Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
        Futbol
    "Qəbələ"yə gələndə dəli olmuşdum, futbolçular lavaş yeyirdilər" - Kaxaber Sxadadze
    26.04.2025 13:45:26

    "Qəbələ"nin baş məşqçisi Kaxaber Sxadadze offsideplus.az saytına müsahibə verib. Prosport.Az həmin müsahibəni təqdim edir:

    - Mövsüm başa çatmaq üzdədir. "Qəbələ" çempionluğu vaxtından əvvəl təmin etdi, Premyer Liqaya yüksəldi. Çempionatı komandamız üçün necə xarakterizə edərdiniz?

    - Çempionat bizim üçün sabit keçdi. Əla oynadıq. Biz yaxşı hazırlaşmışdıq. "Qəbələ" klub olaraq, böyük bir işin öhdəsindən gəldi. Hazırlıq prsoesinin başlanğıcına qədər heyətin 95 faizini qurmuşduq. Seleksiyanı yaxşı aparmışdıq. Bu çox vacib məqamdır. Çünki hazırlıq mövsümünün başlanğıcında komandada hamı bir yerdə çalışırsa, onda asan olur. Özü də biz heyəti 90 faiz dəyişmişdik. Yəni, ötən mövsümdən 1-2 gənc futbolçu qalmışdı. Şübhəsiz ki, bu il maliyyə şərtləri tam fərqli idi. Legionerlərdən heç kim I Liqada oynamaq istəmədiyinə görə əlavə çətinlik yaranmışdı. Amma biz gənc futbolçular tapdıq. Bizə qədər onları kimsə tanımırdı. Məsələn, 22 yaşlı nigeriyalı Abdullahi Şuaybu. O, "Qəbələ"yə keçənə qədər 2 il futbol oynamırdı. Bir sözlə, biz komandanı sıfırdan yığdıq və çempion olduq. Əlbəttə, bu, klubdakı hər kəsin əməyi sayəsində baş verdi. "Qəbələ" çempionatda fiziki göstəricilərdə bütün komandaları qabaqladı. Rəqiblərimizdən heç biri 60 dəqiqədən çox qarşımızda duruş gətirə bilmirdi. Diqqəti yerli futbolçulara və "Qəbələ" akademiyasının yetirmələrinə yönəltdik.

    - Çempionatın gedşində hansı çətinliklərlə üzləşdiniz?

    - Yeganə problem meydançaların keyfiyyətsizliyidir. Bizim futbolçulara öyrətdiyimiz futbol ötürmələrlə oynanılır. Bəs ötürmələrlə hansı meydançada oynamaq mümkündür? Yaxşı meydançada. Pis meydançada yalnız topu irəli vura blərsən, ünvansız. Necə ki, I Liqada 80 faiz komandlar belə edir. Biz isə bunu bacarmırıq. "Qəbələ" kombinasiyalı, kiçik və orta ötürmələrdən ibarət futbol oynayır.

    - Heyətdə çoxlu gənc futbolçu olduğunu dediniz. Premyer Liqa tam fərqli səviyyəyə malikdir. Sizin növbəti mövsüm üçün transfer siyasətiniz necə olacaq?

    - Mən sizə açıq deyəcəyəm: bu il Premyer Liqanın səviyyəsi çox yüksəlib. Əgər ötən ilki mövsümlə indikini müqayisə etsək, fərq böyükdür. Biz buna hazırlaşmalıyıq. Bu heyətdən bir çox futbolçular qalacaqlar. Yəni, "onurğa sütunu"nu qoruyacağıq. Güclənmə isə mütləq olmalıdır. Əks təqdirdə, Premyer Liqada böyük problemlər yaşaya bilərik. Çünki Premyer Liqada topu hara gəldi vurmurlar, boş-boşuna vaxtı uzatmırlar, əksinə keyfiyyətli futbol oynayırlar. Növbəti mövsüm legioner limiti olmadığına görə səviyyə bir qədər də yüksələcək. Azərbaycana çoxlu əcnəbi futbolçular gələcəklər. Demirəm ki, azərbaycanlı futbolçuların səviyyəsi aşağıdır. Sadəcə, rəqabət güclənəcək.

    - Siz gücləndirməni legionerlərin hesabına edəcəksiniz?

    - Yox. İlk növbədə yerli futbolçu bazarına baxacağıq. İndi komandamızda yerli oyunçulardan ibarət təməl var. Həmin təməli bir qədər də möhkəmləndirmək istəyirik. Və hər şey müəyyən maddi imkanlar daxilində həyata keçiriləcək. Etiraf edirəm ki, "Qəbələ"nin indiki maiyyə durumu 5-6 il əvvəlkindən kəskin fərlqənir. O vaxtkı imkanları unudun. Biz rəhbərliyin ayırdığı büdcəyə uyğun transferlər etməliyik.Buna görə də seleksiya baxımından çox işləməliyik. Futbolçuları izləməli, düzgün seçim etməliyik.

    - Bilirik ki, siz iddialı, həmişə medallara oynayan məşqçisiniz. Birinci dəfə Azərbaycanda işləyəndə "İnter"lə bunu göstərmisiniz. Demək olarmı ki, Kaxaber Sxadadzenin ikinci dövrü başlanır? Onun rəhbərliyi altnda Premyer Liqada yenə medallar uğrunda mübarizə aparan komanda görəcəyik?

    - "Qəbələ" növbəti mövsüm Premyer Liqada yerini möhkəmləndirməyə çalışacaq. Biz uzunmüddətli layihə həyata keçirmək istəyirik. "Qəbələ"nin prezidenti Fariz Nəcəfovla da bunu razılaşdırmışıq. Premyer Liqada addım-addım irəliləyəcəyik. Ən əsası odur ki biz sözümüzün üstündə durduq, I Liqada çempionluq yaşadıq. Buna görə inanılmaz dərəcədə şadam. Birinci vəzifəni yerinə yetirdik. İndi növbədə Premyer Liqada möhkəmlənmək vəzifəsi durur. Və eyni zamanda gənc futbolçularımızla işləmək istəyirik. Bizimlə 17 yaşlı 3-4 futbolçu məşq edir. Amma istənilən halda, Premyer Liqa ilə bağlı qarşıya qoyulan məqsəd budur. Bilmirəm, bəlkə rəhbərlik sabah məni çağırıb tapşırığın dəiyşəcəyini söyləyəcək. Artıq bu, başqa mələsədir. Hər şey rəhbərliyin qərarından asılı olacaq.

    - 10 il "Qəbələ"də oynayan, bu il 39 yaşını tamamlayacaq Asiif Məmmədovla bağlı planlarınız nədən ibarətdir?

    - Asiflə bağlı məsələni həll edəcəyik. O, "Qəbələ"yə, Azərbaycan futboluna çox böyük xidmətlər göstərib. Təbii ki, Asifi buraxmaq niyyətində deyilik. İstəyirik ki, o, yanımızda olsun. Hansı köməkliyi bizə göstərəcək? Bunu artıq öz aramızda danışacağıq.

    - Komanda üzvlərinin növbəti mövsüm Qəbələdə yaşaması barədə qərar vermisiniz. Bu nə ilə bağlıdır?

    - Belə infrastruktura malik olan klubun Bakıda yaşaması düzgün deyil. "Qəbələ" haranın komandasıdır? Qəbələnin. Deməli burada da yaşamalıdır. Azarkeşlərə necə deyə bilərik ki, "siz gəlin bizə dəstək verin, amma biz Qəbələdə olmayacağıq". Əgər bizim infrastrukturumuz olmasaydı, belə qərar verməzdim. Siz bilirsiniz Bakıda nə baş verir?

    - Bilirəm ki, futbol infrastukturu baxımından vəziyyət ürəkaçan deyil.

    - "Araz-Naxçıvan" məcburiyət qarşısında qaldığından bir neçə məşqi trenajor zalında keçib.

    - İndi "İmişli"nin də Bakıya köçəcəyi barədə xəbərlər yayılıb...

    - Çünki "İmişli"nin o cür ot örtüyündə oynamağa haqq yoxdur. Nə "Qarabağ", nə "Neftçi", nə də "Sabah" İmişliyə gedib bizim bir həftə əvvəl çıxış etdiyimiz stadionda oynamayacaq. Belə meydançada oynamaq olmaz! Bu, futbolçuların ələ salınması deməkdir. Futbolu necə inkişaf etdirirlər? Sürətli düşüncələr, sürətli ötürmələrlə. Hansı inkişafdan, sürətdən danışa bilərik, əgər futbolçu meydançada topu güc-bəla ilə saxlayır? Baxın, indi "İmişli" də, "Karvan" da Bakıya köçəcək. Deyin görüm, Bakının harasında məşq üçün bu qədər meydança var? Mən "Qəbələ" futbolçularının Bakıda yaşamasının əleyhinəyəm. Təklifimi vermişəm. Qərarı "Qəbələ" rəhbərliyi qəbul edir.

    - "Qəbələ" əvvəllər Bakıda əsasən legionerlərə görə yaşayıb. Onlar üçün Qəbələdə yaşamaq darıxdırıcı idi...

    - Legioner kluba diktə edə bilməz. Əgər əcnəbi futbolçu müqavilə bağlamağa razılaşırsa, komanda ilə bağlı digər qərarlara qarışmağa hüququ yoxdur. Qəbələdə bizim komanda üçün əla təbiət, əla meydançalar, yaxşı otel var. Burada hər bir şərait var. Biz futbolçuların qida rejimini, çəkisini nəzarətdə saxlayırıq. Bir il əvvəl mən "Qəbələ"yə gələndə az qala dəli olmuşdum. Səhər yeməyinə getdim. Futbolçuların qarşısında lavaş var idi. Baxın, bu boyda... (iki əli ilə böyük dairə göstərir - red.) Hər futbolçunun 3-3,5 kq artıq çəkisi var idi. Futbolçuları nəzarətdə saxlamaq lazımdır. Qəbələdə onlara nəzarət etmək üçün hər şərait mövcuddur. Əgər futbolçu gəzmək istəyirsə, qoy gedib evində gəzsin, heç futbol oynamasın. Klublar futbolçulara işlərinə görə yaxşı məbləğ ödəyirlər. Başa düşürsünüzmü, zavodla işləyən fəhlə səhər saat 9-dan axşamçağı saat 6-ya qədər işləyərək qəpik-quruş qazanır. Futbolçu isə yaxşı qazanır. Ona görə də əməkhaqqısının əvəzini işi ilə verməlidir. Bu, mənim şəxsi fikrimdir. "Qəbələ" futbolçularının Qəbələdə yaşayıb-yaşamayacağına isə rəhbərlik qərar verəcək.

    Akademiya

    "Qarabağ" Avstriyada 2 komanda ilə təmsil olunacaq

    21.06.2025 17:16:32
    Futbol

    "Zirə"nin rəqibində ayrılıq

    21.06.2025 16:58:24
    Futbol

    "Sabah" "Lill"in sabiq futbolçusunu transfer etdi - FOTOLAR+VİDEO

    21.06.2025 15:05:50
    Futbol

    "Barselona"nın sabiq futbolçusunun Bakıya gəlişi sual altındadır

    21.06.2025 14:45:26
    Futbol

    "Sabah"ın avrokubok oyunlarının saatı bilindi

    21.06.2025 13:53:59
    Futbol

    Pedro Bikalyo "Qarabağ"a niyə keçib? – Özü açıqladı

    21.06.2025 13:11:24
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Qarabağ" Avstriyada 2 komanda ilə təmsil olunacaq

    21.06.2025 17:16:32

    "Zirə"nin rəqibində ayrılıq

    21.06.2025 16:58:24

    Gəncə klubu oyunçusu ilə müqaviləni yenilədi

    21.06.2025 16:10:54

    "Sabah" "Lill"in sabiq futbolçusunu transfer etdi - FOTOLAR+VİDEO

    21.06.2025 15:05:50

    "Barselona"nın sabiq futbolçusunun Bakıya gəlişi sual altındadır

    21.06.2025 14:45:26

    Tofiq Musayev çəkisini dəyişməsinin səbəbini açıqladı: "Buna imkan verə bilməzdim"

    21.06.2025 14:16:05

    "Sabah"ın avrokubok oyunlarının saatı bilindi

    21.06.2025 13:53:59

    Pedro Bikalyo "Qarabağ"a niyə keçib? – Özü açıqladı

    21.06.2025 13:11:24

    Misli Premyer Liqasına yüksələn komandada ayrılıq – RƏSMİ

    21.06.2025 12:41:20

    UEFA "Qarabağ"a ödəniş etdi

    21.06.2025 12:08:19

    “Qarabağ” rəsmiləri Türkiyə idman nazirinin müavini ilə görüşdü

    21.06.2025 11:25:19

    Azərbaycanda bu klubun adı dəyişdirildi

    21.06.2025 11:13:48

    "Sabah" Qazaxıstanda 9:0-larla çempion oldu

    21.06.2025 10:50:07

    Bu gün Bakıda UFC turniri keçiriləcək

    21.06.2025 10:09:39

    "Qarabağ" yenə Portuqaliya klubundan braziliyalı futbolçu aldı – FOTOLAR + VİDEO

    20.06.2025 23:03:40
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved