Azərbaycan cüdoçusu Murad Fətiyev (90 kq) qarşıdan gələn dünya çempionatında iştirak edə bilməyəcək.
Prosport.Az xəbər verir ki, buna səbəb idmançının Monteneqronun paytaxtı Podqoritsada keçirilmiş Avropa çempionatında üçüncü yer uğrunda görüşdə zədə almasıdır.
Qeyd edək ki, təmsilçimiz həmin qarşılaşmadan qalib ayrılaraq bürünc medala sahib çıxıb.
Dünya çempionatı iyunun 13-dən 20-dək Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək.

