak etdim. Daha sonra evə qayıtdıqdan sonra fikirləşdim ki, özüm çörəkpulunu güclə tapıram. Qaldığım yerdən ora getmək mənə 5 manata başa gəlir. Mən öz problemimi həll edə bilmirəm, o ki qala federasiyalardakı problemləri həll edim.

    – Cəmi 1 iclasda iştirak etdiniz?
    – Bəli. Komissiya 6 aydan bir yığışmalıdır. Yalnız vacib bir şey olarsa, "vatsap" qrupuna iclas barədə yazılır. Mən də elə 1 dəfə iştirak etmişəm.

    – İnam Kərimovdan sonra Kamran Nəbizadə Ağırlıqqaldırma Federasiyasının prezidenti seçildi. Yeni rəhbərliyə işlə bağlı müraciət etmisiniz?
    – Söz verirlər. Deyirlər ki, yadımızdasan, yaxşı olacaq, səbir elə, gözlə, düzələcək. Mən də neçə ildir ki, gözləyirəm.

    – Bəs necə oldu ki, Atletlər Komissiyası üçün yada düşmüşdünüz?
    – Federasiyadan mənə zəng vurmuşdular. Əvvəl mətbuat katibi Mehman Rəsulov, daha sonra baş katib Rizvan Rəsulov mənə zəng etdi. Həmçinin, MOK əməkdaşı Günay Əsgərova ilə də "vatsap"da yazdı ki, gender bərabərliyinə görə sizi Atletlər Komissiyasına üzv seçiblər. Orada dedilər ki, burada elə bilərsən ki, buna görə maaş veriləcək, yox, bizdə hər şey pulsuzdur. Sadəcə, yığışıb problemləri həll etməyə çalışacağıq. Siz mənim yerimə olsaydınız, neyləyərdiniz?... Nə bilim, əşşi. Həyat belədir də. Allah hamının köməyi olsun...

    – Onda belə başa düşürəm ki, federasiyanın sizə "iş verəcəyik" deməsi də elə bu imiş...
    – Bəli, ola bilər. Heç kimlə əlaqəm yoxdur. Sadəcə, yarışdan yarışa yalnız hakimlik üçün gedirəm. O da 2 gün yarış olur, gününə cəmi 50 manat verilir.

    – Bəs sizə təqaüd verilmir?
    – Xeyr. Yalnız Cahangir müəllimin vaxtında aya 200 manat alırdım. Ondan sonra hər şey kəsildi. Halbuki 1991-ci ildə ağırlıqqaldırmada qadınların iştirakına icazə veriləndə ilk dəfə Moskvada olimpiya mükafatçısı, dünya və Avropa çempionu Qriqori Novakın adına keçirilən beynəlxalq turnirdə iştirak etmişəm. Onda 18 ölkə arasında yeganə müsəlman ölkəsindən mən yarışırdım. O vaxt mən sinklerdə qalib gəlmişdim.

    Səbuhi Musa

    Müsahibə

    "Qarabağ"a transferim baş tutmadı" - Belaruslu qapıçı

    4.09.2026 12:10:32
    Müsahibə

    “Növbəti hədəfim dünya çempionu olmaqdır” - Camal Feyziyev

    2.09.2026 18:51:59
    Güləş

    "İkiqat dünya çepionu olmaq istəyirəm" – Vüsal Əliyev

    31.08.2026 19:28:46
    Müsahibə

    "Qol epizodlarından istifadə edə bilmirik" - "Zirə"nin futbolçusu

    31.08.2026 14:12:41
    Futbol

    "Qarabağ"a qarşı məndə daha çox əsəb və qəzəb vardı" – Aleksey İsayev

    28.08.2026 16:49:30
    Müsahibə

    "Hər şeyi etdik, amma alınmadı" – Kadi

    28.08.2026 12:00:41
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Avropa çempionatı: Millimiz 2 məğlubiyyətlə pley-offda

    4.09.2026 23:45:24

    "Böyükhesablı məğlubiyyət ağırdır" - Azər Məmmədov

    4.09.2026 23:07:07

    "Azərbaycan futboluna yeni adlar qazandırmaq istəyirik" - Azər Bağırov

    4.09.2026 22:47:20

    "Kəpəz" evdə "Şamaxı"ya böyük hesabla uduzdu – VİDEO

    4.09.2026 22:06:57

    Millimiz Gürcüstanla 2 oyun keçirəcək

    4.09.2026 21:53:26

    "Qəbələ" bizdən daha istəkli idi" - Fərid Namazov

    4.09.2026 21:07:05

    "Hakimin qərarına söz deyə bilmərik, tər-təmiz penalti idi" - Amil Ağacanov

    4.09.2026 20:32:23

    Superliqa klubunda yeni baş məşqçi

    4.09.2026 20:27:52

    "Qəbələ" yeni mövsümdə ilk qələbəsini qazandı – VİDEO

    4.09.2026 19:54:46

    Azərbaycan I Liqasında ilk tura yekun vuruldu

    4.09.2026 19:27:35

    "Kəpəz" - "Şamaxı": HEYƏTLƏR

    4.09.2026 19:20:22

    Azərbaycanı İsveçrədə onlar təmsil edəcəklər - ADLAR

    4.09.2026 18:43:14

    "Sabah"ın Çempionlar Liqasındakı rəqibində ayrılıq

    4.09.2026 18:12:36

    Bakı Güləş Məktəbinə 47 şagird qəbul olundu

    4.09.2026 17:45:47

    Avropa çempionatı: 2-ci gündə medal olmadı

    4.09.2026 17:13:57
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved