Azərbaycanın böyüklərdən ibarət cüdo millisi Xorvatiyanın Dubrovnik şəhərində keçiriləcək Avropa Kubokunda iştirak edəcək.
Prosport.Az xəbər verir ki, yığmamız yarışda 10 çəki dərəsində 21 cüdoçu (13 kişi, 8 qadın) ilə təmsil olunacaq.
Cüdoçulara milli komandanın böyük məşqçiləri Elxan Məmmədovla Slavko Tekiç, qadınlardan ibarət millinin baş məşqçisi Amina Abdullatif və böyük məşqçi Saşa Herkenrat-Vimar rəhbərlik edəcək.
Kişilər arasında Murad Muradlı, Elbrus Zamanov (hər ikisi 60 kq), Kamran Süleymanov, Eltac Yusifli, Bəhram Qurbanlı, Qasım Vəlizadə (hamısı 66), kq), İbrahim Əliyev, Aydın Rzayev (hər ikisi 73 kq), Kərim Allahverdiyev (81 kq), Vüqar Talıbov, Murad Fətiyev, Məmmədrza Hacızadə və İbrahim Ağakişiyev (hamısı 90 kq) mübarizə aparacaq.
Qadınların yarışında isə Aydan Vəliyeva, Gültac Məmmədəliyeva (hər ikisi 52 kq), Fidan Əlizadə (57 kq), Südabə Ağayeva, Günel Həsənli, Aytac Qardaşxanlı (hamısı 70 kq), Nərmin Əmirli (78 kq) və Nigar Süleymanova (+78 kq) qalib olmağa çalışacaq.
Qeyd edək ki, yarış aprelin 5-6-da baş tutacaq.

