Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Basketbol
    "Məşqdə başımdan zədələndim və tikiş atıldı" – Quba komandasının legioneri
    25.04.2025 14:44:55

    "Quba"nın basketbolçusu Levan Qoqaladze klubun mətbuat xidmətinə müsahibə verib.

    Prosport.Az xəbər verir ki, gürcüstanlı legioner pley-in mərhələsində başa vurduqları mövsümü dəyərləndirib.

    – Mövsüm "Quba" üçün pley-in mərhələsində başa çatdı. Komanda "Ordu"ya məğlub olaraq, iştirakını dayandırdı. Sizcə, nəyə görə komanda uduzdu?
    – Bu, yaxşı və qısa seriya idi. Təəssüf ki, komandaya kömək edə bilmədim. Üstəlik, ilk oyunda Zaur Paşayev meydana çıxa bilmədi. Fikrimcə, həmin seriyada meydana olsaydım, pley-offda oynayardıq.

    – "Ordu"ya qarşı görüşlərdə zədəli olduğunuz üçün iştirak etmədiniz. İlk oyundan öncə məşqdə zədələnmişdiniz və başınıza tikil atılmışdı. İndi durumunuz necədir?
    – Bəli, qeyd etdiyim kimi komandaya kömək edə bilmədim. Oyundan öncə keçirilən məşqdə bəxtsizlik yaşadım. Başımdan zədələndim və tikiş atıldı. İndi özümü yaxşı hiss edirəm.

    – Artıq 3 ildir ki, ölkəmizdə legioner həyatı yaşayırsınız. Azərbaycan basketbolunda inkişaf görürsünüz?
    – 
    Azərbaycanda basketbol inkişaf edir. Fikrimcə, oyunlara daha çox uşaq gətirmək lazımdır. Həmçinin daha mütəşəkkil baş menecerlər və bu cür bəzi addımlar da liqanın xeyrinə işləyəcək.

    – Gürcüstan və Azərbaycan basketbolunu necə müqayisə edərdiniz?
    – Fikrimcə, xarici oyunçuların səviyyəsi demək olar ki, eynidir. Çünki Azərbaycanda oynamış bir çox oyunçu əvvəllər elə Gürcüstanda da çıxış edib. Bu 2 ölkə klubları arasında fərq komandalardakı intizam və yerli oyunçulardadır.

    – Sizcə, "Quba" müntəzəm mövsümdə də nəyə görə uğursuz çıxış etdi? B qrupunda sonuncu yerdə olmasanız da, yalnız 1 pillə yuxarıda qərarlaşdınız...
    – Diqqətimizi mövsümün sonuna fokuslamışdıq. Düzü, irəlidəki komanda ilə aramızda fərq də çox deyildi. Pley-in matçlarında göstərdik ki, tam heyətlə olmasaq belə, istənilən komandaya qarşı yaxşı mübarizə aparıb, yaxşı seriya əldə edə bilərdik.

    – Yeni mövsümə də "Quba"da, Azərbaycan Basketbol Liasında başlayacaqsınız?
    – 
    Biz bunu hələ müzakirə etməmişik. Necə olacağını zaman göstərəcək. Mən baş məşqçimiz Şəhriyar Əsgərova və kapitanımız Zaur Paşayevə hörmətlə yanaşıram. Onlara hər zaman ən yaxşısını arzulayıram.

    – Sizcə, ABL-də hansı komanda çempion olacaq?
    – Məncə, “Sabah” yenə qalib gəlmək üçün favoritdir. Baş məşqçi Rimas Kurtinaytis çox yaxşı komanda qurub.

    Futbol

    "Məqsədimiz hər oyunda 3 xal qazanmaqdır" - Hayderson Hurtado

    12.10.2026 19:17:07
    Cüdo

    "Kindzerskayanın niyyəti ciddidirsə, özü ilə söhbət edərik" – Rəşad Rəsullu

    12.10.2026 17:44:31
    Digər idman növləri

    "Dünya Kubokunun Bakıda keçirilməsi yalnız bu il üçün nəzərdə tutulmuşdu" – Baş katib

    10.10.2026 10:46:15
    Cüdo

    "Ömər özü dünya çempionu olmaq istəyirdi" – Onun qohumu Fərhad Rəcəbli

    9.10.2026 15:42:46
    Cüdo

    "Düşünürdüm ki, atamı sevindirim" – İlk dəfə dünya 3-cüsü olan Murad Fətiyev

    8.10.2026 19:50:12
    Futbol

    "Elə məqamlar olub ki, Qurban Qurbanov klubdan ayrıla biləcəyini bildirib" - Tahir Gözəl

    21.09.2026 22:05:22
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    II Liqa: 2 oyuna 6 qol vuruldu

    12.10.2026 23:48:28

    Güləşçilərimiz Rusiyada 2 qızıl medal qazandı

    12.10.2026 23:14:47

    "Bakıdan qələbə ilə qayıtmaq istəyirik" - Tomaş Vlçek

    12.10.2026 22:45:55

    Puxaç "Sabah"a necə transfer olundu? - Bir keçidin hekayəsi - VİDEO

    12.10.2026 22:15:21

    Bakıda Çempionlar Liqası oyununa görə dəyişiklik

    12.10.2026 21:41:20

    "Sabah”ı "Barselona" ilə müqayisə edərdim" – "Slaviya"nın baş məşqçisi

    12.10.2026 21:13:47

    Kayak və kanoeçilərimiz Gürcüstanda yarışda iştirak edəcəklər - Fotolar

    12.10.2026 20:42:29

    Məşhur güləşçilərimiz ortaq idman zalı açdılar - FOTOLAR

    12.10.2026 20:18:58

    Bu federasiyaya yeni prezident seçildi

    12.10.2026 19:40:01

    "Məqsədimiz hər oyunda 3 xal qazanmaqdır" - Hayderson Hurtado

    12.10.2026 19:17:07

    "Bəlkə onlar üçün asan rəqib kimi görünürük, amma nəyə qadir olduğumuzu bilirik" - Valdas Dambrauskas

    12.10.2026 18:48:12

    "Yaxşı nəticə ilə xalqımızı sevindirməyə çalışacağıq" - Rəhman Daşdəmirov

    12.10.2026 18:33:12

    Azərbaycan komandası Belarusda 1-ci oldu

    12.10.2026 18:06:59

    "Kindzerskayanın niyyəti ciddidirsə, özü ilə söhbət edərik" – Rəşad Rəsullu

    12.10.2026 17:44:31

    "Hidayət Heydərovun çəki ilə bağlı böyük problemi var" - Riçard Trautman

    12.10.2026 17:36:45
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved