Azərbaycanın qadınlardan ibarət cüdo yığması mayın 9-11-də Qazaxıstanın paytaxtı Astanada keçiriləcək "Böyük Dəbilqə” turnirində iştirak edəcək.
Prosport.Az xəbər verir ki, yarışa 3 idmançımız - Könül Əliyeva (48 kq), Gültac Məmmədəliyeva (52 kq) və Fidan Əlizadə (57 kq) yollanacaq.
"Böyük Dəbilqə" yarışında 47 ölkənin cüdoçuları mübarizə aparacaqlar.

