Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Formula-1
    Səudiyyə Ərəbistanında keçirilən yarışda baş verənlər
    21.04.2025 16:11:17

    "Formula 1" üzrə dünya çempionatının 5-ci mərhələsi Səudiyyə Ərəbistanın ən böyük sənaye şəhəri olan Ciddənin dənizkənarı parkında yerləşən trasda başa çatıb.

    Prosport.Az xəbər verir ki, ötən həftəsonu baş tutan Bəhreyn Qran-prisindən sonra çempionatda cəmi 8 xal fərqlə sıralanan Lando Noris, Oskar Piastri (hər ikisi “McLaren”) və Maks Ferstapen (“Red Bull”) bu mərhələdə üstünlüyü ələ almağa iddialı olub. Günəş altında 60 dərəcəyə çatan asfalt üzərində keçirilən ilk sərbəst yürüşlərdə “Alpine” sürücüsü Pyer Qasli ən sürətli nəticə göstərərək sürpriz edib. Lakin növbəti 2 sessiyada favorit "3-lük" əsl gücünü nümayiş etdirib və sıralama turunda əsas iddiaçılar olub.

    Poul uğrunda mübarizədə isə gözlənilməz hadisə baş verib. Noris 5-ci döngədə səhv edərək yürüşü yarımçıq qoyub. Bu vəziyyətdə əsas favorit kimi Piastri ön plana çıxsa da, son 4 ilin çempionu Ferstapen möhtəşəm dövrə ataraq onu cəmi 0.01 saniyə qabaqlayıb poul mövqeyini qazanıb.

    Yarışın taleyi isə artıq ilk döngədə həll olunub. Startda zəif çıxış edən Ferstapen Piastrini kənardan keçərək liderliyə yüksəlib. Lakin stüardların mövqeni geri qaytarmaq tələbinə əməl etmədiyi üçün 5 saniyəlik cərimə alıb. Pit-stoplaradək mövqelər dəyişmədiyindən Maks təkər dəyişərkən cəriməsini çəkib və trasa Piastrinin arxasında qayıdıb.

    Niderlandlı sürücü sonadək təzyiq göstərsə də, Piastri liderliyini qoruyaraq mövsümdə 3-cü qələbəsini qazanıb. Maks isə pouldan başladığı yarışda 2-ci olub.

    Podiumun 3-cü pilləsi uğrunda isə ciddi mübarizə yaşanıb. Startda bu mövqedə “Mercedes”dən Corc Rasl yer alsa da, daha gec pit-stop edən “Ferrari” pilotu Şarl Lekler onu qabaqlayıb. Şənbə günü qəza keçirərək 10-cu yerdən başlayan Lando Noris isə yarışın sonunda Corcu geridə qoyub podium uğrunda Şarla yaxınlaşsa da, monakolu sürücünü keçə bilməyib. Nəticədə Şarl həm özünün, həm də “Ferrari”nin bu mövsümdə ilk podiumunu qazanıb. Lando isə ilk dəfə podiumsuz qalıb.

    Finişdə sonrakı yerləri “Mercedes” sürücüləri tutub. Debütant Andrea Kimi Antonellinin 6-cı yeri xüsusi qeyd olunmalıdır. Startda 7-ci olan yeddiqat dünya çempionu Lyuis Hemilton isə yarışı elə həmin mövqedə başa vurub. İlk "10-luğ"u isə “Williams” sürücüləri – Karlos Sayns və Aleks Elbon, eləcə də “Racing Bulls”dan Ayzek Həcər tamamlayıb.

    Bu nəticədən sonra Oskar Piastri karyerasında ilk dəfə olaraq çempionatın lideri olub. Onun 99 xalı var. Komanda yoldaşı Lando Norisdən 10 xal öndədir, Maks Ferstapen isə onlardan 2 xal geridə qalır. Komanda hesabında isə “McLaren” 188 xalla aşkar liderliyini davam etdirir.

    İndi komandaları 2 həftəlik fasilə gözləyir. Gələn yarış isə mayın əvvəlində okeanın o tayında – Mayamidə şəhər trasında keçiriləcək.
     

    Digər idman növləri

    Millimiz Polşada toplanış keçəcək

    18.10.2026 16:04:47
    Digər idman növləri

    Azərbaycan çempionatında mövsümə yekun vuruldu

    17.10.2026 19:11:16
    Digər idman növləri

    Sumo üzrə dünya çempionatı başlayır - BAKIDA

    17.10.2026 16:03:30
    Digər idman növləri

    Azərbaycanlı beynəlxalq federasiyanın vitse-prezidenti seçildi

    17.10.2026 15:25:18
    Digər idman növləri

    Milli Paralimpiya Komitəsinin 30 illik yubileyi qeyd olundu - FOTOLAR

    17.10.2026 13:09:31
    Digər idman növləri

    Millimiz Avropa çempionatında bürünc medal qazandı - FOTOLAR

    17.10.2026 12:07:14
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Qalatasaray"ın keçmiş prezidenti Bakıya gəlir

    18.10.2026 23:17:21

    "Çox fərqli bir komanda görəcəksiniz" - "Sumqayıt"ın türkiyəli baş məşqçisi

    18.10.2026 23:03:25

    Karateçilərimiz dünya çempionatını 5 medalla başa vurdular

    18.10.2026 22:59:47

    "Müdafiədə etibarlı oynadıq" - Konstantinos Vasiliadis

    18.10.2026 22:42:10

    "Bəhanə gətirmək və ya ağlamaq fikrim yoxdur" – Azər Məmmədov

    18.10.2026 21:38:45

    "Bu çətin mərhələni də geridə qoyacağıq" – Rəşad Sadıqov

    18.10.2026 21:35:23

    Gəncədə "qonşu"ların dueli sülhlə bitdi - VİDEO

    18.10.2026 20:31:10

    "Neftçi"dən rahat qələbə

    18.10.2026 20:20:39

    Naxçıvan klubunun baş məşqçisi: "Sabah"la oyun da çətin olacaq"

    18.10.2026 19:45:56

    "Toparlanmalıyıq..." - Gəncə klubunun məşqçisi

    18.10.2026 19:11:07

    "İmişli"yə gəlməzdən öncə Starkovla məsləhətləşmişdim" – Ervin Perkon

    18.10.2026 18:28:11

    "Kəpəz" - "Zirə" - HEYƏTLƏR

    18.10.2026 18:03:32

    "İmişli" layiqli qələbə qazandı" – Qurban Berdiyev

    18.10.2026 17:47:41

    "İmişli" "Turan Tovuz"u əliboş göndərdi - VİDEO

    18.10.2026 17:06:12

    Naxçıvan klubu avrokubokda çıxış edən komandanı məğlub etdi

    18.10.2026 17:05:13
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved