Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandası Bakıda keçirilən Avropa Kubokunda bürünc medal qazanıb.
Prosport.Az xəbər verir ki, təmsilçilərimiz çarpaz qarşılaşmalar finalında 3 top və 2 halqa ilə proqram üzrə 22.250 xalla bürünc medalın sahibi olub.
Qeyd edək ki, daha əvvəl Yelizaveta Luzan, Ləman Əlimuradova, Kamilla Əliyeva, Darya Sorokina və Sofiya Məmmədovadan ibarət kollektiv 3 top və 2 halqa ilə proqramda qızıl medalı hesabına yazdırmışdı.
Milli Gimnastika Arenasında təşkil olunan Avropa Kuboku bu gün başa çatacaq.