Bu gün Monteneqroda start götürəcək Avropa çempionatında qarışıq komanda yarışlarının püşkatması təkrarlanacaq.
Prosport.Az xəbər verir ki, bu barədə Avropa Cüdo İttifaqı məlumat yayıb.
Dünən keçirilən püşkatma zamanı yarış təlimatlarının pozularaq 8 komanda əvəzinə yalnız 4 komanda səbətlərə səpələnib. Bu gün final blokundan əvvəl növbəti dəfə püşkatma baş tutacaq.
Qeyd edək ki, püşkatmanın nəticəsinə görə, Azərbaycan yığması İtaliya ilə qarşılaşmalı idi.