Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Basketbol
    "Başqa yolumuz yoxdur" - Bakı klubunun legioneri
    17.04.2025 17:51:07

    “Sərhədçi” Azərbaycan Basketbol Liqasının pley-in mərhələsinin 3-cü görüşündə ötən gün “Sumqayıt”a 96:94 hesabı ilə qalib gələrək pley-offa vəsiqə qazanıb.

    Prosport.Az xəbər verir ki, komandanın ən yaxşısı isə Antonio Uliyams olub. O, 31 xal, 14 məhsuldar ötürmə və 12 ribaundla yadda qalıb. ABŞ-li basketbolçu komandanın çıxışı və qarşıdakı oyunlarla bağlı müsahibə verib.

    – Ötən gün “Sumqayıt”la pley-in mərhələsinin 3-cü matçında çətin qələbə qazandınız. Matçla bağlı fikirlərin necədir?
    – Düşünürəm ki, 4 hissənin 3-də yaxşı oynadıq. Fikrimcə, matçın sonları daha gərgin idi. Biz isə sərtlik və birlik nümayiş etdirdik. Buna görə də qələbə qazana bildik.

    – Bu qalibiyyətin əsas motivasiya mənbəyi nə idi?
    – İkinci matçı uduzmaq əslində bizə motivasiya oldu. Daha çox qələbə qazanmaq istəyi yarandı. Uduzmağı heç sevmirəm.

    – Elə həmin məğlubiyyətdən danışaq. İlk oyundakı inamlı qalibiyyətdən sonra həmin məğlubiyyət gözlənilməz idi…
    – Düşünürəm ki, 1-ci oyunda o qədər xal fərqi ilə qalib gəldikdən sonra ikinci matçda rəqibi düzgün qiymətləndirmədik. Nəticədə məğlub olduq. Rəqib həmin oyunda qələbəyə layiq idi.

    – Seriyanın 3 oyuna qədər uzanması növbəti görüşdə yorğunluq yarada bilər?
    – Komandamız yorğun ola bilər, biz də oyunçu olaraq yorula bilərik. Amma növbəti seriyada qələbə üçün meydana çıxmalıyıq. Başqa yolumuz yoxdur.

    – Növbəti mərhələdəki rəqib “Sabah”dır və sabah onlara qarşı ilk oyununuzu keçirəcəksiniz. Qələbə şansı nə qədərdir?
    – Mənə elə gəlir ki, hər oyunda qalib gələ bilərik. Sadəcə olaraq, öz oyunumuzu göstərməliyik.

    Futbol

    "Sabah"a vura bilməyimiz qolları "Fənərbağça"ya saxladıq" - Lukaş Provod

    14.10.2026 15:13:56
    Müsahibə

    "Məqsədimiz hər oyunda 3 xal qazanmaqdır" - Hayderson Hurtado

    12.10.2026 19:17:07
    Cüdo

    "Kindzerskayanın niyyəti ciddidirsə, özü ilə söhbət edərik" – Rəşad Rəsullu

    12.10.2026 17:44:31
    Müsahibə

    "Dünya Kubokunun Bakıda keçirilməsi yalnız bu il üçün nəzərdə tutulmuşdu" – Baş katib

    10.10.2026 10:46:15
    Cüdo

    "Ömər özü dünya çempionu olmaq istəyirdi" – Onun qohumu Fərhad Rəcəbli

    9.10.2026 15:42:46
    Müsahibə

    "Düşünürdüm ki, atamı sevindirim" – İlk dəfə dünya 3-cüsü olan Murad Fətiyev

    8.10.2026 19:50:12
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Neftçi"nin sabiq prezidenti Macarıstana gedir

    20.10.2026 12:52:52

    Rəşad Nəbiyev dünya çempionatında iştirak edən cüdoçularla görüşdü

    20.10.2026 12:16:58

    "Sabah"ın gəncləri ilk xal axtarışında

    20.10.2026 11:16:27

    U-15 dünya çempionatının ilk iştirakçısı Bakıya gəldi - FOTOLAR

    20.10.2026 10:56:39

    "Turan" Çempionlar Liqasında mübarizəyə başlayır

    20.10.2026 10:24:06

    Çempionlar Liqası: "Sabah" Almaniya nəhənginə qarşı

    20.10.2026 10:00:00

    Millimizin üzvü Azərbaycana qayıtmaq istəyir

    19.10.2026 23:54:18

    Toral Bayramov oynadı, "Bursaspor" liderlə xaı fərqini azaltdı

    19.10.2026 23:17:23

    Azərbaycanın 2 taekvondçusu Qətərdə döyüşəcək

    19.10.2026 22:41:13

    "Rəqib bizim səhvlərimizdən 18 xal qazandı" - Tahir Baxşıyev

    19.10.2026 22:15:29

    "2-ci hissədə yaxşı oynamadıq" - "Sabah"ın baş məşqçisi

    19.10.2026 21:40:31

    Azərbaycanı Avropa çempionatında 17 cüdoçu təmsil edəcək - ADLAR

    19.10.2026 21:12:30

    Gəncədə qaliblər müəyyənləşdi

    19.10.2026 20:51:33

    "Sabah" bu dəfə də qalib gəldi

    19.10.2026 20:47:19

    Akim Zedadka: "Oyundan zövq almaq istəyirik"

    19.10.2026 20:38:42
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved