Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Müsahibə
    "Məni klub prezidenti kimi oyunçulara təqdim etmişdilər" – Ramin Əzizov
    27.04.2025 14:59:08

    "Azərreyl" voleybol klubunun prezidenti Ramin Əzizovun Prosport.Az saytına müsahibəsi

    – Səmimi olsaq, cari mövsüm "qızıl dubl" edəcəyinizi gözləyirdinizmi?
    – 100% gözləyirdim.

    – Amma mövsümə çox pis başlamışdınız...
    – Mövsümün hazırlığına gec başladıq. Sentyabr ayından etibarən transferlərə start verildi. Məşqçi və oyunçu seçimində bir xeyli çətinliklərimiz oldu. Voleybol mütəxəssisləri də etiraf edər ki, sentyabrda komanda yığmaq çox çətin məsələdir. Çünki həmin ərəfədə lazımi oyunçuların müqavilələri olur, rəqiblər isə heyətlərini qurmuş olur. Ən gec biz komanda yığdıq. Düzdür, çempionatın ilk oyunlarında yaxşı təsir bağışlamasaq da, həm kişi, həm də qadın komandamız toparlana bildi. Bu da bizim düzgün sistemli işləməyimizin, düzgün məşqçi seçimimizin nəticəsidir. Komandalarımız sonadək döyüşdü. Heç vaxt ümidimi itirmədim ki, hər iki komandamız çempion olacaq. Nəticədə də istədiyimiz çempionluğu əldə etdik.

    – Ümumiyyətlə, mövsümü "Azərreyl" üçün uğurlu adlandırmaq olar. Əvvəl çimərlik voleybolu üzrə Avropa Kubokunda, daha sonra qar voleybolu üzrə Azərbaycan çempionatında, sonda klassik voleybol üzrə ölkə çempionatında qızıl medalları qazandınız...
    – Tamamilə doğru buyurursunuz. Çox yaxşı təcrübə qazandıq. Bu prosesin gedişində çox şeyləri öyrəndik. İnanıram ki, bu təcrübədən qarşıdakı illərdə də yararlanacağıq.

    – Klub prezidenti kimi ilk mövsümünüz idi. Nələri öyrəndiniz?
    – İlk növbədə transferlərə gecikməməyi. Düzgün məşqçi seçimi, nizam-intizam vacibdir. Köhnə idmançı, taekvondoçu kimi zatən bilirdim ki, intizam olmadan nailiyyət mümkün deyil. Məni klub prezidenti kimi oyunçulara təqdim etmişdilər. Amma voleybolçulara izah etdim ki, mən də bir idmançı olmuşam. Pley-off mərhələsində də onlarla psixoloji danışığımız oldu. Onları yaxşı motivasiya edə bildim. Bu da yəqin mənim keçmiş karyeramdan irəli gəlir. Orada bir idmançı nə hiss edə bilər, nə çətinlikləri ola bilər – bunların hamısını izah etdim. İstədim ki, məni klub prezidenti kimi yox, bir idmançı kimi başa düşsünlər. Hamısına təşəkkür edirəm. Həqiqətən məni böyük qardaşları kimi qəbul etdilər.

    – Qadınlardan ibarət komandanın italiyalı baş məşqçisi Paolo Tofolinin müqaviləsinin müddəti başa çatdı. Onunla yeni müqavilə bağlanılacaqmı?
    – Hələ bu barədə danışmaq tezdir. Onunla bu barədə danışmamışıq. Çox yaxşı mütəxəssisdir. O da komandaya gec gəldi. Buna baxmayaraq, yüksək nəticə əldə etdi. Onun da burada haqqı danılmazdır.

    – Öncəki mövsüm "Azərreyl"lə "qızıl dubl" etmiş Orxan Kərimovla yollar ayrıldı. Siz də oxşar nəticəni təkrarladınız. "Azərreyl"də qalırsınız?
    – Əlbəttə ki, bu, federasiya rəhbərliyinin qərarından asılıdır. Bizim qarşımıza tapşırıq qoyuldu. Şadıq ki, həmin tapşırığı yerinə yetirə bildik. Ötən mövsüm qadın komandasında durum başqa cür idi. Komanda avrokubok üçün yığılmışdı. Amma builki komandamız Azərbaycan çempionatında rəqiblərlə bərabər gücdə idi. Hətta deyərdim ki, o biri komandalarla müqayisədə büdcəmiz aşağı idi. Amma gördüyünüz kimi, düzgün iş qoyaraq çempion olduq.

    – Mövsümün əvvəlində komanda avrokuboklarda çıxış etmədi. Bəs bu dəfə necə?
    – Planda var. Ya CEV, ya da Challenge Cup-da çıxış edəcəyik. Bu barədə kollektivlə müzakirə apardıqdan sonra qərar verəcəyik.

    Səbuhi Musa

    Voleybol

    "Turan" Çempionlar Liqasında mübarizəyə başlayır

    20.10.2026 10:24:06
    Top oyunları

    "Qadın voleybolu daha zərif və baxımlı görünür” - "Turan"ın prezidenti

    19.10.2026 19:23:10
    Top oyunları

    Tovuz Çempionlar Liqasına hazırdır

    19.10.2026 17:18:25
    Top oyunları

    Millimiz yoxlama oyununda qələbə qazandı

    15.10.2026 21:07:01
    Top oyunları

    Azərbaycan klubunda braziliyalı hücumçu

    15.10.2026 13:10:33
    Voleybol

    Azərbaycan voleybolunun ən böyük uğurundan 15 il ötür

    14.10.2026 21:23:24
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Neftçi"nin sabiq prezidenti Macarıstana gedir

    20.10.2026 12:52:52

    Rəşad Nəbiyev dünya çempionatında iştirak edən cüdoçularla görüşdü

    20.10.2026 12:16:58

    "Sabah"ın gəncləri ilk xal axtarışında

    20.10.2026 11:16:27

    U-15 dünya çempionatının ilk iştirakçısı Bakıya gəldi - FOTOLAR

    20.10.2026 10:56:39

    "Turan" Çempionlar Liqasında mübarizəyə başlayır

    20.10.2026 10:24:06

    Çempionlar Liqası: "Sabah" Almaniya nəhənginə qarşı

    20.10.2026 10:00:00

    Millimizin üzvü Azərbaycana qayıtmaq istəyir

    19.10.2026 23:54:18

    Toral Bayramov oynadı, "Bursaspor" liderlə xaı fərqini azaltdı

    19.10.2026 23:17:23

    Azərbaycanın 2 taekvondçusu Qətərdə döyüşəcək

    19.10.2026 22:41:13

    "Rəqib bizim səhvlərimizdən 18 xal qazandı" - Tahir Baxşıyev

    19.10.2026 22:15:29

    "2-ci hissədə yaxşı oynamadıq" - "Sabah"ın baş məşqçisi

    19.10.2026 21:40:31

    Azərbaycanı Avropa çempionatında 17 cüdoçu təmsil edəcək - ADLAR

    19.10.2026 21:12:30

    Gəncədə qaliblər müəyyənləşdi

    19.10.2026 20:51:33

    "Sabah" bu dəfə də qalib gəldi

    19.10.2026 20:47:19

    Akim Zedadka: "Oyundan zövq almaq istəyirik"

    19.10.2026 20:38:42
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved