Reqbi üzrə Azərbaycanın U-12 və U-15 milli yığma komandaları tarixində ilk dəfə beynəlxalq turnirdə iştirak edəcək.
Prosport.Az xəbər verir ki, əvvəlcə U-15 10-11 may tarixlərində Özbəkistanın paytaxtı Daşkənddə yarışacaq.
9 May – Qələbə Gününə həsr olunan turnirdə meydan sahibi Özbəkistan, Qazaxıstan, Gürcüstan və Qırğızıstan komandaları rəqib olacaq.
U-12 komandası isə 17-18 may tarixlərində Bosniya və Hertseqovinanın Zenitsa şəhərində mübarizə aparacaq. 7-ci dəfə keçiriləcək "Zenica Rugby Cuo" adlı turnirdə meydan sahibi Bosniya və Herseqovinadan başqa, Serbiya, Monteneqro və Xorvatiya milliləri yarışacaq.

