Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Özəl xəbər
    "Rusca biliyim serb dilini öyrənməkdə çox kömək oldu" – "Srvena Zvezda" Akademiyasında oynayan azərbaycanlı
    1.04.2025 09:16:57

    Bu futbolçudan Azərbaycanda olarkən müsahibə götürməyi çoxdan istəyirdim. Ümumiyyətlə, ilk dəfə onun adının qarşısında "Srvena Zvezda" sözünü görəndə çoxları onun Serbiyada doğulmuş azərbaycanlı olduğunu, bizim seleksiyaçı məşqçilərin tapıntısı olduğunu düşünür. Məsələ burasındadır ki, Serbiya Avropada azərbaycanlıların çox məskunlaşmadığı ölkələrdən biridir. Söhbət İslam Həsənovdan gedir. Bakıda doğulub, öz yetirməmizdir, atası Azərbaycan futbolunun aşağı yaş qruplarında 20 ilə yaxın işləmiş, hazırda böyük futbolda Qubanın "Haypers" komandasını çalışdıran Elvin Həsənovdur.

    Ondan müsahibənin qisməti isə elə İslamın oynadığı və Prosport.Az-ın ezam olunduğu Belqrada imiş. Serbiyanın paytaxtında 17 yaşadək millimizin də üzvü olan futbolçudan götürdüyüm müsahibəni təqdim edirəm:

    – Serbiyada oynamaq məsələsi necə yarandı?
    – Bu işdə bizə serbiyalı menecer Boyan İliç kömək etdi. Onun dəstəyi ilə gəlib "Srvena Zvezda"ya çıxdım. Bundan əvvəl AFFA U-15 Liqasında 76 qolla bombardir olmuşdum. Videolarıma baxmışdı. "Srvena Zvezda"da da videonu gördülər, yoxlanışa çağırdılar. Daha sonra bəyənildim, hazırda da buradayam. 

    – İlk vaxtlar nədə çətinlik çəkirdiniz?
    – Dostlarım yanımda yox idi, serb dilini başa düşmürdüm, komandaya uyğunlaşmaq isə vaxt tələb edirdi. Daha sonra bu məsələlər yoluna qoyuldu, "Srvena Zvezda" ilə təlim-məşq toplanışına, beynəlxalq turnirlərə qatıldım. Hazırda da rəsmi oyunlara çıxa bilirəm.

    – Bu ilin əvvəlinədək Serbiyada rəsmi oyunlara çıxa bilmirdiniz. Bu məsələdə problem nədə idi?
    – Sənədləşmə ilə bağlı problem vardı. Oturum vizası alınmalı idi. 18 yaşına çatmadığımdan, valideynlərimin burada işləməsi lazım idi. Bu məsələ isə yubanırdı. Artıq bütün bu məsələlər yoluna qoyulduğundan, rəsmi oyunlara çıxmağımda heç bir problem yoxdur. Məsələn, bizə Rusiyadan 2 futbolçu da gəlmişdi. Onların valideynləri bu sənədləşmə işlərini həll edə bilmədiyindən, geri qayıtdılar.

    – Sizə 10 nömrəli forma həvalə olunub. İlk gəlişinizdən hücumçu arxası – pleymeyker kimi oynadılırsınız?
    – Bəli.

    – Ancaq Novi Sadda izlədiyimiz "Voyvodina" ilə matça start heyətində dayaq yarımmüdafiə xəttində çıxdınız. Bu nə ilə əlaqədar idi?
    – Bizim dayaq yarımmüdafiəçimiz "Srvena Zvezda"ya yüksəlmişdi. O səbəbdən mən onun mövqeyində çıxış etdim. Daha sonra hesabda 1:2 geri düşdük və əvvəlki mövqeyimə qayıtdım. Yeri gəlmişkən, çıxış etdiyim rəsmi oyunda ilk dəfə komandam uduzdu. Bunadək 3 matçda uduzmamışdıq. Məğlubiyyətə baxmayaraq, ən yaxşı nəticəmi göstərdim. 61 dəqiqə ərzində 7400 metr qaçmışam, 124 metr sprintdə olmuşam, 30 km/saat sürətim olub.

    – Sizin liqada ilk "3-lüy"ə medallar verilmir. Komandada hədəf nədir?
    – Məqsəd özünü yaxşı tərəfdən göstərib, "Srvena Zvezda"ya yüksəlmək və komanda şəklində ilk "5-lik"də olmaqdır. 7 oyunumuz qalıb. Bunların arasında "Srvena Zvezda" ilə oyun da var. Mayın sonlarında çempionat yekunlaşacaq.

    – Bizim futbolçuların xaricdə möhkəmlənə bilməməsində ya yerli dili, ya da ingilis dilini bilməməsi böyük rol oynayır. Bəs siz serb dilini necə öyrəndiniz?
    – Mən Bakıda rus sektorunda oxumuşam. Rusca biliyim serb dilini öyrənməkdə mənə çox kömək oldu. Serb və rus dilində bəzi sözlər oxşar olduğundan, komanda yoldaşlarımla daim ünsiyyətdə olduğumdan, bu dili öyrənə bildim. Bilmədiyim sözləri də baş məşqçim Milan Milenkoviçdən öyrənirdim. Onlayn şəkildə aldığım 30 dərsdən sonra A2 səviyyəsinə yüksəldim və hazırda serbcə normal danışıram. Mənimlə bərabər Çindən bir legioner də komandada var. O, serb dilində mənimki kimi bilmədiyindən, məşqçi onunla ingiliscə danışır. Dediyim kimi, mənim rus dilini bilməyim serbcəni tez mənimsəməyimdə böyük rol oynadı.

    – Bizim futbolçuların bir problemi də fiziki hazırlıqda olur. Siz bu problemi necə arxada qoydunuz?
    – Bura ilk vaxtlar gələndə fiziki hazırlıq baxımından çox geridə qalırdım. Daha sonra komanda ilə birgə trenajor məşqlərində iştirak etməyə başladım. Azərbaycanda Akademiya səviyyəsində belə məşqləri görmək mümkün deyil. Həftədə 3 dəfə trenajorda məşq keçirik. İndi artıq fiziki hazırlığım qaydasındadır.

    – Bu ay Albaniyada U-17 millimizlə Avropa çempionatının seçmə mərhələsində də çıxış etdiniz. Albaniya ilə matçı niyə buraxdınız?
    – Xəstələnmişdim. Əslində Uelslə 2-ci matçı da oynamayacaqdım. Lakin baş məşqçi İlham Yadullayev sonradan 2-ci hissədə məni meydana buraxdı. 

    – Azərbaycanda özünüzə örnək götürdüyünüz futbolçu kimdir?
    – Musa Qurbanlı. Legioner karyerası yaşayanlardan isə Mahir Emreli. Ancaq onların hər ikisi hücumçudur. Mən hazırda oynadığım mövqeyə görə isə Emin Mahmudovu və Cavid İmamverdiyevi bəyənirəm. Yeri gəlmişkən, 76 qolla bombardir olduğum mövsüm mən sırf mərkəz hücumçusu kimi çıxış etmişdim. Həmin vaxt mənə hücumçu kimi “Sabah”ın baş məşqçisi Elnur Zeynalov inandı və mən də onun etimadını doğrultdum.

    – Son olaraq azərbaycanlı futbolçulara məsləhətiniz necədir?
    – Əgər gələcəkdə milliyə yaxşı xeyir vermək istəyirlərsə, hər kəsə arzulayıram ki, mütləq legioner karyerası yaşasınlar. Bəlkə də mənim kimi bu yaşdan hər şeyə başlamaq lazımdır. O zaman hər şeyi daha tez öyrənmək və götürmək asanlaşır.

    Səbuhi Musa
    Belqrad, Serbiya

    Müsahibə

    "Sabah"a vura bilməyimiz qolları "Fənərbağça"ya saxladıq" - Lukaş Provod

    14.10.2026 15:13:56
    Futbol

    "Məqsədimiz hər oyunda 3 xal qazanmaqdır" - Hayderson Hurtado

    12.10.2026 19:17:07
    Cüdo

    "Kindzerskayanın niyyəti ciddidirsə, özü ilə söhbət edərik" – Rəşad Rəsullu

    12.10.2026 17:44:31
    Digər idman növləri

    "Dünya Kubokunun Bakıda keçirilməsi yalnız bu il üçün nəzərdə tutulmuşdu" – Baş katib

    10.10.2026 10:46:15
    Müsahibə

    "Ömər özü dünya çempionu olmaq istəyirdi" – Onun qohumu Fərhad Rəcəbli

    9.10.2026 15:42:46
    Cüdo

    "Düşünürdüm ki, atamı sevindirim" – İlk dəfə dünya 3-cüsü olan Murad Fətiyev

    8.10.2026 19:50:12
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Neftçi"nin sabiq prezidenti Macarıstana gedir

    20.10.2026 12:52:52

    Rəşad Nəbiyev dünya çempionatında iştirak edən cüdoçularla görüşdü

    20.10.2026 12:16:58

    "Sabah"ın gəncləri ilk xal axtarışında

    20.10.2026 11:16:27

    U-15 dünya çempionatının ilk iştirakçısı Bakıya gəldi - FOTOLAR

    20.10.2026 10:56:39

    "Turan" Çempionlar Liqasında mübarizəyə başlayır

    20.10.2026 10:24:06

    Çempionlar Liqası: "Sabah" Almaniya nəhənginə qarşı

    20.10.2026 10:00:00

    Millimizin üzvü Azərbaycana qayıtmaq istəyir

    19.10.2026 23:54:18

    Toral Bayramov oynadı, "Bursaspor" liderlə xaı fərqini azaltdı

    19.10.2026 23:17:23

    Azərbaycanın 2 taekvondçusu Qətərdə döyüşəcək

    19.10.2026 22:41:13

    "Rəqib bizim səhvlərimizdən 18 xal qazandı" - Tahir Baxşıyev

    19.10.2026 22:15:29

    "2-ci hissədə yaxşı oynamadıq" - "Sabah"ın baş məşqçisi

    19.10.2026 21:40:31

    Azərbaycanı Avropa çempionatında 17 cüdoçu təmsil edəcək - ADLAR

    19.10.2026 21:12:30

    Gəncədə qaliblər müəyyənləşdi

    19.10.2026 20:51:33

    "Sabah" bu dəfə də qalib gəldi

    19.10.2026 20:47:19

    Akim Zedadka: "Oyundan zövq almaq istəyirik"

    19.10.2026 20:38:42
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved